09 Yanvar 2025, Cümə axşamı

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Rumi ilə görüşüb.
Ali Məclisin Sədri qonağı salamlayıb və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Muxtar respublikanın inkişafı sahəsində görülən işlərdən bəhs edən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Küveyt Dövləti arasında qarşılıqlı əlaqələrin inkişafı üçün imkanların olduğunu diqqətə çatdırıb, Səud Əbdüləziz əl-Ruminin səfərinin bu baxımdan səmərəli olacağına əminliyini ifadə edib.
Səmimi qəbula görə minnətdarlıq edən Səud Əbdüləziz əl-Rumi muxtar respublikanın istehsal müəssisələri və tarixi abidələri, o cümlədən Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlığın onda böyük təəssürat yaratdığını bildirib. Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini qeyd edən diplomat bu sahədə səylərin artırılacağını vurğulayıb.
Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Sonda xatirə şəkli çəkdirilib.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer sentyabrın 26-da Milli Gimnastika Arenasında keçirilən yarışları izləyiblər.
Çempionatın yeddinci günündə də yarışlar gərgin idman mübarizəsi şəraitində keçib. Cüdoçularımızdan yalnız 100 kiloqramdan yuxarı çəki dərəcəsində Uşanqi Kokauri finala qədər addımlaya bilib. Uşanqi Kokauri belaruslu Vladislav Tsiarpitskiyə, Polşa idmançısı Masiey Sarnackiyə, çexiyalı Lukas Krpalekə və özbəkistanlı Bekmurod Oltıboevə qalib gələrək finala yüksəlib.
Qeyd edək ki, 125 ölkənin iştirak etdiyi cüdo üzrə dünya çempionatında 460 kişi və 298 qadın idmançı mübarizə aparır.

* * *

Azərbaycanın “Azerspace-2” peyki sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə xalqımızı təbrik edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub.
Dövlətimizin başçısı əvvəlcə mərkəzin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara baxıb.
Sonra Prezident İlham Əliyev Baku Ekspo Mərkəzinin daxili pavilyonlarındakı stendlərlə tanış olub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri Krasimir Karakaçanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Dövlətimizin başçısı həmin gün Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 24-də ölkəmizə işgüzar səfərə gələn Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşü olub.
Dövlətimizin başçısı Monqolustan Prezidentini qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Daha sonra dövlət başçılarının görüşü olub.
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa deyib ki, bizim bir çox ­vətəndaşlarımız, xüsusilə idmançılarımız, güləşçilərimiz Bakıdakı çempionatda iştirak edirlər. Onların hamısı böyük məmnuniyyətlə qeyd edirlər ki, ölkəniz möhtəşəm inkişaf edir.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: Bu görüş bizim ikitərəfli ­gündəliyimizi, əməkdaşlığımızı gücləndirmək, o cümlədən idman sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirməklə bağlı bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir.
Görüşdə iqtisadi, kənd təsərrüfatı, ticarət, investisiya, turizm, informasiya-kommunikasiya texnologiyaları, tranzit daşımalar, humanitar, təhsil, xalçaçılıq və Monqolustan tərəfinin Azərbaycan peykinin imkanlarından istifadəsi və “ASAN xidmət” təcrübəsinin bölüşülməsi ilə bağlı məsələlər müzakirə olunub.
Söhbət zamanı, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında arxeologiya sahəsində səmərəli fəaliyyətinə görə Katherine Anne Marro “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 24 sentyabr 2018-ci il

Sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”nin açılış tədbiri keçirilmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının və Avropa İttifaqının himnləri səsləndirilmişdir.
Avropa ölkələrinin Azərbaycandakı səfirləri festival iştirakçılarını salamlamışlar.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək tədbiri açıq elan etmişlər.

Ardını oxu...

Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində keçirilən “Avropa günləri”ində iştirak etmək üçün muxtar respublikaya gələn Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb. 

Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirmiş, Naxçıvan şəhərində "Avropa günləri"nin keçirilməsini muxtar respublikaya olan etimadın və tədbirlərin yüksək səviyyədə keçirilməsinə inamın ifadəsi kimi dəyərləndirmişdir. Muxtar respublikanın ərazisi, əhalisi, idarəetmə quruluşu və sosial-iqtisadi inkişafı haqqında qonaqlara ətraflı məlumat verən Ali Məclisin Sədri təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırmışdır. Ali Məclisin Sədri blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada inkişafın təmin olunduğunu bildirmiş, Naxçıvan şəhərində "Avropa günləri"nin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirmiş, əməkdaşlığın davam etdiriləcəyinə inamını ifadə etmişdir.

 Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan şəhərində "Avropa günləri"nin keçirilməsi üçün yaradılan şəraitə və səmimi qəbula görə minnətdarlıq etmişdir. Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdən danışan qonaq Naxçıvan Muxtar Respublikasının inkişafının, xüsusilə təhsil sahəsində qazanılan nailiyyətlərin böyük məmnunluq doğurduğunu və əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirmişdir.

Finlandiyanın səfiri xanım Arya Makkonen, Danimarkanın səfiri Svend Olinq, Yunanıstanın səfiri Nikolas Kanellos, Macarıstanın səfiri Viktor Szederkenyi, Bolqarıstanın səfiri Nikolay Yankov və Belçika Krallığının səfiri Bert Skufs Naxçıvanda olmaqdan məmnunluqlarını bildirmiş və əməkdaşlıq imkanlarını diqqətə çatdırmışlar.

Sonda xatirə şəkli çəkdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi ­münasibətilə təntənəli iclas keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xaricdən dəvət olunmuş çoxsaylı qonaqlar iclasda iştirak ediblər.
Dövlətimizin başçısı iclasda nitq söyləyib.
Prezident İlham Əliyev Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandıran dövlətimizin başçısı xalqımızın Şərqdə ilk demokratik respublikanın yaradılması ilə fəxr etdiyini bildirib. Cümhuriyyət dövründə bir sıra dövlət atributlarının təsis edildiyini deyən Prezident İlham Əliyev Azərbaycan dövlətinin Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb, bu il “Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımla görüşüb.

* * *

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC

Sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov çıxış edərək demişdir ki, muxtar respublikada aparılan geniş tikinti-qruculuq işləri yol təsərrüfatını da əhatə etmişdir. Müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodlarının, qum-çınqıl karxanaları və bitum anbarlarının istifadəyə verilməsi, yeni texnikaların alınması yol tikintisinin əhatə dairəsini xeyli genişləndirmişdir. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin maddi-texniki bazası möhkəmləndirilmiş, istehsal olunan asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınması üçün yeni mexanizmlər alınmışdır. Yol infrasturukturu müasirləşdirilərkən diqqətdə saxlanılan əsas məsələlərdən bir də yerli tikinti materialları, xüsusilə də keyfiyyətli asfalt istehsalına nail olmaqdır. Yeni asfalt-beton zavodun istifadəyə verilməsi də məhz bu sahədə görülən işlərin davamıdır. Bəhruz Əsgərov yaradılan şəraitə görə muxtar respublikanın yol təsərrüfatı işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada yeni asfalt-beton zavod kompleksinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, təşkilatçılara və əməyi olanlara təşəkkürünü bildirərək demişdir: Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar bütün sahələrdə inkişafı təmin etmiş, əhalinin yaşayış səviyyəsi yaxşılaşmışdır. Bu gün Azərbaycan tranzit yükdaşımalar və turizm ölkəsinə çevrilmişdir. Bütün bunların əsasında isə hərtərəfli inkişafla yanaşı, həm də müasir yol infrastrukturu dayanır. Rahat və müasir yollar hər bir ölkənin tranzit keçid imkanlarını artırır. Eyni zamanda ölkənin yolları abaddırsa, o ölkəyə gələn qonaqların sayı da çox olur.

Ardını oxu...

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfərə gələn Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Humədi, Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirini, Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimi, Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncarini, Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançevanı, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekovu, Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərifi və ATƏT Parlament Assambleyasının prezidenti George Tseretelini qəbul edib.
Dost ölkələrin nümayəndələrinin bu tədbirdə təmsil olunmasını ölkələrimiz arasında ­tərəfdaşlıq münasibətlərinin nümayişi kimi dəyərləndirən Prezident İlham Əliyev onların təmsil etdikləri ölkələrə səfərlərini məmnunluqla xatırlayıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Hər il Məhərrəm ayı və onun Aşura günü muxtar respublikada İslamın dəyərlərinə uyğun qeyd olunur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İqtisadi sahədə əməkdaşlığın çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bir sıra Avstriya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğulayıb. Dövlətimizin başçısı əminliklə qeyd edib ki, Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxenin böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsi onların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaradacaq və səfər zamanı idman, nəqliyyat və digər sahələrdə əməkdaşlıqla bağlı aparılan danışıqlar ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir.
Haynts-Kristian Ştraxe qeyd edib ki, böyük nümayəndə heyəti ilə ölkə­mizə səfərinin əsas məqsədi yaxşı səviyyədə olan Avstriya-Azərbaycan əlaqələrini daha da dərinləşdirmək və əlaqələrimizin xoş ənənələrindən çıxış edərək bu işlərə töhfə vermək niyyətindən ibarətdir. O, iki ölkə rəsmiləri arasında təmasların əlaqələrimizin inkişafı baxımından önəmli olduğunu deyib. Haynts-Kristian Ştraxe ölkələrimiz arasında iqtisadi və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək, strateji əhəmiyyətli məsələlərin müzakirəsi və konkret birgə layihələrin icrası məqsədilə şuranın yaradılmasını və bu şuranın iclaslarının mütəmadi olaraq keçirilməsini təklif edib.

AZƏRTAC

Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyevin 2018-ci il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının qaz təsərrüfatı işçiləri də vardır.


Cəfərov Nadir Zeynal oğlu

Hüseynov Tofiq Vəli oğlu

Məmmədov Sahib Qəhrəman oğlu

“Tərəqqi” medalı ilə təltif edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib.

* * *

Prezident İlham Əliyev həmin gün Masallı rayonuna səfərə gedib.
Dövlətimizin başçısı sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin, “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin, əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı ­avtomobil yolunun açılışlarında iştirak edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonuna səfərə gedib.
Prezident İlham Əliyev həmin gün Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun, Bayraq Muzeyinin, Biləsuvar Gənclər Evinin ­açılışlarında iştirak edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Çin Xalq Respublikasının Sinxua xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Çinin Sinxua xəbər agentliyinin Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə yaxşı əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı Sinxua xəbər agentliyinin baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən sonra bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib. İki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün çox yaxşı imkanların olduğunu qeyd edən dövlətimizin başçısı qarşılıqlı ixracın artırılması üçün əməli işlərin aparıldığını deyib. Prezident İlham Əliyev turizmin inkişafında xəbər agentliklərinin və mətbuatın böyük rolunu qeyd edib.
Ölkəmizdə keçirdiyi görüşlərdən danışan Hi Pinq Sinxua ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək bu əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb. Qonaq Azərbaycanda çalışan Çin şirkətlərinin fəaliyyəti ilə yaxından tanış olduqlarını da məmnunluqla qeyd edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətlərinə görə:
Əliyeva Günay Fərhad qızına
Əliyeva İlahə Yavər qızına
Əsgərov Məmməd Səməd oğluna – “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 sentyabr 2018-ci il

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Şəhidlər xiyabanını ziyarət ediblər.

* * *

Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva paradda iştirak ediblər.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı quruculuq işləri aparılır. Şəhər, qəsəbə və kəndlərdə yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu il Şərur rayonunun İbadulla kəndində də geniş quruculuq işləri görülmüş, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olmuşdur. 

Bilik Günü İbadulla kənd tam orta məktəbinin yeni binasının
istifadəyə verilməsi ilə qeyd olunmuşdur

Sentyabrın 15-də – Bilik Günündə İbadulla kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü münasibətilə təbrik etmişdir.
Ali Məclisin Sədri Qədim Şərq müdriklərinin “İnkişafa gedən yol təhsildən keçir” fikrini xatırladaraq demişdir: Təhsil olmadan inkişaf yoxdur. Ona görə də ölkələr öz inkişafına görə, hər şeydən əvvəl, təhsilə borcludur. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə təhsilin cəmiyyətin inkişafındakı rolunu yüksək qiymətləndirmiş, bu sahəni xalqımızın milli maraqlarına uyğunlaşdıraraq demişdir: ­“Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun təhsilidir”.
Qeyd olunmuşdur ki, elmin və təhsilin inkişafı sahəsində bu gün ölkəmizdə qazanılan nailiyyətlər, formalaşan intellektual potensial dahi şəxsiyyətin müəllifi olduğu təhsil strategiyasının bəhrələridir. Ulu ­öndərimizin yolu ilə gedən Azərbaycanda təhsil quruculuğu dövlət siyasətinin əsasını təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən qayğı, qoyulan investisiya Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhsili yeni inkişaf mərhələsinə çıxarmış, təhsil infrastrukturu sahəsində əsaslı dönüş yaranmışdır. Hər il muxtar respublikamızda təhsil müəssisələri üçün müasir tələblərə cavab verən komplekslər tikilir. Mütərəqqi tədris metodları və yeni texnologiyalar tətbiq edilir ki, bu da tədrisin keyfiyyətinin yüksəldilməsi üçün çox vacibdir. Bilik ­Günündə Şərur rayonunun İbadulla kəndində yeni məktəb binasının istifadəyə verilməsi də təhsil sahəsində həyata keçirilən kompleks tədbirlərin davamıdır.

Ardını oxu...

Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə yeni məktəb binasında yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, bu təhsil ocağının təməli 2017-ci ilin sentyabrında qoyulub. Məktəbin həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, açıq havada idman meydançası yaradılıb. Üçmərtəbəli yeni məktəb binasının inşaat işləri yüksək keyfiyyətlə yerinə yetirilib.
Sonra dövlətimizin başçısı məktəbin bir qrup müəllim və şagirdi ilə görüşüb.
Azərbaycan Prezidenti görüşdə çıxış edib.
Dövlətimizin başçısı müəllimlərlə söhbət edib.
Daha sonra Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyaneni qəbul edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:
Babayeva Şərafət Akif qızına
Cəfərova Tərifə Abdulla qızına
Əhmədova Zəhra Yusif qızına
Əliyeva Mənsumə Hacı qızına
Əliyeva Samirə Vaqif qızına
Hacıyeva Hicran Firudin qızına
Həsənova Turan Vaqif qızına
İsgəndərova Xanım İboş qızına
Mehdiyeva Məhəbbəd Sultan qızına
Məmmədov Mayis Əli oğluna
Məmmədova Südabə Nəriman qızına
Novruzova Kəmalə Məsmalı qızına – “Əməkdar müəllim” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 14 sentyabr 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

* * *

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib.
Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

* * *

Dövlətimizin başçısı həmin gün Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Sentyabrın 13-də Naxçıvan Tibb Kollecinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Ali Məclisin Sədri Bilik Günü ərəfəsində Naxçıvan Tibb Kollecinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin "Səhiyyə xalqımızın sağlamlığı və gələcəyidir", - fikrini xatırladaraq demişdir: Ümummilli liderimiz Azərbaycana hər iki rəhbərliyi dövründə səhiyyənin inkişafını diqqətdə saxlamışdır. Bu gün ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidentinin qayğısı ilə Azərbaycanda səhiyyə sistemi müasir tələblər səviyyəsində qurulub. Bu sahədə kadr hazırlığı yüksək səviyyədə həyata keçirilir. Muxtar respublikamızda da səhiyyənin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Hazırda 32 muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, mərkəz və dispanserlər, eləcə də 107 feldşer-mama və tibb məntəqəsi, 84 ambulatoriya vasitəsilə əhaliyə səhiyyə xidməti göstərilir. Muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, dispanser və mərkəzlər müasir tələblər səviyyəsində qurulub. Ambulatoriyaların 90 faizi, feldşer-mama və tibb məntəqələrinin 95 faizi yeni binalarda yerləşir, əhaliyə müasir səhiyyə xidməti göstərilir.

Ardını oxu...

Muxtar respublikada tikinti-quruculuq işləri aparılarkən tarixiliklə müasirlik vəhdətdə götürülür. Naxçıvan şəhərinin qədim arxitekturası və memarlıq quruluşu qorunub saxlanılır. Tarixi binaların yenidən qurulması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Hazırda Naxçıvan şəhərinin Atatürk küçəsindəki 6 nömrəli binada yenidənqurma işləri aparılır.
Sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Yenidənqurma işləri aparılarkən binanın tarixi görkəminin və memarlıq quruluşunun saxlanılmasına xüsusi diqqət yetirilir. Tikinti işləri başa çatdıqdan sonra binada Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Cəmşid Naxçıvanskinin Ev Muzeyi yerləşəcəkdir. Binanın ətrafında da abadlıq işləri aparılacaq, yeni park salınacaqdır. Parkda Naxçıvan Muxtar Respublikasının turizm marşurutlarının xəritəsini və tarixi abidələrinin görüntülərini əks etdirən stendlər qoyulacaqdır.
Ali Məclisin Sədri binada tikinti işlərinin keyfiyyətlə aparılması, həmin küçədəki 8 nömrəli binanın da layihələndirilməsi və yenidən qurulması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 nömrəli tam orta məktəbdə və Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidən­qurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısı həmin gün Bakının Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də NATO Parlament Assambleyasının sədri Paolo Allinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 12 sentyabr tarixli Sərəncamı ilə 2018/2019-cu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdü verilmişdir. Həmin tələbələr arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin məzunları da vardır.

Əliyev Əbdülhüseyn Telman oğlu

Əliyeva Arzu Əhməd qızı

Hacıyev Millət Xaliq oğlu

Kəngərli Zöhrə Azər qızı

Məmmədov Elvariz Rza oğlu

Zeynalova Zübeydə Həsən qızı

Xəbər verdiyimiz kimi, sentyabrın 6-da Zaqrebdə Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər.
Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç çıxışında bildirib ki, anlaşma memorandumunun imzalanması, xüsusilə də enerji sektorunda fəaliyyət göstərən şirkətlər arasında danışıqlarla biz Xorvatiya və Azərbaycan arasındakı münasibətlərin yeni mərhələsinə qədəm qoyduq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında deyib: Bu gün biz enerji, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, sənayenin inkişafı sahələrində genişmiqyaslı əməkdaşlıq məsələlərini müzakirə etdik. Eləcə də regional məsələləri müzakirə etdik. Müzakirə etdiyimiz bütün məsələlərdə bizim ümumi yanaşmamız var. Bu, çox vacibdir. Bu, bizi həqiqi strateji tərəfdaş edir. Azərbaycan regionumuzun, Avropanın enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır. Biz daha da fəal rol oynamağa davam edəcəyik və bu mənada Xorvatiya ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC

Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 6-da rəsmi qarşılanma mərasimi olub.
Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.
Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqrebdə “Xorvatiya Qurbanlarının Səsi-Ağrı Divarı” abidəsini ziyarət edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycana səfərindən məmnunluq hissi keçirdiyini deyən Yaponiyanın xarici işlər naziri Taro Kono ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edib və əlaqələrimizin daha da inkişaf etdirilməsinə ümidvar olduğunu bildirib. Taro Kono Yaponiyanın “İtoçu” və “İnpeks” şirkətlərinin uzun illər “Azəri-Çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhan layihələrində pay sahibi olduqlarını vurğulayıb, “Azəri-Çıraq-Günəşli” üzrə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının önəmini qeyd edib və bu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu əlaqələrin siyasi, iqtisadi və digər sahələri əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, əməkdaşlığımızın gündəliyi çox genişdir və Yaponiyanın xeyli sayda şirkəti Azərbaycanda kontraktor, investor qismində uğurlu fəaliyyət göstərir. Eyni zamanda dövlətimizin başçısı iki ölkənin biznes dairələri arasında əməkdaşlığın daha da genişləndirilməsi yollarının müəyyən edilməsinin önəmini də vurğulayıb. Ölkəmizin turizm imkanlarına toxunan Prezident İlham Əliyev Azərbaycana gələn turistlərin sayının ildən-ilə artdığını qeyd edib və respublikamızda turizm infrastrukturunun ən yüksək səviyyədə olduğunu deyib.
Söhbət zamanı kadr hazırlığı məsələlərində təcrübə mübadiləsinin önəmi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsində investisiyaların təşviqinin və qorunmasının əhəmiyyətindən danışılıb, ölkələrimiz arasında iqtisadi əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm və digər sahələrdə genişləndirilməsinin böyük potensiala malik olduğu qeyd edilib.

AZƏRTAC

Abidələr hər bir xalqın tarixi yaddaşıdır. Muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması ilə yanaşı, onların bərpası da diqqətdə saxlanılır.  Son illər tarixi abidələrimiz - qalalar, türbələr, məscidlər, buzxanalar və hamam­lar ilkin görkəmi saxlanmaqla bərpa olunur.

Sentyabrın 5-də Yengicə kəndindəki qədim hamam bərpadan sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Ali Məclisin Sədri çıxış edərək demişdir: Bu gün Yengicə kəndində tarixi abidə bərpa olunaraq istifadəyə verilir. Yengicə hamamı xalqımızın mədəniyyətinin göstəricisidir. Hamam iki əsrdən artıq bir dövrdə bu ərazidə yaşayan insanların həyat şəraiti, yaşayış səviyyəsi haqqında məlumat verir. Hamam təmizlik, sağlamlıqdır. Ona görə də vaxtilə insanların həyatına, sağlamlığına dəyər verənlər öz vəsaitləri hesabına Yengicə hamamını tikdirmiş və əhalinin istifadəsinə vermişlər. Uzun illər Yengicə və ətraf kəndlərin əhalisinə xidmət göstərən hamam bu gün tarixi abidə kimi bərpa olunmuş, içərisində xidmət sahələri yaradılmışdır.

Ardını oxu...

Muxtar respublikamızda insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında içməli su təminatı xüsusi yer tutur. Bu günə qədər muxtar respublikanın 4 şəhərində və 12 kəndində içməli su şəbəkəsi qurulmuşdur. İnsan amilinə verilən qiymətin daha bir ifadəsi olan bu tədbir Şərur rayonunun Yengicə kəndini də əhatə etmiş, kənddə yeni içməli su şəbəkəsi qurulmuşdur.

Sentyabrın 5-də Şərur rayonunun Yengicə kəndində içməli su şəbəkəsinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, Yengicə kəndinin içməli su şəbəkəsinin tikintisinə “Şərur şəhər və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində 2018-ci ilin fevral ayında başlanılıb. Su Şərur şəhərinə gələn ana xətdən götürülərək paylayıcı şəbəkəyə verilir. Layihəyə uyğun olaraq ərazidə diametri 63 millimetrdən 280 millimetrə qədər olan plastik borularla 30,9 kilometr içməli su xətti çəkilib, 894 evə su verilərək sayğac quraşdırılıb, 4638 sakin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. Su şəbəkəsinin üzərində 4 yanğın hidrantı, qəza zamanı məhəllə xətlərinin bağlanması üçün müxtəlif diamertli 130 siyirtmə və 3 suboşaldıcı quraşdırılıb.

Ardını oxu...

Sentyabrın 3-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub.

* * *

Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” ­Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları çıxış ediblər.
Sonra nümayəndə heyətlərinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin Bəyannaməsini və Şuranın yeni baş katibinin seçilməsi ilə bağlı sənədləri ­imzalayıblar.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri sentyabrın 3-də başa çatıb.

AZƏRTAC

Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır.
Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli elektron şəxsiyyət vəsiqəsi avqustun 31-də Prezident İlham Əliyevə təqdim olunub.
Dövlətimizin başçısı şəxsiyyət vəsiqəsi üçün foto çəkdirib. Prezident İlham Əliyev elektron imza qoyub. Bir nömrəli elektron şəxsiyyət vəsiqəsi dövlətimizin başçısına təqdim olunub.
Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olacaq.

AZƏRTAC

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara ­alıram:

Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 avqust 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 30-da ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni qarşılayıb.
Prezident İlham Əliyev və Baş nazir Mamuka Baxtadze rəsmi foto çəkdiriblər.
Azərbaycanın Prezidenti və Gürcüstanın Baş naziri görüşdə çıxış ediblər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Mamuka Baxtadze işçi nahar ediblər.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Söhbət zamanı iqtisadi, humanitar sahələrdə əməkdaşlıq barədə danışılıb, çinli turistlərin Azərbaycana böyük maraq göstərdikləri qeyd olunub.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər.
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin etimadnaməsini qəbul edib.

AZƏRTAC

Avqustun 28-də Bakı Bulvarının tarixi rəmzlərindən biri olan və yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlər barədə məlumat verilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltəraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb.
Dövlətimizin başçısı və birinci xanım Dənizkənarı Milli Parkda kiçik Venesiya şəhərciyinin ərazisinə də baxıblar. Burada yeni yer örtüyü salınıb, əlavə ağaclar əkilib, ətraf abadlaşdırılıb.

* * *

Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışında iştirak ediblər.

AZƏRTAC

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin açılışında iştirak ediblər.
Muzeydə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, muzey binasının inşasına bu ilin fevralında başlanılıb. Yüksək səviyyədə həyata keçirilən tikinti işləri avqustda başa çatdırılıb. Birmərtəbəli bina açıq və qapalı ekspozisiya zallarından, iki yardımçı otaqdan ibarətdir. Buradakı açıq muzey xüsusilə diqqəti cəlb edir.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun da açılışında iştirak ediblər.
Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında və Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində də iştirak ediblər.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Safari Parkında olublar.

AZƏRTAC

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Xətai rayonunda salınan idman-əyləncə park kompleksində yaradılan şəraitlə tanış olublar.
İdman-əyləncə park kompleksi Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrini əhatə edən ərazidə salınıb.
Görülən işlərlə tanışlıq zamanı bildirilib ki, yeni park kompleksinin ümumi sahəsi 36 min 833 kvadratmetrdir. Parkın salındığı ərazidə torpaq münbitləşdirilib, yaşıllıq zolağı salınıb, onlarla ağac və dekorativ kollar əkilib, müasir işıqlandırma sistemi və müşahidə ­kameraları quraşdırılıb. İdman-əyləncə park kompleksində təbii daşlardan və metaldan düzəldilən heykəllər landşaftla vəhdət təşkil edir.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nqo Duk Manhın etimadnaməsini qəbul edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Məmmədtağı oğlu Hüseynəliyev Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 21 avqust 2018-ci il

Avqustun 20-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında ali, ali hərbi və orta ixtisas məktəblərinə qəbulda tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək demişdir: Təhsil hər bir ölkənin, hər bir xalqın aparıcı qüvvəsidir. Əgər bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İqtisadiyyatı irəli aparan və ölkənin uğurunu nümayiş etdirən təbii ehtiyatlar yox, təhsil və əhalinin intellektual səviyyəsidir”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 16 avqust tarixli Sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif edilmişlər. Təltif olunanlar arasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi qulluqçuları da vardır.

Əliquliyev Əvəz Qoçəli oğlu – polkovnik-leytenant

Nəsirov Aqil Arif oğlu – mayor

“Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Görülən işlər barədə dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, mərkəzin inşasına 2017-ci ilin aprelində başlanılıb. Tarixi İpək yolunun üzərində yerləşən Abşeron Logistika Mərkəzinin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı planlaşdırılır. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir.

Mərkəz vahid gömrük məntəqəsi kimi qəbul olunub. İdxal, ixrac və tranzit gömrük ­əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.
Mərkəzin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.

AZƏRTAC

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun avqustun 10-da rəsmi qarşılanma mərasimi olub. Mərasim başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək və geniş tərkibdə görüşü olub.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Devin Nunesin başçılıq etdiyi və komitənin üzvü Rik Kravfordun daxil olduğu nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Bəhreyn Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ebrahim Yusuf Al-Abdullanın etimadnaməsini qəbul edib.
Ebrahim Yusuf Al-Abdulla etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Söhbət zamanı dövlətimizin başçısı ölkələrimizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü məsələlərində dəstəklədiyini, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda həmrəylik göstərdiyini məmnunluqla qeyd edib.

* * *

Prezident İlham Əliyev avqustun 8-də Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Şərif Anisin ­etimadnaməsini qəbul edib.

Ardını oxu...

Əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi məqsədilə ölkə ərazisində, eləcə də Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı abadlıq, quruculuq və yenidən­qurma işləri davam etdirilir. Cari ilin may ayında Azərbaycan Respublikasının Prezidenti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş və bir sıra iri layihələrin açılışını həyata keçirmişdir. Həmçinin ölkə başçısının imzaladığı müvafiq sərəncamlara əsasən gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə 10 milyon manat, “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə 5 milyon manat, Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədi ilə 30 milyon manat və Naxçıvan Muxtar Respublikasının sosial-­iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə 10 milyon manat vəsait Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılmışdır.
Araz çayı üzərində inşa edilən Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq ­qərara alıram:
1. Gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədi ilə əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində ­göstərilmiş məbləğin 13,5 milyon (on üç milyon beş yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2018-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin ­­ 22-ci bəndini rəhbər tutaraq, sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdi­rilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının ­Sahibkarlığa Kömək Fondu ləğv edilsin.
2. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilsin.
3. “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
4. “Naxçıvan Muxtar Respublikası Sa­hibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
5. Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 16 oktyabr tarixli 177-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Naxçıvan Muxtar Respublikasının Sa­hibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə keçsin.
6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 7 avqust 2018-ci il

 

Avqustun 4-də Naxçıvan Muxtar Respublikasında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova,  Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov və Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış etmişlər.

Ardını oxu...

Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edib, mənzillərdə yaradılan şəraitlə tanış olublar.
Sonra Prezident İlham Əliyev əlil və şəhid ailələrinin üzvləri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyev mənzillərin sənədlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 1 avqust tarixli Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının kino işçiləri də vardır.

Ağalarov Vaqif Mamo oğlu
Rəsulova Ruhiyyə Hacı qızı

“Tərəqqi” medalı ilə təltif ­edilmişlər.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının ­ 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq avtomobil nəqliyyatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidmətinin strukturu” təsdiq edilsin (əlavə olunur).
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 31 iyul 2018-ci il

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR