10 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi ilə əlaqədar olaraq  muxtar respublikada təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:

Allahverdiyev Əli Lazım oğluna

Cabbarlı Ələkbər Həsən oğluna

Eminov Mirhəsən Seyidəli oğluna

Eyvazov Seyfəddin İbrahim oğluna

Əliyev Akif Səttar oğluna

Əliyev Əkbər Nəbi oğluna

Əliyev Məmməd Həsən oğluna

Əsgərova Rəmziyyə Qəzənfər qızına

Hüseynov Yusif Hüseyn oğluna

Kəngərli İlqar İsmayıl oğluna

Quliyeva Ceyran Manaf qızına

Məmmədov Etibar Nəsrulla oğluna

Məmmədova İlhamə Mayıs qızına

Rzayev Vahid Məmməd oğluna

Süleymanov Əkbər Süleyman oğluna

Zeynalov Cavanşir İbrahim oğluna – “Əməkdar müəllim” fəxri adı;

İsmayılova Nəzakət Rza qızına – “Əməkdar mədəniyyət işçisi” fəxri adı;

Tağıyev Əvəz Zeynalabdın oğluna – “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 1 noyabr 2017-ci il

Oktyabrın 31-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının keçirilməsi ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.
Həmin gün Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində çıxış edib.
Sonra dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurublar və yoldəyişən qurğunu işə salıblar.
Bununla da, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salınıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 28 oktyabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da vardır.

Həsənov Ramiz Tağı oğlu

Novruzov Vəli Zihralı oğlu

“Tərəqqi” medalı ilə təltif edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı il noyabrın 18-də “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 noyabr tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planına əsasən Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yenidənqurma işləri aparılmış və yeni yerüstü piyada keçidi inşa olunmuşdur. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” tütünçülüyün inkişafı sahəsində geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikasında da gəlirli sahə olan tütünçülüyün inkişafı, tütün emalı sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Bu il Kəngərli rayonunda “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni Tütün Yetişdirmə Təsərrüfatı yaradılmışdır. 

Oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tütün Yetişdirmə Təsərrüfatının fəaliyyəti ilə tanış olmuşdur. 

Məlumat verilmişdir ki, 2,5 hektar ərazini əhatə edən Tütün Yetişdirmə Təsərrüfatında şitil yetişdirmək üçün 2304 kvadratmetr sahəsi olan 5 istixana, yeraltı su anbarı, 1350 kvadratmetr sahədə tütün qurutma yeri və 420 kvadratmetr sahəsi olan 2 anbar yaradılmış, Türkiyə mənşəli müxtəlif texnika və texnoloji avadanlıqlar alınmışdır. İlkin olaraq Kəngərli rayonunda 9 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilmiş, bugünədək 11 tondan çox quru tütün istehsal olunmuşdur. Təsərrüfatda 60 nəfər işlə təmin olunmuşdur. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələrimiz arasında iqtisadi, ticarət, nəqliyyat, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, səhiyyə, kənd təsərrüfatı, bank, maliyyə sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braunun etimadnaməsini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lars Henrik Pira Perezin etimadnaməsini qəbul edib.

AZƏRTAC

 

Oktyabrın 27-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir. 

Ardını oxu...

Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yeni tərtibatda 500 nüsxə nəşr olunaraq Naxçıvan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin tabeliyində olan kitabxanalara, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzinə, Naxçıvan Muxtar Respublika Kitabxanasına, elm, ali və orta ixtisas təhsili müəssisələrinin kitabxanalarına göndərilmişdir.
Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət göstərən yaradıcılıq nümunəsi olması nəzərə alınaraq “Baş” ­romanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na əlavə edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir". 

Bu gün muxtar respublikada sahibkarlıq davamlı dövlət qayğısı ilə əhatə olunub. Daxili tələbatı ödəyən, keyfiyyətli və ixracyönümlü məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. 

Oktyabrın 25-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istilik panelləri və dam örtükləri istehsalı müəssisəsi istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir. 

Ardını oxu...

Meliorasiya və irriqasiya tədbirlərinin davamlı olaraq həyata keçirilməsi, mütərəqqi suvarma metodlarının tətbiqi muxtar respublikada əkinçiliyin inkişafı üçün geniş imkanlar açır. Su təminatı olmayan və uzun müddət əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılır.

Ardını oxu...

Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki toxumçuluq təsərrüfatının taxıl əkini sahəsinə gəlmiş, taxıl əkininin gedişi ilə maraqlanmışdır.

Ardını oxu...

Oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev D-8 IX Zirvə görüşündə çıxış edib.
Zirvə görüşündə D-8 Şurasının 16-cı, 17-ci və xüsusi sessiyalarının hesabatları dinlənilib, gündəlikdə duran məsələlər müzakirə olunub.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və digər ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə D-8 təşkilatı ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalanıb.
Doqquzuncu Zirvə görüşü ilə D-8 təşkilatının fəaliyyətinin 20 illik dövrü əhatə edən birinci mərhələsinə yekun vurulub, yeni mərhələ üçün hədəflər və fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri oktyabrın 20-də başa çatıb.

AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin təməlində sabitlik, inkişaf və tərəqqi dayanır. Bu gün muxtar respublikanın davamlı inkişafı da bu siyasi xəttin bəhrəsidir. Aparılan quruculuq işləri və həyata keçirilən sosial-iqtisadi islahatlar bölgələrin tarazlı inkişafına səbəbə olub. Bu gün kəndlərdə müasir şəhər infrastrukturu yaradılır. Sakinlərin rahat yaşayışı təmin olunur, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilir.    

Oktyabrın 20-də Şərur rayonunun Qarahəsənli kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir. 

Kənd yolu yenidən qurulmuşdur 

Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlanır. Müasir yol rahat yaşayış deməkdir. Muxtar respublikanın kəndlərində də yolların yenidən qurulmasına xüsusi diqqət yetirilir. 

Oktyabrın 20-də Qarahəsənli kənd avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsmişdir. 

Bildirilmişdir ki, 3 kilometrlik yol genişləndirilərək asfalt örtük salınmış, hərəkət qaydalarına uyğun olaraq işarələnmiş, 4,8 kilometrlik kənddaxili yol hamarlanaraq qum-çınqıl qatı verilmiş, ilin bütün fəsillərində nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilmişdir. Yolun üzərindəki körpü təmir olunmuş, 28 su keçidi qoyulmuş, 928 metrlik beton kanal çəkilmişdir. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gəlib.

* * *

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda İran İslam Respublikasının Birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 19 oktyabr tarixli Sərəncamı ilə Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin işçiləri də vardır.

Kərimov Ələkbər Mehdi oğlu

Məmmədov Rövşən Məmməd oğlu

Zeynalov Sahib Səfərəli oğlu

“Tərəqqi” medalı ilə təltif edilmişlər.

Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşüb.
Ali Məclisin Sədri səfirin geniş tərkibdə muxtar respublikaya səfərinin Fransa dövlətinin Naxçıvana marağı və diqqəti kimi dəyərləndirdi, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələrdən danışdı. Muxtar respublikanın 38 təhsil müəssisəsində Fransız dilinin tədris olunduğunu və Naxçıvan Dövlət Universitetində Fransız dili ixtisasının fəaliyyət göstərdiyini diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən muxtar respublikada aparılan tədqiqatların əhəmiyyətini vurğuladı, qarşılıqlı əlaqələrin davam etdiriləcəyinə əminliyini ifadə etdi.
Səmimi qəbula görə minnətdarlıq edən xanım Orelia Buşez Naxçıvanla tanışlığın onda dərin təəssürat yaratdığını diqqətə çatdırdı. Ölkələrimiz arasındakı dostluq münasibətlərinə toxunan səfir Fransa-Naxçıvan əlaqələrinin inkişafının və muxtar respublikada Fransız dilinin tədrisinin məmnunluq doğurduğunu bildirdi, əməkdaşlığın daha da genişləndiriləcəyini vurğuladı.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçılarını qəbul edib.
Görüşün iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib ki, Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi birinci dəfə deyil. Biz sizinlə görüşmüşük, ola bilsin ki, tamamilə indiki tərkibdə olmayıb, amma sizin çoxunuz artıq bizim ölkəmizdə olub. Bu, çox yaxşı tədbirdir. Bu, təkcə sərhəd xidmətlərinin rəhbərləri arasında deyil, həm də ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirir.
Vladimir Kulişov MDB Sərhəd Qoşunları Komandanları Şurasının yaradılmasının 25 illiyinə həsr olunmuş xatirə medalını və hədiyyələri dövlətimizin başçısına təqdim edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Oktyabrın 18-də - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verdi.
Ali Məclisin Sədri əsgərləri salamladı.
Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu.

Ardını oxu...

Oktyabrın 18-də Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzi istifadəyə verildi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti ­İlham Əliyev oktyabrın 17-də Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.

Nikolaos Kanellos etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Söhbət zamanı Yunanıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, energetika sahəsində əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə edilib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ağalarov Fazil Köçəri oğlu
Allahverdiyev Elxan Şofir oğlu
Bayramov Namiq Süleyman oğlu
Əliyev Hafiz Sabir oğlu
Əsədov Əli Hacı oğlu
Həsənov Elşad Humay oğlu
Orucov Elman İzzət oğlu
Qubadov Himayət Yəhya oğlu
Rüstəmov Mirqiyas Yəhya oğlu
Tağıyev Niyaməddin Məhərrəm oğlu – “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə;
Cəfərova Yasəmən Həsən qızı
Əliyev Zaur Etibar oğlu
Gülmalıyev Ənvər Sədirxan oğlu
Məmmədov Əkrəm Dağbəyi oğlu
Mirələmov Elşad Zeydulla oğlu
Orucov Köçbəyi Namaz oğlu
Qəhrəmanov Vuqar Cəlil oğlu
Quliyev Həsrət Hilal oğlu
Sadıqova Fatma Bağır qızı
Teymurov Süleyman Salman oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 oktyabr 2017-ci il

“Bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ­14 oktyabr tarixli Sərəncamı ilə Məmmədov Mehrab Fərmayıl oğlu Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin sədri, Xıdırov Əhliman Mehman oğlu Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri, Salmanov Elşən Fizuli oğlu Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinin sədri, Əhmədov Zülfüqar Əziz oğlu Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsinin sədri və Bağırov Allahverdi Əsəd oğlu Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin sədri təyin ­edilmişlər.


 “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 oktyabr tarixli Sərəncamı ilə Nağıyev İsfəndiyar Səfər oğlu və Novruzov Əsgər Novruz oğlu Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimləri təyin edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gəlib.

Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

* * *

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri başa çatıb.

AZƏRTAC

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Darıdağ Arsenli Su Müalicəxanası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Darıdağ Arsenli Su Müalicəxanasına çevrilmə yolu ilə yenidən təşkil edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə razılaşdırmaqla təsdiq etsin;
2.2. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Darıdağ Arsenli Su Müalicəxanasının istifadəsində olan əmlak və avadanlıqların bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin balansına verilməsini təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görsün.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 16 oktyabr 2017-ci il

Oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonağı salamlayaraq demişdir ki, Azərbaycan-Norveç əlaqələrinin əsası 1992-ci ildə qoyulmuş, ötən dövrdə hər iki ölkədə səfirliklər fəaliyyətə başlamış, iqtisadi və qeyri-hökumət təşkilatları ilə əlaqələr sahəsində səmərəli əməkdaşlıq qurulmuşdur. Azərbaycanın neft layihələrinin həyata keçirilməsində Norveç Krallığının iştirakını diqqətə çatdıran Ali Məclisin Sədri bunu hər iki ölkə arasındakı əməkdaşlığın nəticəsi kimi dəyərləndirmişdir. Ali Məclisin Sədri ölkələrimiz arasındakı münasibətlərə uyğun olaraq Naxçıvan-Norveç əlaqələrinin qurulduğunu bildirmiş, ali təhsil müəssisələri arasında, eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırmışdır.

Səfir Bard İvar Svendsen səmimi qəbula görə minnətdarlıq etmiş, ölkəmizdə fəaliyyət göstərməkdən və Naxçıvana səfərindən məmnunluğunu bildirmişdir. Naxçıvan Muxtar Respublikası ilə bir çox sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu bildirən səfir ikitərəfli əlaqələrin inkişafında səylərini artıracağını qeyd etmişdir.

Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulunun vəziyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir.

Ardını oxu...

 

Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlərin qorunub-yaşadılması və təbliği istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublika ərazisindəki dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi bu tədbirlərin əhatə dairəsini xeyli genişləndirmişdir. Hazırda Naxçıvan şəhərində yeni məscid binası inşa olunur. 

Ardını oxu...

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşılayıblar.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 12 oktyabr tarixli sərəncamları ilə Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs təltif edilmişdir.
Təltif olunanlar arasında “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri də vardır.

İsmayılov Məmməd İsmayıl oğlu

“Tərəqqi” medalı ilə,

Əliyev Musa Ərrəhman oğlu

“Əməkdar mühəndis” fəxri adı ilə təltif edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Soçi şəhərinə səfərə gedib.
Həmin gün Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdiriblər.
Dövlət başçıları birgə foto çəkdirdikdən sonra iclas öz işinə başlayıb.
Prezident İlham Əliyev iclasda çıxış edib.
Oktyabrın 11-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
İclasın sonunda sənədlərin imzalanması mərasimi olub. Ümumilikdə, qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalanıb.

AZƏRTAC

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açaraq bildirib ki, bu ilin doqquz ayında ölkəmiz uğurla və hərtərəfli inkişaf edib, bütün sahələrdə dinamik inkişaf təmin olunub. Doqquz ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Bu, həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artıb. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir.
Prezident İlham Əliyev qeyd edib ki, bu ilin 9 ayında Azərbaycanın valyuta ehtiyatları ­ 4,5 milyard dollar artaraq, 42 milyard dollar səviyyəsinə çatıb. Valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir.
Sonra təhsil naziri Mikayıl Cabbarov, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli məruzələrlə çıxış ediblər.
Azərbaycan Prezidenti iclasda yekun nitqi söyləyib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal olunduğunu, həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparıldığını, Xocalı soyqırımının törədildiyini bildirib.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan dövlətimizin başçısı quruma üzv ölkələrlə əməkdaşlığın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb.
Sonra Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens, Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş Fransa, Bolqarıstan və Almaniyadan olan səfirləri çıxış ediblər.

* * *

Dövlətimizin başçısı oktyabrın 4-də İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində “Yaşıl Bağ” publik hüquqi şəxsi yaradılsın.
2. Naxçıvan Şəhər İcra Hakimiyyəti “Yaşıl Bağ” publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin və fəaliyyətinin qurulması üçün zəruri tədbirlər görsün.
3. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin dövlət qeydiyyatına alınmasını təmin etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 4 oktyabr 2017-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında ədliyyə orqanlarında səmərəli fəaliyyətlərinə görə:

Allahyarov Elnur İmamverdi oğlu
Əliyev Qoşqar Qurban oğlu
Əsgərov Ramin Ağaverdi oğlu
Məmmədov Səfər Məhərrəm oğlu
Mirzəyev Təhmin Hüseyn oğlu
Rüstəmov Şirin Vahid oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 4 oktyabr 2017-ci il

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edib.
Prezident İlham Əliyev layiqli çıxış etmələri münasibətilə qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini təbrik edib. Bildir­ib­ ki, milli komandamızın çıxışı bütün azarkeşlərə böyük sevinc bəxş etdi.

* * *

Azərbaycan Respublikasının Prezidenti ­İlham­ Əliyev oktyabrın 3-də Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Həmin gün dövlətimizin başçısı Ümumdünya Boks Şurasının Bakıda keçirilən 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 3 oktyabr tarixli sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisi Azərbaycan Respublikasının fəxri adları ilə təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının təhsil işçiləri də vardır.

Cavadov Mahmud İbrahim oğlu
Əkbərova Məsmə Sabir qızı
Əliyev Bəhman Şıxvəli oğlu
Hüseynova Lalə Emin qızı

“Tərəqqi” medalı ilə,

Abdullayev Cəmşid Həsən oğlu
Gülməmmədov Bəhram Gülməmməd oğlu
Heydərov Paşa Ələkbər oğlu
Nəcəfova Ruhiyyə Allahverdi qızı

“Əməkdar müəllim” fəxri adı ilə təltif edilmişlər.

Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Stomatoloji Mərkəzi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Stomatoloji Mərkəzə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Stomatoloji Mərkəzin istifadəsində olan əmlak və avadanlıqların bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin balansına verilməsini təmin etsin.

3. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görsün.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 3 oktyabr 2017-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:

Allahverdiyeva Zenfira İsa qızına

Babayev Baba Mahmud oğluna

Məhərrəmova Esmira İbrahim qızına

Mustafayeva Yeganə Əbülfəz qızına – “Əməkdar müəllim” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 3 oktyabr 2017-ci il

