10 Yanvar 2025, Cümə

 

Fevralın 10-da İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən İran İslam Respublikasının yaranmasının 38-ci ildönümü - İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir. 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir. 

Tədbirdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının Dövlət himnləri səsləndirilmiş, “Qurani-Kərim”dən ayələr oxunmuşdur. 

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır. Qeyd olunmuşdur ki, 1979-cu ildə yaranan İran İslam Respublikasında ötən dövrdə bütün sahələrdə inkişaf əldə olunmuşdur. Bu gün İran İslam Respublikası dünya ölkələri, eləcə də Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə səmərəli əməkdaşlıq qurmuşdur. İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələr ilbəil genişlənir. Həyata keçirilən tədbirlər əməkdaşlıq üçün yeni istiqamətlər açır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının yaranmasının 38-ci ildönümü – İslam İnqilabı Günü münasibətilə dost və qardaş İran xalqını təbrik etmiş, İran dövlətinə inkişaf və tərəqqi arzulayaraq demişdir: Xalqlarımızı qədim tarix və ortaq dəyərlər birləşdirir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan-İran əlaqələrinin müştərək dəyərlər əsasında inkişafına çalışırdı. Dahi şəxsiyyətin əsasını qoyduğu dostluq və qonşuluq münasibətləri bu gün xalqlarımızın iradəsinə uyğun olaraq davam və inkişaf etdirilir, qarşılıqlı əməkdaşlıq genişlənir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında yaranmış әmәkdaşlıq münasibәtlәri Azərbaycan-İran əlaqələrinin genişlənməsində mühüm əhəmiyyətə malikdir. Mövcud imkanlardan səmərəli istifadə əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradıb. Gömrük-keçid məntəqələrinin fəaliyyəti, iqtisadi-ticarət, energetika, turizm, təhsil, səhiyyə, idman, kənd təsərrüfatı və nəqliyyat sahəsindəki əlaqələrin dinamikası məmnunluq doğurur. 

  Ali Məclisin Sədri əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini bildirmiş və çıxışını ümummilli lider Heydər Əliyevin fikirləri ilə tamamlamışdır: “Azərbaycanın və İranın tarixi keçmişi, ölkələrimizin coğrafi vəziyyəti, dövlətlərimizin bugünkü siyasəti bizi bundan sonra da daha sıx əməkdaşlığa dəvət edir”. 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR