10 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 25 iyul tarixli 13-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
Müəyyən edilsin ki:
1. “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 1.0.14-cü, 7.2-ci, 12.1-ci, 14.1-ci, 20.2-ci və 20.3-cü maddələrində nəzərdə tutulmuş “dövlət toxumçuluq xidməti”nin kənd təsərrüfatı, meşə və dərman bitkiləri toxumçuluğu sahəsində səlahiyyətlərini müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;
2. həmin Qanunun 7.1-ci, 13.4-cü (dövlət və sığorta toxum fondlarına toxum tədarükü məsələləri üzrə), 13.5-ci (dövlət və sığorta toxum fondlarına sifariş verilməsi məsələləri üzrə) və 13.6-cı (dövlət və sığorta fondlarına ­sərəncam verilməsi məsələləri üzrə) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;
3. həmin Qanunun 10.2-ci, 13.3-cü, 13.9-cu, 24.2-ci, 24.2.2-ci, 25.3-cü, 26.4-cü və 26.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;
4. həmin Qanunun 13.4-cü (yerli toxum fonduna toxum tədarükü məsələləri üzrə), 13.5-ci (yerli toxum fonduna sifariş verilməsi məsələləri üzrə) və 13.6-cı (yerli toxum fonduna sərəncam verilməsi məsələləri üzrə) maddələrində “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 25 iyul 2017-ci il

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR