Azərbaycan Respublikasında rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodonun iyunun 22-də rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti İqor Dodon ilə təkbətək görüşü olub.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Moldova Respublikasının Prezidenti İqor Dodonun geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Moldova Respublikasının Prezidenti İqor Dodon mətbuata bəyanatlarla çıxış ediblər.
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Moldova Respublikasının Prezidenti İqor Dodonun şərəfinə rəsmi nahar verilib.
AZƏRTAC