Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 29 iyun tarixli Sərəncamı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində fərqləndiklərinə və xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da vardır.
Quliyev Teymur Hüseyn oğlu –
polis polkovnik-leytenantı
“Vətən uğrunda” medalı ilə,
Əliyev Rahib Mütəllim oğlu –
polis mayoru
Məmmədov Elnur Əsgər oğlu –
polis mayoru
“İgidliyə görə” medalı ilə təltif edilmişlər.