10 Yanvar 2025, Cümə

Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyev deyirdi: Təbiəti duymaq, dinləmək, onun keşiyində durmağı bacarmaq psixologiyasını böyüyən nəslə aşılamaq ən yaxşı təbiət dərsidir”. 

Naxçıvan Muxtar Respublikasında təbiətə qayğı ilə yanaşılır. Hər il baharın gəlişi xalqımızın min illər ərzində formalaşmış adət-ənənələrinə uyğun olaraq ağac əkməklə, səliqə-sahman yaratmaqla qarşılanır. Təbiətin oyandığı ilk günlərdən iməciliklər keçirilir, yeni meyvə bağları salınır, mövsümə uyğun aqrotexniki tədbirlər görülür.  Bu ilin yazında da muxtar respublikada 200 hektara yaxın sahədə meyvə bağlarının salınması nəzərdə tutulur. 

Martın 3-də Naxçıvan Muxtar Respublikasında iməcilik keçirilmiş, yeni meyvə bağları salınmışdır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Su Anbarının  kənarında keçirilən iməcilikdə iştirak etmişlər. İməcilik keçirilən 2 hektar ərazidə 1500 meyvə tingi əkilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir. Ali Məclisin Sədri yaz aylarında əkin işlərinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.

Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə 23 minə yaxın adam iştirak etmiş, 10 mindən artıq meyvə tingi, 2500 meşə ağacı, 2100 gül və bəzək kolu əkilmişdir.

 Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR