Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib. Dövlətimizin başçısı Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda görülən işlərlə də tanış olub.
Görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verilib.
Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir.
Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı Balaxanı Sənaye Parkında yaradılan müəssisələrlə yaxından tanış olub.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Prezident İlham Əliyev Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olub.
AZƏRTAC