09 Yanvar 2025, Cümə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İqtisadi sahədə əməkdaşlığın çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bir sıra Avstriya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğulayıb. Dövlətimizin başçısı əminliklə qeyd edib ki, Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxenin böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsi onların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaradacaq və səfər zamanı idman, nəqliyyat və digər sahələrdə əməkdaşlıqla bağlı aparılan danışıqlar ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir.
Haynts-Kristian Ştraxe qeyd edib ki, böyük nümayəndə heyəti ilə ölkə­mizə səfərinin əsas məqsədi yaxşı səviyyədə olan Avstriya-Azərbaycan əlaqələrini daha da dərinləşdirmək və əlaqələrimizin xoş ənənələrindən çıxış edərək bu işlərə töhfə vermək niyyətindən ibarətdir. O, iki ölkə rəsmiləri arasında təmasların əlaqələrimizin inkişafı baxımından önəmli olduğunu deyib. Haynts-Kristian Ştraxe ölkələrimiz arasında iqtisadi və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək, strateji əhəmiyyətli məsələlərin müzakirəsi və konkret birgə layihələrin icrası məqsədilə şuranın yaradılmasını və bu şuranın iclaslarının mütəmadi olaraq keçirilməsini təklif edib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR