Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yeni tərtibatda 500 nüsxə nəşr olunaraq Naxçıvan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin tabeliyində olan kitabxanalara, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzinə, Naxçıvan Muxtar Respublika Kitabxanasına, elm, ali və orta ixtisas təhsili müəssisələrinin kitabxanalarına göndərilmişdir.
Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət göstərən yaradıcılıq nümunəsi olması nəzərə alınaraq “Baş” romanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na əlavə edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti