08 Yanvar 2025, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın başçılıq etdiyi, bu qurumun baş katibi Antonio Lopez-İsturiz və Asiya və Sakit okean regionu üzrə baş əlaqələndiricisi Sezar Rosellonun daxil olduğu nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev səfərin və aparılan müzakirələrin ölkəmizlə bu təsisat arasında əməkdaşlıq və dialoqun inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrana səfər çərçivəsində məcburi köçkünlərlə görüşdüklərini və Azərbaycan hökuməti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən sosial təyinatlı işlərin nümunəvi olduğunu bildirib.
Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət ­mərkəzində saxlanıldığını qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadlar və münaqişənin həlli prosesi barədə danışıb.
Görüşdə, həmçinin Mərkəzçi Demokratlar İnternasionalı ilə Azərbaycan, xüsusilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR