10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevi qəbul edib.
Prezident İlham Əliyev Məmmədəli Ağayevin 25 ildən artıqdır ki, Moskva Akademik Satira Teatrının direktoru vəzifəsində işlədiyini qeyd edərək onun Rusiyada teatr sənətinin inkişafına böyük töhfə verdiyini deyib. Moskva Akademik Satira Teatrının Rusiyanın aparıcı teatrlarından biri olduğunu qeyd edən dövlətimizin başçısı xalqımızın nümayəndəsinin uzun illər belə yüksək vəzifədə fəaliyyət göstərərək böyük hörmət qazandığını vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Məmmədəli Ağayev bu günə qədər həmişə Azərbaycanla yaxından əlaqə saxlayıb və vətənindən ayrılmayıb. Dövlətimizin başçısı keçən il imzaladığı Sərəncamla Məmmədəli Ağayevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyini bildirib və ordeni ona təqdim edib.
Məmmədəli Ağayev dövlətimizin başçısına qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayıb.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR