Bu Qanun Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında toxum istehsalının, tədarükünün və istifadəsinin hüquqi əsaslarını müəyyən edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. toxumçuluq – kənd təsərrüfatı, meşə, dərman və bəzək bitkilərinin çoxaldılması məqsədilə istifadə edilən toxumların istehsalı, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlər sistemi;
1.0.2. toxum – sortun təkrar istehsalı üçün istifadə edilən bitkilərin generativ (toxum) və vegetativ (çilik, ting, şitil, soğanaq, kök yumruları və s.) orqanı;
1.0.3. orijinal toxum – ilkin toxumçuluq mərhələlərində bitki nəsillərinin seleksiya yolu ilə originatorun nəzarəti altında seçilməsi və qiymətləndirilməsi nəticəsində alınmış toxum;
1.0.4. super elit toxum – orijinal toxumun çoxaldılmasından alınmış toxum;