“Bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 oktyabr tarixli Sərəncamı ilə Məmmədov Mehrab Fərmayıl oğlu Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin sədri, Xıdırov Əhliman Mehman oğlu Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri, Salmanov Elşən Fizuli oğlu Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinin sədri, Əhmədov Zülfüqar Əziz oğlu Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsinin sədri və Bağırov Allahverdi Əsəd oğlu Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin sədri təyin edilmişlər.
“Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 oktyabr tarixli Sərəncamı ilə Nağıyev İsfəndiyar Səfər oğlu və Novruzov Əsgər Novruz oğlu Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimləri təyin edilmişlər.