Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.
Fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxış edib.
İclasda Təhlükəsizlik Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin qərarını dəstəklədiklərini bildiriblər və Mehriban Əliyevaya fəaliyyətində uğurlar arzulayıblar.
* * *
Fevralın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyə Prezidenti xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
AZƏRTAC