Oktyabrın 3-də - ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 24-cü ildönümündə Naxçıvan şəhərinin Atatürk küçəsində Türkiyə Respublikasının “Koton” Moda və Satış firmasının yeni mağazası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Ali Məclisin Sədri qardaş Türkiyənin “Koton” Moda və Satış firmasının Naxçıvanda mağazasının fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik etmiş, əməyi olanlara təşəkkürünü bildirərək demişdir: Naxçıvanda “Koton” Moda və Satış firmasının yeni mağazası əlamətdar gündə istifadəyə verilir. 1993-cü il oktyabrın 3-də ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Əgər həmin tarixdə dahi şəxsiyyət ölkə Prezidenti seçilməsəydi, bugünkü müstəqil və inkişaf edən Azərbaycan da olmayacaqdı. Müstəqilliyin, dövlətçiliyin və sabitliyin qarantı olan ümummilli liderimiz Azərbaycanda hərtərəfli inkişafın əsasını qoydu. Ölkə Prezidentinin ulu öndərin yoluna sədaqətinin və bu yolu uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycanda sabitlik və davamlı inkişaf təmin olunub.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfərə gəlib. Dövlətimizin başçısı Qobustan rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101-ci kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun, Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının, rayonun əsaslı təmir edilən Təklə-Sündü­-Xilmilli avtomobil yolunun açılışında iştirak edib.
Prezident İlham Əliyev oktyabrın 2-də “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib.

* * *

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib. Dövlətimizin başçısı Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun, əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun, Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.
Prezident İlham Əliyev oktyabrın 2-də Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Granata” MMC-yə məxsus üzüm bağları və Şamaxı Safari Parkı ilə tanış olub.

AZƏRTAC

Muxtar respublikada sakinlərin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Yeni parkların salınması, xidmət sahələrinin fəaliyyətə başlaması, yaşayış məntəqələrində mədəniyyət evləri və klublar üçün yeni binaların istifadəyə verilməsi, bu mənada mühüm əhəmiyyətə malikdir. 

Sentyabrın 30-da - Beynəlxalq Ahıllar Günü ərəfəsində Naxçıvan şəhərində 2 nömrəli Təqaüdçülər Klubu üçün yeni bina istifadəyə verilmişdir. 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir. 

 Ali Məclisin Sədri yeni binanın istifadəyə verilməsi münasibətilə təqaüdçüləri təbrik edərək demişdir: Təqaüdçülər Klubu 1974-cü ildən fəaliyyət göstərir. Ötən dövrdə klub Naxçıvan şəhərindən olan təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkili sahəsində səmərəli fəaliyyət göstərmişdir. Ona görə də klubun yerləşdiyi bina yenidən qurulmuş, müasir tələblərə uyğun şərait yaradılmış, oxu və stolüstü oyun zalları istifadəyə verilmişdir. 

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında sosial islahatların əhatə dairəsini xeyli genişləndirmişdir. Əhalinin məşğulluğunun və rahat yaşayışını təmin olunması,  mənzil-məişət şəraitinin yaxşılaşdırılması muxtar respublikada həyata keçirilən sosial siyasətin və aparılan quruculuq işlərinin əsasını təşkil edir. Hər il Naxçıvan şəhərində yeni ictimai yaşayış binaları tikilərək istifadəyə verilir, mövcud çoxmənzilli yaşayış binaları yenidən qurulur. Bu tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin İstiqlal küçəsindəki 79 nömrəli yaşayış binasında da yenidənqurma işləri aparılmışdır. 

Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada görülən işlərlə maraqlanmış, sakinlərlə görüşmüşdür. 

Ali Məclisin Sədri Naxçıvan şəhərində yeni abad məhəllənin yaranması və yaşayış binasının yenidən qurulması münasibətilə sakinləri təbrik edərək demişdir: Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın digər bölgələrində də geniş abadlıq-quruculuq işləri aparılır, yeni sosial obyektlər tikilir. Bu gün muxtar respublikada sabitlik, enerji və ərzaq təhlükəsizliyi təmin olunub. Muxtar respublikanın hərtərəfli inkişafı isə insanların həyat səviyyəsini yaxşılaşdırır, yeni iş yerləri açılır. Vaxtilə Naxçıvan şəhərindəki binalarda lazımi kommunal məişət şəraiti yox idi, elektrik enerjisi fasilələrlə verilirdi, içməli su təminatı ödənilmirdi.  Lakin bu gün mənzillərə 24 saat dayanıqlı elektrik enerjisi, təbii qaz və içməli su verilir. Yenidən qurulan bu yaşayış binasında da sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan şəhərində quruculuq işləri bundan sonra da davam etdiriləcək, digər yaşayış binalarında da yenidənqurma işləri aparılacaqdır. Sakinlər də tikilənləri, qurulanları qorumalı, yaşadıqları binanı, məhəlləni təmiz saxlamalıdırlar. Çünki həyata keçirilən bu tədbirlər ölkəmizin inkişafına, insanların rahat yaşayışına hesablanıb.     

