Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 25 iyul tarixli 14-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
Müəyyən edilsin ki:
1. “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 4.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəyyən etdiyi icra hakimiyyəti orqanı həyata keçirir;
2. həmin Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həyata keçirir;
3. həmin Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi həyata keçirir;
4. həmin Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 25 iyul 2017-ci il