10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin çox uğurlu və dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı gündəlikdə duran məsələlərin çox geniş və əhatəli olduğunu dedi. Əməkdaşlığımızın yaxşı nəticələr verdiyini vurğulayan Prezident İlham Əliyev bu nəticələrin daha da möhkəmləndirilməsinin və bundan sonra da ölkələrimizin bir-birinə yaxınlaşması, dinamik inkişafı üçün birgə səylərin artırılmasının vacibliyini qeyd etdi.
Bakıya hər dəfə səfər etməsindən məmnunluğunu vurğulayan Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze paytaxtımızın böyük sürətlə inkişaf etməsinin dost Gürcüstan üçün çox sevindirici hal olduğunu bildirdi. Mixeil Canelidze qeyd etdi ki, xalqlarımız nəinki qonşudur, eyni zamanda, bizim dostluğumuz bir nümunədir.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət, turizm və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi, Cənub Qaz Dəhlizinin icrası, hökumətlərarası komissiyanın fəaliyyətinin gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR