09 Yanvar 2025, Cümə axşamı

Müstəqil Azərbaycanda demokratik seçki sisteminin yaradılması seçkilərin ədalətli və şəffaf şəraitdə keçirilməsinə, mövcud sabitlik və inkişaf isə insanların seçkilərdə fəal iştirakına imkan verir.
Aprelin 11-i ölkəmizdə növbəti prezident seçkiləri günüdür. Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb. 7 seçki dairəsi üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsi yaradılıb, məntəqələrdə veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. Muxtar respublika üzrə 262 min 874 seçici qeydə alınıb ki, onlardan da 1368-i ilk dəfə səs verənlərdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verdi.
Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlandı.
Məlumat verildi ki, 4-15 saylı seçki məntəqəsində 1494 seçicinin səs verməsi nəzərdə tutulub. Əhali mütəşəkkilliklə seçkilərdə iştirak edir. Saat 1100-a qədər seçki məntəqəsində seçicilərin 30 faizi səs verib.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlətimizin başçısı iclasda çıxış edib.
Prezident İlham Əliyev bildirib ki, birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artıb. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artıb. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi­ ­istiqamətində aparılan siyasətin nəticəsidir.
Birinci rübdə sənaye istehsalının 2 faiz, qeyri-neft sənayesinin isə təxminən 10 faiz artdığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Qeyri-neft sənayemiz 10 faiz artıb və hesab edirəm ki, bu, rekord göstərici sayıla bilər. Kənd təsərrüfatı 4,2 faiz artıb. Bu ilin birinci rübündə ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb və hazırda 44,2 milyard dollara bərabərdir.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq ­xalçaçılıq ənənələrinin qorunması, inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat ­Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icra barədə Naxçıvan Muxtar Respublikasının Ali ­Məclisinə məlumat versin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 9 aprel 2018-ci il

Aprelin 9-da Naxçıvan şəhərində “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan qızıl və gümüş zinət əşyaları hazırlayan fabrik istifadəyə verilmişdir.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən dövlət-gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin sosial problemlərinin həlli və mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq ölkəmizin “Gənclər Paytaxtı” Naxçıvan şəhərində yeni yaşayış kompleksi – “Gənclər şəhərciyi” inşa olunmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 6-da Bakı Ekspo Mərkəzində “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.
Qeyd olunub ki, “Bütün dünya - bir sərgi” şüarı altında keçirilən builki sərgidə 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alıb. Ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola bilirlər. Budəfəki sərgidə müxtəlif hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir.
Prezident İlham Əliyev sərgi ilə tanış olub.

AZƏRTAC

Aprelin 6-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.

Naxçıvan Beynəlxalq Hava Limanında qonağı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov, Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov, Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov, İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulu Mənsur Ayrom və digər rəsmi şəxslər qarşılamışlar.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif hava limanında jurnalistlərə qısa müsahibə vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəvəti əsasında muxtar respublikaya səfər etdiyini bildirən nazir bu səfərin ikitərəfli münasibətlərin inkişafına və yeni əməkdaşlıq imkanlarının yaradılmasına töhfə verəcəyini bildirmişdir.

Ardını oxu...

Aprelin 5-də Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.
Dövlətimizin başçısı açılış mərasimində nitq söyləyib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçakı qəbul edib.

* * *

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar ­Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserratın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-honun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin ­ II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi fəaliyyətinə görə Ülkər İmamqulu qızı Bayramovaya “Əməkdar dövlət qulluqçusu” fəxri adı ­verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 5 aprel 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.

* * *

Dövlətimizin başçısı həmin gün İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad əl-Momanini qəbul edib.

