10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

Prezident İlham Əliyev bu gün Bakıda keçiriləcək Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin görüşünün önəmini qeyd edərək, bu tədbirdə əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunacağına, üçtərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün müvafiq qərarların qəbul ediləcəyinə əminliyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Türkiyə xarici işlər nazirinin ölkəmizə səfəri bir daha ikitərəfli münasibətlərimizə dair məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradır. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən daha da gücləndiyini və bütün istiqamətlər üzrə yaxşı nəticələrin olduğunu vurğulayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar Türkiyə xalqı tərəfindən böyük sevinclə qarşılanır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR