10 Yanvar 2025, Cümə

İyunun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev ilə görüşüb.
Qonağı salamlayan Ali Məclisin Sədri Azərbaycan və Qazaxıstan xalqlarının eyni kökə malik olduğunu və ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdırdı. Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini xatırladan Ali Məclisin Sədri hər iki ölkə Prezidenti tərəfindən dostluq münasibətlərinin davam etdirildiyini bildirdi.
Səfir Beybit İsabayev göstərilən xoş münasibətə görə minnətdarlıq etdi. Qonaq Naxçıvan Muxtar Respublikasının inkişafının məmnunluq doğurduğunu və bunun gələcək əməkdaşlıq üçün geniş perspektivlər açdığını qeyd etdi, bu sahədə səylərini əsirgə­məyəcəyini bildirdi.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR