“Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 25 iyul tarixli 10-V QN nömrəli Qanununun tətbiqi haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
F Ə R M A N I
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 25 iyul tarixli 10-V QN nömrəli Qanununa uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;
2. həmin Qanundan irəli gələn məsələləri həll etsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 25 iyul 2017-ci il