Ardını oxu...

Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə nitq söyləyib.
Marius Vizer Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatını – qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.

* * *

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illik yubiley tədbirində, Bakıda keçirilən Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclasında, MDB, Baltikyanı ölkələr və Gürcüstan Milli Olimpiya komitələrinin regional forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Avropa Olimpiya komitələrinin, beynəlxalq idman təşkilatlarının və xarici Milli Olimpiya komitələrinin rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.

* * *

Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi keçirilib. Dövlətimizin başçısı vida mərasimində iştirak edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Caniklinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Nurəddin Caniklinin yeni vəzifəyə təyin olunduqdan sonra qısa müddət ərzində Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə edərək bildirib ki, ­ölkələrimiz qardaş ölkələrdir və ona görə də Azərbaycan və Türkiyə nazirləri ilk səfərlərini qardaş ölkələrə edirlər. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə çox yaxşı əməkdaşlığın və iş birliyinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev hərbi-texniki sahədə birgə fəaliyyətin geniş olduğunu deyib.
Milli müdafiə naziri Nurəddin Canikli öz növbəsində Azərbaycan ilə Türkiyənin qardaş ölkələr olduğunu və əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bildirib ki, məqsədimiz bu əməkdaşlıq əlaqələrini daha da genişləndirmək və möhkəmləndirməkdir.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Mərkəzçi Demokrat İnternasionalının vitse-prezidenti Mario Davidi və qurumun Avrasiya, Asiya-Sakit okean ölkələri üzrə baş koordinatoru Sezar Rossellonu qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Belarus arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə – təhlükəsizlik, iqtisadiyyat, energetika, ticarət, hərbi-texniki əməkdaşlıq və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin, ölkə­lərimizin həyata keçirdiyi xeyli sayda birgə layihələrin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın əlaqələrimizin daha da genişləndirilməsində maraqlı olduğunu deyib. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycan ilə Belarusun beynəlxalq təşkilatlarda da bir-birini dəstəklədiyini vurğulayıb. Təhlükəsizlik sahəsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, bununla bağlı müzakirə olunası və birgə fəaliyyət göstəriləsi bir çox məsələlər var.
Dövlət katibi Stanislav Zas ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyini deyib. O, görülən işlərin nəticəsi olaraq Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin 10 faiz artdığını vurğulayıb. Belaruslu qonaq qeyd edib ki, ölkəsində Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözləyirlər.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.
Prezident İlham Əliyev ölkəmizin Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan təkcə NATO ilə əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda, Əfqanıstanla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadi və investisiya sahələrində əlaqələr həyata keçirir.
Görüşdə Azərbaycan-NATO əməkdaşlığından məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı Prezident İlham Əliyev Ermənistan tərəfinin danışıqların imitasiyası ilə məşğul olduğunu deyib və bu prosesin dayandırılması üçün əlindən gələni etdiyini bildirib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Monteneqro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin növbəti qarşılaşmasında “A” qrupunda yer alan Azərbaycan milli komandası ikinci görüşünü keçirib.
Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan komandası Polşa yığması ilə qarşılaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.
Voleybolçu qızlarımız ilk setdə polşalı rəqiblərinə böyük üstünlüklə – 25:14 hesabı ilə qalib gəliblər. Azərbaycan milli komandası ikinci setin ortalarında əldə etdiyi üstünlüyü sona qədər qoruyaraq 25:21 hesabı ilə qələbə qazanıb. Gərgin idman mübarizəsi şəraitində keçən üçüncü set də milli komandamızın qələbəsi ilə başa çatıb – 25:23. Beləliklə, Azərbaycan milli komandası Polşa voleybolçularını 3:0 hesabı ilə məğlub edib.
Azərbaycan Prezidenti İlham Əliyev komandamızın qələbəsini alqışlayıb.
Bu qələbədən sonra Azərbaycan komandası xallarının sayını 6-ya çatdıraraq qrupda birinci yerə yüksəlib.

AZƏRTAC

 

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib. Dövlətimizin başçısı Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda görülən işlərlə də tanış olub.
Görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verilib.
Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabət­qabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir.
Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı Balaxanı Sənaye Parkında yaradılan müəssisələrlə yaxından tanış olub.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Prezident İlham Əliyev Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olub.

AZƏRTAC

Sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birincı xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Dövlətimizin başçısı BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan 24 ildir, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.

* * *

Sentyabrın 19-da Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəbulda iştirak ediblər.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR