10 Yanvar 2025, Cümə

Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra fevralın 10-da istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
Vağzal binasının üslubu və fasadı Bakı üçün ənənəvi tikililərdən fərqlənir. Belə ki, vağzalın eksteryeri qədim Şərq üslubuna xasdır. Uzun illər istismar və baxımsızlıq üzündən bina görkəmini itirdiyi üçün 2015-ci ilin əvvəlində burada əsaslı yenidənqurma işlərinə start verilib. Vağzal binasında milli ornamentlərə uyğun olaraq yenidənqurma həyata keçirilib.
Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulub, binanın daxilində əsaslı təmir işləri görülüb.

Dövlətimizin başçısı və xanımı dəmir yolu platformasında müxtəlif istiqamətlərdə hərəkət edən qatarların dayanacaqları və sərnişinlər üçün yaradılan şəraitlə tanış oldular. Vağzalın 7 platforması və 8 yolu da görülən işlər çərçivəsində təmir olunub, platformalarda ikitərəfli oturacaqlar quraşdırılıb. Burada aparılan əsaslı yenidənqurma işləri zamanı rəsmi nümayəndələr zalı da müasir səviyyədə təmir olunub.
Bakı Dəmir Yolu Vağzalında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR