İstanbulun ev sahibliyi etdiyi 22-ci Dünya Neft Konqresi çərçivəsində iyulun 10-da prezidentlərin tədbiri keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
* * *
İyulun 10-da İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresi işə başlamazdan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Prezidenti Aleksandr Vuçiç, Türkiyənin Baş naziri Binəli Yıldırım, Albaniyanın Baş naziri Edi Rama, Bolqarıstanın Baş naziri Boyko Borisov, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak və Dünya Neft Şurasının prezidenti Cozef Tot arasında qısa söhbət olub.
* * *
İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olub.
AZƏRTAC