Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və digər sahələrdə çoxşaxəli əlaqələrin mövcud olduğunu qeyd edərək, yüksək səviyyədə həyata keçirilən səfərlərin önəmini vurğulayıb.
Görüşdə, həmçinin ölkələrimiz arasında mədəniyyət, turizm, idman və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.