* * *

Prezident İlham Əliyev aprelin 4-də Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Dövlətimizin başçısı aprelin 4-də Hindistan Respublikasının xarici işlər naziri Suşma Svaracın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, hüquq-mühafizə orqanları, o cümlədən Ədliyyə ­nazirlikləri arasında sıx əməkdaşlığın ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında bütün səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunularaq bildirilib ki, Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün Azərbaycana bu səfəri də ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcək.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Ekvador Respublikasının xarici işlər naziri xanım Maria Fernanda Espinosa Qarsesi qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Belarus Respublikasının Baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün yaxşı ­imkanların olduğu bildirilib.
Söhbət zamanı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının zəruriliyi qeyd edilib.
Belarusun Baş nazirinin müavini Gəncə traktor zavodunda 10 mininci traktorun yığılmasının əlamətdar bir hadisə olduğunu vurğulayaraq, Azərbaycan ilə Belarusun bu birgə məhsulunun üçüncü ölkələrə ixrac edilməsi imkanlarının araşdırılmasının önəmini qeyd edib.
Dövlətimizin başçısı, öz növbəsində, bunu əlamətdar hadisə kimi qiymətləndirərək, regionlara səfəri zamanı fermerlərin Azərbaycan-Belarus birgə məhsulu olan traktorların ­keyfiyyətindən razılıq etdiklərini vurğulayıb və bu məhsulun ixracı üçün yaxşı imkanların olduğunu deyib.

AZƏRTAC

Aprelin 2-də “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ordubad dəmir yolu stansiyası kompleks quruculuq işlərindən sonra istifadəyə verilmişdir.

Ardını oxu...

Muxtar respublikada dəmir yolu nəqliyyatının müasir tələblər səviyyəsində qurulması və sərnişinlərə nümunəvi xidmət göstərilməsi sahəsində ardıcıl tədbirlər görülür.
Aprelin 2-də muxtar respublikanın dəmir yolu təsərrüfatına 8 yeni sərnişin vaqonu təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov yeni sərnişin vaqonlarına baxmışlar.
Bildirilmişdir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınıb gətirilmiş vaqonların hər biri 60 yerlikdir. Vaqonlarda kombinasiya edilmiş istilik və soyutma sistemləri quraşdırılmış, sərnişinlərə “Naxtel 4G” mobil operatoru vasitəsilə pulsuz internetdən, eləcə də televizordan istifadə imkanı yaradılmışdır. Həmçinin hər vaqonda 2 nəzarət kamerası quraşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edib.

Söhbət zamanı Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.

AZƏRTAC

Martın 30-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümü ilə əlaqədar tədbir ­keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov abidə önünə gül qoymuş, soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad etmişdir.

Ardını oxu...

Martın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhanini qarşılayıb.
Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində yaradılan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.
Daha sonra Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub. Videoçarxda İran ərazisində Azərbaycan Dəmir Yollarının Astara terminalı haqqında məlumat verilib.
Dövlət başçıları biznes forumda nitq söyləyiblər.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Martın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini qarşılayıb.
Martın 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.
Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 26 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq ­terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi ­qulluqçuları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları da vardır.


Məmmədquliyev Əli Şüceyib oğlu – mayor

“Vətən uğrunda” medalı ilə,


Paşayev Qənimət Əliheydər oğlu – mayor
Hacıyev Ramil Kamil oğlu – mayor

“Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişlər.

Martın 27-də Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat verilib.
Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsib.
Bona Dea Beynəlxalq Hospitalında yaradılan ­şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım tibb ocağının kollektivi ilə görüşüblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalın təcili tibbi yardım şöbəsi ilə də tanış olublar.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilsin (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 27 mart 2018-ci il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 27 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir 


1. Ümumi müddəalar 

1.1. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu (bundan sonra - Fond) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında yaradılmış, muxtar respublikada gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasını təmin edən publik hüquqi şəxsdir.
1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası ­Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Ardını oxu...

 

Təbiətin oyanması Novruzun gəlişi ilə başlayır. Yeni günün, yeni nizamın başlanğıcı olan Novruzun min illərdir qorunub-yaşadılan ənənlərindən biri də bayram günlərində yaz-tarla işlərinin görülməsi, təsərrüfatlarda səliqə-sahman yaradılmasıdır. Təbiətə qayğı və torpağa bağlılıqdan qaynaqlanan bu adətlər muxtar respublikada bu gün də yaşadılır. Novruz bayramı münasibətilə iməciliklər keçirilir, meyvə bağları və yaşıllıqlar salınır. 

Ardını oxu...

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.
Milli geyimli uşaqlar meydanda rəqs ediblər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılıb, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğurub.
Bahar qız dövlətimizin başçısına səməni təqdim edib.
Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.
Dövlətimizin başçısı bayram şənliyində nitq söyləyib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parka gəliblər.
Azərbaycanın müxtəlif bölgələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının çıxışları maraqla qarşılanıb.

AZƏRTAC

Azərbaycan xalqı insanın yaranışı və təbiətin oyanışı ilə bağlı təsəvvürlərini Novruz bayramında ümumiləşdirərək zəngin dəyərlər sistemi yaratmışdır. Novruz bayramı tarixi-mədəni keçmişimizə yüksək ehtiramın, milli dəyərlərimizə dərin bağlılığın ifadəsidir. Buna görədir ki, ulu öndərimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində Novruz ənənələrinin yaşadılması qayğısına qalmış, bu bayramı milli varlığımızın və müstəqil dövlətçiliyimizin rəmzinə çevirmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin Novruz bayramı münasibətilə xalqımıza təbrikində deyildiyi kimi: "Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur... Novruz bayramı azadlıq və istiqlal duyğularımızın ifadəsinə çevrilməklə möhtəşəm yubileyi ərəfəsində olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin gerçəkləşməsi və XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçilik idealına yenidən qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindəndir".
Naxçıvan Muxtar Respublikasında Novruz bayramı hər il yüksək nailiyyətlərlə qarşılanır, baharın gəlişi quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunur.
Martın 19-da Naxçıvan şəhərindəki “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə bayram şənliyi keçirilmişdir.

Ardını oxu...

Martın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gəlmiş missiyasının muxtar respublikada fəaliyyət göstərəcək müşahidəçiləri Filipo Ristoldo və Risto Hurme ilə görüşmüşdür.

Səmimi qəbula görə minnətdarlıq edən Filipo Ristoldo və Risto Hurme Novruz bayramı ərəfəsində muxtar respublikada olmaqdan məmnunluqlarını bildirmişlər. Müşahidəçilər seçki kampaniyasını və səsvermə prosesini yaxından izləyəcəklərini bildirmiş, fəaliyyət istiqamətləri barədə məlumat vermişlər.

Ali Məclisin Sədri muxtar respublikada seçki prosesinə hazırlıq işlərini diqqətə çatdırmış, beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradıldığını qeyd etmişdir. Seçki müşahidələrinin qanunvericiliyin tələblərinə uyğun aparılacağına əminliyini bildirən Ali Məclisin Sədri qonaqlara fəaliyyətlərində uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Kənd təsərrüfatında mütərəqqi metodların tətbiqi, müasir texnika və texnoloji avadanlıqlardan istifadə mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə ardıcıl tədbirlər görülür, torpaq mülkiyyətçilərinin texnika ilə təminatı diqqətdə saxlanılır.
Martın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezi qəbul edib.
Dövlətimizin başçısı Paraqvay Senatının sədri Fernando Luqo Mendezin VI Qlobal Bakı Forumunda iştirakının önəmini qeyd edib. Tədbirin beynəlxalq əhəmiyyətinə toxunan Prezident İlham Əliyev forumda müxtəlif səviyyəli nümayəndələrin iştirakının beynəlxalq məsələlərlə bağlı hərtərəfli müzakirələrin aparılması baxımından əhəmiyyətli olduğunu deyib.
Dövlətimizin başçısı Azərbaycanın Paraqvayla və eləcə də digər Cənubi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
Görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmlənməsində rolu xüsusi qeyd olunub, ölkəmizin regionda gərginliyin azaldılması işinə müsbət təsir göstərdiyi vurğulanıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 16 mart tarixli sərəncamları ilə miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif edilmiş və onlara ali xüsusi rütbələr verilmişdir.
Ali xüsusi rütbə alan və təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları da vardır.

Nəbiyev Şahin Hidayət oğluna

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmiş,

Məmmədov Kənan Əsvər oğlu

Mikayılov Bağır Mikayıl oğlu


“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilmişlər.

Martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva forumun açılış mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Prezident İlham Əliyev martın 15-də Beynəlxalq Türk ­Akademiyasının prezidenti Darxan Kıdırəliyə “Dostluq” ordenini təqdim edib.

* * *

Dövlətimizin başçısı martın 15-də Albaniya Respublikasının Prezidenti İlir Meta ilə ­görüşüb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyev deyib ki, biz dostuq, qardaşıq, bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, bu gün belədir və həmişə də belə olacaq. Bizi çox dərin əlaqələr bağlayır. Siyasi əlaqələrimiz ən yüksək zirvədədir, iqtisadi sahədə yaxşı nəticələr var. Türkiyə Azərbaycana və Azərbaycan Türkiyəyə 10 milyard dollardan çox sərmayə qoyub.
Baş nazir Binəli Yıldırım qeyd edib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. ­Ölkələrimiz arasındakı münasibətlər gündən-günə daha da inkişaf edir. Həm Türkiyədə, həm də Azərbaycanda qarşılıqlı investisiyalarımız, ticarətimiz artır, turizm sahəsində əməkdaşlığımız inkişaf edir.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də VI Qlobal Bakı Forumunun işində iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçallı qəbul edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunun önəmini qeyd edən xanım Ana Birçall forumda iştirakından məmnunluğunu bildirib.
Dövlətimizin başçısı 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini deyib.
Görüşdə Azərbaycan-Rumıniya əlaqələrinin yüksək səviyyəyə çatdığı vurğulanıb, ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığı və əməkdaşlığımızın böyük potensialının olduğu qeyd edilib.
Görüşdə, həmçinin qarşılıqlı sərmayə qoyuluşu və hər iki ölkədən olan şirkətlərin bu sahədə fəaliyyətinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Bu il də Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulacaqdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında neft və qaz təminatı sahəsində səmərəli fəaliyyətlərinə görə:

Həziyev İsa Şahbaz oğlu;

İbrahimov Şirzad Heydər oğlu;

Rzayev Kazım İsa oğlu;

Yusifov Zakir Həsən oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 13 mart 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də ATƏT Parlament ­Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Martın 13-də ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçiriləcəyinin önəmi vurğulanıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Görüşdə, eyni zamanda, Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunulub. Prezident İlham Əliyev bu seçkilərin ədalətli, şəffaf şəkildə keçiriləcəyinə və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianı qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi münasibətlərin uğurla inkişaf etdiyini bildirib, müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımızın uzun illər müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.
Gürcüstanın müdafiə naziri Levan İzoria Gürcüstan xalqının dövlətimizin başçısına şəxsən hörmətini bir daha ifadə edərək ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafında Prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edib.
Azərbaycan ilə Gürcüstan arasında iqtisadi, energetika, nəqliyyat sahələrində uğurlu qarşılıqlı fəaliyyətin olduğunu bildirən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətini diqqətə çatdırıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti ­İlham Əliyevin 2018-ci il 9 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə bir qrup hərbi qulluqçu təltif edilmişdir. Təltif olunanlar arasında Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçusu da vardır.

Tarışov Elnur Aydın oğlu – mayor

“Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.

Martın 7-də Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.
Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binası Azərbaycan Prezidentinin 2012-ci ildə imzaladığı Sərəncamla təsdiq edilən “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”na əsasən inşa edilib.
Prezident İlham Əliyevə son illər rəsmi statistikanın inkişafı sahəsində görülən işlər, məlumatların keyfiyyətinə nəzarət cədvəllərinin və qiymət statistikası üzrə məlumatların hazırlanması prosesi barədə də məlumat verilib.
Sonra dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 166 nəfərin çalışacağı bina altı mərtəbədən ibarətdir. Burada işçilərin rahatlığı üçün hər cür şərait yaradılıb.

AZƏRTAC

Martın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevi qəbul edib.
Prezident İlham Əliyev Məmmədəli Ağayevin 25 ildən artıqdır ki, Moskva Akademik Satira Teatrının direktoru vəzifəsində işlədiyini qeyd edərək onun Rusiyada teatr sənətinin inkişafına böyük töhfə verdiyini deyib. Moskva Akademik Satira Teatrının Rusiyanın aparıcı teatrlarından biri olduğunu qeyd edən dövlətimizin başçısı xalqımızın nümayəndəsinin uzun illər belə yüksək vəzifədə fəaliyyət göstərərək böyük hörmət qazandığını vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Məmmədəli Ağayev bu günə qədər həmişə Azərbaycanla yaxından əlaqə saxlayıb və vətənindən ayrılmayıb. Dövlətimizin başçısı keçən il imzaladığı Sərəncamla Məmmədəli Ağayevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyini bildirib və ordeni ona təqdim edib.
Məmmədəli Ağayev dövlətimizin başçısına qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayıb.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında səmərəli fəaliyyətlərinə görə:
Cəfərova Siyatel Sevindik qızı – “Əməkdar müəllim” fəxri adı ilə;
Fətullayeva Rəna Faiq qızı – “Əməkdar həkim” fəxri adı ilə;
Ağayeva Günəş Əkrəm qızı – “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə;
Abbasova Zülfiyyə Mərdan qızı
Nəcəfova Nuranə Südeyib qızı – “Əməkdar tibb işçisi” fəxri adı ilə;
Bayramova Çiçək Yunis qızı
Camalova Roza Əvəz qızı
Hüseynəlili Zivər İnşallah qızı
Təmoyeva Sənubər İsmixan qızı
Vəliyeva Mahirə Salman qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 7 mart 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 1 mart tarixli sərəncamları ilə Azərbaycan Respublikasının ictimai həyatında, təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup şəxs təltif edilmişdir.
Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının ictimai həyatında, təhsil, səhiyyə və mədəniyyət sahələrində fərqlənən qadınlar da vardır.

Abdullayeva Nina Vasilyevna
Əhmədova Gülər Səfər qızı
Əliyeva Kəmalə Heydər qızı
Əlizadə Çiçək Sərvər qızı
İbrahimova Aləmzər Tofik qızı
Quliyeva Sürayyə İslam qızı
Quliyeva Ulduz Məhərrəm qızı
Orucova Mahizər Şəmil qızı

“Tərəqqi” medalı ilə,

Ağayeva Xırda Yusif qızı

“Əməkdar həkim” fəxri adı ilə təltif edilmişlər.

Martın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşüb.

Ali Məclisin Sədri Azərbaycan ilə Koreya Respublikası arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının rolundan danışdı, xüsusilə təhsil sahəsində səmərəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırdı. Naxçıvan Dövlət Universitetində Koreya dilinin tədris olunduğunu və koreyalı tələbələrin təhsil aldığını qeyd edən Ali Məclisin Sədri bütün bunların mədəni əlaqələrin inkişafına töhfə verdiyini bildirdi. Koreyanın “KOİCA” şirkəti tərəfindən quraşdırılan yeni texnologiyalar hesabına bu il Naxçıvan Dövlət Universitetində distant təhsil mərkəzinin yaradıldığını diqqətə çatdıran Ali Məclisin Sədri əməkdaşlığın əhəmiyyətini vurğuladı.

Ali Məclisin Sədri Qış Olimpiya Oyunlarının uğurla keçirilməsi münasibətilə səfirə təbriklərini çatdırdı və bunu Koreya Respublikasının inkişafının nəticəsi kimi dəyərləndirdi.

Naxçıvan Muxtar Respublikasında özünü vətənindəki kimi hiss etdiyini və göstərilən xoş münasibətdən məmnunluq duyduğunu bildirən Kim Çanq-gyu ölkələrimiz arasındakı əlaqələrdən bəhs etdi. Səfir muxtar respublikaya səfərinin mövcud əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi məqsədinə xidmət etdiyini bildirdi və əlaqələrin müxtəlif sahələr üzrə inkişafında maraqlı olduqlarını vurğuladı.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Martın 5-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 2018-ci il aprelin 11-də ­Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış ilk namizəd kimi İlham Əliyevə təbriklərini çatdırıb və namizədlik vəsiqəsini ona təqdim edib.
Dövlətimizin başçısı qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan ­Respublikasının qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə və bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib, Mərkəzi Seçki Komissiyasının işinə uğurlar arzulayıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik göstərdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı sürətdə dəstəklənməsinin önəmini qeyd edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin bazasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər ­Nazirliyi Məktəbin fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görsün.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 5 mart 2018-ci il

 

 

 

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi (bundan sonra - Məktəb) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli 107-V FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin bazasında yaradılmış xüsusi təyinatlı orta ixtisas təhsili müəssisəsidir.
1.2. Məktəb müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhür, ştamp və blanka malikdir.
1.3. Məktəbin fəaliyyətinin əsas istiqaməti daxili işlər orqanları üçün orta ixtisas təhsilli zabit kadrlar hazırlamaq və daxili işlər orqanları əməkdaşlarının əlavə təhsil almalarını təşkil etməkdir.

Ardını oxu...

Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyev deyirdi: Təbiəti duymaq, dinləmək, onun keşiyində durmağı bacarmaq psixologiyasını böyüyən nəslə aşılamaq ən yaxşı təbiət dərsidir”. 

Naxçıvan Muxtar Respublikasında təbiətə qayğı ilə yanaşılır. Hər il baharın gəlişi xalqımızın min illər ərzində formalaşmış adət-ənənələrinə uyğun olaraq ağac əkməklə, səliqə-sahman yaratmaqla qarşılanır. Təbiətin oyandığı ilk günlərdən iməciliklər keçirilir, yeni meyvə bağları salınır, mövsümə uyğun aqrotexniki tədbirlər görülür.  Bu ilin yazında da muxtar respublikada 200 hektara yaxın sahədə meyvə bağlarının salınması nəzərdə tutulur. 

Martın 3-də Naxçıvan Muxtar Respublikasında iməcilik keçirilmiş, yeni meyvə bağları salınmışdır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Su Anbarının  kənarında keçirilən iməcilikdə iştirak etmişlər. İməcilik keçirilən 2 hektar ərazidə 1500 meyvə tingi əkilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir. Ali Məclisin Sədri yaz aylarında əkin işlərinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.

Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə 23 minə yaxın adam iştirak etmiş, 10 mindən artıq meyvə tingi, 2500 meşə ağacı, 2100 gül və bəzək kolu əkilmişdir.

 Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Martın 2-də Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın baş verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərhal hadisənin baş verdiyi Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub.
Aidiyyəti qurumların rəhbərləri yanğının başvermə səbəbləri və nəticələri barədə dövlətimizin başçısına məlumat veriblər.
Respublika Baş Prokurorluğunun, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən yanğın martın 2-də saat 06:10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin bir korpusunda baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, prokurorluq və daxili işlər orqanlarının əməkdaşları cəlb edilib.
Dövlətimizin başçısı hadisənin nəticələrinin tez bir zamanda aradan qaldırılması və yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar müvafiq tapşırıqlarını verib.
Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.
Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini qəbul edib.
Adel İbrahim Ahmed İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycanın çox gözəl ölkə olduğunu deyən Adel İbrahim Ahmed İbrahim hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və bu ölkə ilə daha yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasına önəm verdiyini deyib. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Misirin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək nümayiş etdirdiklərini vurğulayıb. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün iqtisadi sahədə daha çox işlərin görülməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu sahədə böyük imkanların mövcud olduğunu bildirib.

AZƏRTAC

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi ­mərasimində iştirak edib.
Dövlətimizin başçısı Mingəçevir Su Elektrik Stansiyasını əsaslı yenidənqurmadan sonra işə salıb.

* * *

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib.

* * *

Həmin gün Prezident İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin, Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin, Mingəçevirdə “ASAN Həyat” kompleksinin açılışlarında iştirak edib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR