Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edib.
Prezident İlham Əliyev layiqli çıxış etmələri münasibətilə qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini təbrik edib. Bildirib ki, milli komandamızın çıxışı bütün azarkeşlərə böyük sevinc bəxş etdi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
* * *
Həmin gün dövlətimizin başçısı Ümumdünya Boks Şurasının Bakıda keçirilən 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul edib.
AZƏRTAC