Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 14-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 14-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.
Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.
Ali Məclisin Sədri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik etmiş və Naxçıvana səfərinin əhəmiyyətini vurğulamışdır. Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Litva arasında kənd təsərrüfatı, təhsil və turizm sahələrində əməkdaşlıq üçün potensialın olduğunu bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.
Qonağı salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edib.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə bayrağımız qəbul edilmişdir. Lakin cümhuriyyətin süqutundan sonra üçrəngli bayrağımız Azərbaycanda ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Ali Məclisin sessiyasında qaldırılmış və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Həmin dövrdə dahi şəxsiyyət Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarını yaratmaqla yanaşı, həm də bütün çətinliklərə baxmayaraq təbiətin qorunması qayğısına qalmışdır. Bu gün də muxtar respublikada təbiətin zənginləşdirilməsi və yaşıllıqların artırılması sahəsində ardıcıl tədbirlər görülür.
“Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf strategiyası, xüsusilə sosial sahəyə göstərilən qayğı insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikasında aparılan abadlıq-quruculuq işləri də şəhər, qəsəbə və kəndləri müasir inkişaf mərhələsinə çıxarmış, sakinlərin rahat yaşayışı təmin edilmişdir.
Noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsində Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edib.
Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, ailə təsərrüfatlarının biznes planları tərtib olunmuş, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilmişdir. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması isə bu sahəyə marağı daha da artırmışdır.
Görülən işlərin davamı olaraq noyabrın 2-də “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.
Oktyabrın 31-də Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Oktyabrın 31-də Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir ki, səhiyyənin inkişafı müasir infrastruktur təminatı və kadr hazırlığından başlanır. Ötən əsrin 90-cı illərinin acı nəticələri muxtar respublikanın səhiyyə sistemində də çətinliklərin yaranmasına səbəb olmuşdur. Lakin ötən dövrdə muxtar respublikada səhiyyə müəssisələrinin yenidən qurulması, müasir tibbi avadanlıqların alınması və kadr hazırlığı sahəsində görülən işlər öz nəticəsini vermişdir. Artıq muxtar respublikada infeksion xəstəliklərin, eləcə də ana və uşaq ölümlərinin qarşısı alınmışdır. Səhiyyənin inkişafı sahəsində görülən işlər muxtar respublikada icbari tibbi sığortanın uğurla tətbiq olunmasına imkan verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib.
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.
Kompleks quruculuq işləri kəndin yeni inkişaf tarixinin əsasını qoyub
Ümummilli liderimiz Heydər Əliyev “Yeni 2001-ci il, Yeni Əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə deyirdi: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək”.
Ulu öndərimizin ideyalarının reallaşması müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının müasir inkişaf modelini yaradıb. Güclü iqtisadiyyata və sosial rifaha hesablanmış islahatlar quruculuq işlərinin miqyasını xeyli genişləndirib. Bunun ən bariz nümunəsi isə hər il abadlaşan, bütün sahələrdə rahat infrastruktur təminatı yaradılan kəndlərin sayının artmasıdır. Babək rayonunun Gülşənabad kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, yolun istifadəyə verilməsi də bir kəndin timsalında ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.
Məktəbdənkənar təhsil müəssisələri uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyət daşıyır. Ona görə də muxtar respublikada məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir.
Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb.
“Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə, Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.
Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib.
Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, Azərbaycanda təhsilə qayğının əsası ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulmuş, gənclərin təhsil alması üçün hərtərəfli şərait yaradılmışdır. Ulu öndər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsilin inkişafı qayğısına qalmışdır. Bu gün dahi şəxsiyyətin təhsil strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikada müasir təhsil şəbəkəsi formalaşdırılmışdır. İstər ümumtəhsil, istərsə də orta ixtisas və ali məktəblər üçün müasir maddi-texniki bazaya malik olan binalar istifadəyə verilmiş, yeni fakültələr və ixtisaslar açılmış, pedaqoji kollektiv formalaşdırılmışdır. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikanın bir çox istiqamətlər üzrə təhsil göstəriciləri ölkə üzrə ümumi orta göstəricidən yüksəkdir. Lakin nəzərə almaq lazımdır ki, təhsilin inkişafında əsas məqsəd təlabata uyğun kadr potensialının yaradılmasıdır. Təhsilli, vətənpərvər və peşə sahibi olan gənclərin hazırlanması qarşıda duran əsas vəzifədir. Ona görə də yaradılan imkanlardan səmərəli istifadə olunmalı, ali və orta ixtisas məktəblərinə qəbul diqqətdə saxlanılmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti xanım Danq Thi Nqok Thinhin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də akademik Akif Əlizadəni qəbul edib və ona 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Danq Thi Nqok Thinhi qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.
Şərur rayonunun Muğanlı və Alışar kəndlərində kompleks quruculuq işləri aparılıb
Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının yüksəlməsinə və rahat yaşayışının təminatına hesablanmışdır. “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Quruculuq işlərinin və sosial proqramların miqyasının genişlənməsi dövlət-xalq birliyini daha da möhkəmləndirir. Şərur rayonunun Muğanlı və Alışar kəndlərində yeni sosial obyektlərin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Latviya Respublikasının sabiq Prezidenti Raymonds Veyonislə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib.
Oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, eləcə də hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığı məhdudlaşmış 23 nəfərə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “Naz Lifan 330” markalı minik avtomobili təqdim olunmuşdur.
Oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır. Muxtar respublikada torpaq mülkiyyətçilərinin texnika, toxum və gübrə təminatı, qapalı suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması taxılçılığın inkişafına və bol məhsul istehsalına imkan verir.
Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini sahələrində olmuş, muxtar respublikada taxıl əkininin gedişi ilə maraqlanmışdır.
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri müzakirə edilib.
Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun etimadnaməsini qəbul edib.
Oktyabrın 10-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Fransa Prezidenti onun təşəbbüsü ilə yaradılan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda Azərbaycan tərəfinin dəstək verməsini Azərbaycan Respublikası Prezidentindən xahiş edib.
Prezident İlham Əliyev Fransa Prezidentinin bu təşəbbüsünə öz dəstəyini ifadə edib və Azərbaycan tərəfinin bu xəstəliklərlə mübarizə işinə əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Aşqabadda Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.
Prezident İqor Dodonu salamlayan Prezident İlham Əliyev dedi:
- İqor Nikolayeviç, Sizi görməyimə şadam. Bizim ikitərəfli gündəliyimizə dair fikir mübadiləsi üçün yaxşı imkan yaranıb. Mən bizim görüşlərimizi, o cümlədən Bakıdakı görüşümüzü xatırlayıram. O vaxt biz ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə etdik, münasibətlərimizin inkişafına ciddi təkan verdik. Sıx qarşılıqlı fəaliyyətin davam edəcəyinə ümid bəsləyirik. Bizim fəal əməkdaşlıq edə biləcəyimiz mövzular, sahələr çoxdur. Əsas odur ki, ölkələrimiz arasında dostluq münasibətləri həm ticari-iqtisadi sahədə, həm investisiya sferasında və bütün başqa sahələrdə qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün yaxşı bazadır. Moldova bizə yaxın, dost dövlətdir. Düşünürəm ki, bugünkü fikir mübadiləsi də faydalı olacaq. Zənnimcə, əlaqələrimizin inkişafına yeni təkan verəcəyik.