Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
“Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“Maddə 1. Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 71 650 000,0 manat, xərcləri 350 550 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dоtasiya 278 900 000,0 manat (о cümlədən, mərkəzləşdirilmiş gəlirləri 49 288 000,0 manat, yerli gəlirləri 22 362 000,0 manat və mərkəzləşdirilmiş xərcləri 326 374 000,0 manat, yerli xərcləri 24 176 000,0 manat) məbləğində təsdiq edilsin.”
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 25 iyul 2017-ci il