07 Yanvar 2025, Çərşənbə axşamı

Oktyabrın 10-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Prezident İlham Əliyev, Prezident Qurbanqulu Berdiməhəmmədov və MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev birgə foto çəkdirdilər.

Sonra Prezident İlham Əliyevin və Prezident Qurbanqulu Berdiməhəmmədovun görüşü oldu.

Ardını oxu...

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Aşqabad Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Esenmurad Orazgeldiyev və digər yüksək vəzifəli şəxslər qarşıladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Sizi yenidən görməyimə çox şadam. Mən bizim Vyanadakı görüşümüzü xatırlayıram, çox səmərəli və çox ümidverici idi. Ümidvaram ki, Azərbaycana səfəriniz çox uğurlu olacaq, biz sıx əməkdaşlığımızı davam etdirəcəyik. Mən cənab Prezidentlə, Baş Nazirlə görüşümü xatırlayıram. Bildiyiniz kimi, çox səmimi və mehriban görüş idi. Düşünürəm ki, bu, çox mühüm şəxsi təmas idi. Biz bir daha ölkələrimiz arasındakı əməkdaşlığa verdiyimiz böyük əhəmiyyəti və tərəfdaşlığı genişləndirməyə hazır olduğumuzu qeyd etdik.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Respublikasının Təhsil naziri Ziya Selçukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz uğurlu olacaq və təhsil sektorundakı əməkdaşlığımız davam edəcək.

Ardını oxu...

 

 

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə digər sahələrlə yanaşı, səhiyyə sistemi də müasirləşdirilmiş, əhali keyfiyyətli tibbi xidmətlə təmin olunmuşdur. Bu gün muxtar respublikada yaradılan ən müasir səhiyyə infrastrukturu da insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Görülən işlər içərisində icbari tibbi sığortanın tətbiqi və təcili tibbi yardım xidmətinin təşkili xüsusi yer tutur.
Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 10 təcili tibbi yardım avtomobili təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib.

Ardını oxu...

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdakı Rus Kitab Evinin 10 illiyi münasibətilə ölkəmizdə səfərdə olan Rusiya nümayəndə heyətini qəbul edib.

Ardını oxu...

Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, elm inkişaf etmədən ölkələrin inkişafını təmin etmək mümkün deyil. Ona görə də muxtar respublikada elmin inkişafı sahəsində mühüm işlər görülmüş, elmi potensial formalaşdırılmışdır. Elm adamlarına qayğı göstərilir, onların fəaliyyəti üçün hərtərəfli şərait yaradılır. Muxtar respublikada Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması, 3 ali təhsil müəssisəsinin fəaliyyət göstərməsi, internet resurslarının və elmi kitabxanaların formalaşdırılması, təhsil və elm müəssisələri arasında interaktiv əlaqələrin qurulması, nümunəvi dərslərin keçirilməsi və müasir nəşriyyatların istifadəyə verilməsi elmin inkişafı üçün geniş imkanlar açmışdır. Ötən dövrdə muxtar respublikada elmi tədqiqatların nəticəsi olan mühüm kitab və ensiklopediyalar çap olunmuş, beynəlxalq konfrans və simpoziumlar keçirilmiş, ekspedisiyalar təşkil edilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Xoş gəlmisiniz. Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfəriniz İsveçrə-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün önəmli addım olacaqdır.

Bildiyiniz kimi, bizim əlaqələrimiz uğurla inkişaf edir, bir çox sahələri əhatə edir. İlk növbədə, siyasi əlaqələr haqqında demək istərdim. Son 10 il ərzində hər il İsveçrə və Azərbaycan prezidentləri görüşür və ikitərəfli əməkdaşlıq haqqında fikir mübadiləsi aparırlar. Davos Dünya İqtisadi Forumunun burada, əlbəttə ki, xüsusi rolu vardır. Çünki Forum çərçivəsində bu görüşlər baş verir və bu il də istisna olmamışdır. Bu ilin yanvar ayında İsveçrə Prezidenti ilə görüşümü xatırlayıram. İkitərəfli əlaqələrimizin müxtəlif aspektləri geniş müzakirə edilmişdir və əlaqələrimizə yeni təkan verilmişdir. Eyni zamanda, deməliyəm ki, dövlət səfərləri də təşkil edilmişdir. Mən İsveçrədə dövlət səfərində olmuşam və İsveçrə prezidentləri Azərbaycanda dövlət səfərlərində olmuşlar.

Ardını oxu...

Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.

Ardını oxu...

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının fəaliyyəti barədə müşavirə  keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, dövlət sirri təşkil edən məlumatların məxfiliyinin qorunması bu gün qarşıda duran əsas vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 17 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yaradılması da bu sahədə fəaliyyətin gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin icrasına xidmət edir. Komissiyanın tərkibini diqqətə çatdıran Ali Məclisin Sədri bildirmişdir ki, dövlət sirrinin mühafizəsi sahəsində aid təşkilatların birgə fəaliyyəti bundan sonra əsas vəzifə kimi müəyyənləşdirilir.   

Naxçıvan Muxtar Respublikası­nın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nurlan Pənahov muxtar respublikada dövlət sirrinin mühafizəsi sahəsində görülən işlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini - Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov isə dövlət sirrinin mühafizəsi üzrə fəaliyyəti tənzimləyən qanunvericilik barədə məlumat vermişlər.

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov dövlət orqanları arasında elektron sənəd dövriyyəsinin təşkili və təhlükəsizliyin təmin olunması sahəsində görülən işləri diqqətə çatdırmışdır.  

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Təhlükəsizliyin təmin edilməsi hər bir dövlətin mövcudluğunun əsas şərtlərindəndir. Dövlətin təhlükəsizliyinin əsasında isə dövlət sirri təşkil edən məlumatların mühafizəsi, məxfiləşdirilməsi və qanunauyğun istifadəsi dayanır. Dövlət sirri - hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması dövlətin təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yaradılmasında əsas məqsəd də dövlət sirri haqqında qanunvericiliyin muxtar respublikada həyata keçirilməsini təmin etməkdən, bu sahədə normativ hüquqi aktların və metodik sənədlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün dövlət orqanlarının fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Bu vəzifələrin həyata keçirilməsi üçün İdarələrarası Komissiya tərəfindən bir sıra işlər görülməlidir.

Ardını oxu...

Oktyabrın 3-də Soçidə dövlət başçılarının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşü olub.

Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etdilər.

Ardını oxu...

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.

Ardını oxu...

Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Ali Məclisin Sədri səfirin diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndiyini, iqtisadi sahədə razılaşmaların əldə olunduğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında da əməkdaşlığın inkişaf etdiyini və gediş-gəlişin artdığını diqqətə çatdıran Ali Məclisin Sədri Cavad Cahangirzadənin səfərini Azərbaycan-İran əlaqələrində Naxçıvana verilən önəm kimi dəyərləndirib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Krasnodar vilayətinin qubernator müavini Anatoli Voronovski, Şoçi şəhərinin meri Aleksey Kopayqorodski və digər rəsmi şəxslər qarşıladılar.

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırıb.

Ardını oxu...

Oktyabrın 1-də Bakının Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 1-də Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya parkda görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, parkda yenidənqurma işlərinə cari ilin may ayından başlanılıb. Layihə çərçivəsində parkda əsaslı yenidənqurma işləri aparılıb, landşaft dizaynı yenilənib. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. Parkda uşaq əyləncə və trenajor qurğuları quraşdırılıb. Burada, həmçinin konsert meydançası da var.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Azərbaycana xoş gəlmisiniz, sizi salamlayıram. Əminəm ki, səfəriniz Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün önəmli rol oynayacaq. Bu yaxınlarda səfirin etimadnaməsini qəbul edərkən Fransa-Azərbaycan əlaqələri haqqında öz fikirlərimi bölüşdüm. Hesab edirəm ki, əvvəlki dövrlərdə bu əlaqələrin inkişafı istiqamətində böyük işlər görülmüşdür və müxtəlif sahələrdə Fransa-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Siyasi əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Dövlət başçıları səviyyəsində bir çox qarşılıqlı səfərlər edilib. Onu da bildirməliyəm ki, Heydər Əliyevin Prezident vəzifəsinə seçiləndən sonra ilk xarici səfəri Fransaya olmuşdur. Mənim də Prezident vəzifəsinə seçilməyimdən sonra ilk rəsmi səfərim Prezident Jak Şirakın dəvəti ilə Fransaya olub. Fürsətdən istifadə edərək Prezident Jak Şirakın vəfatı ilə əlaqədar bir daha başsağlığı verirəm.

Ardını oxu...

Babək rayonunun Kültəpə kəndində yeni sosial obyektlər istifadəyə verilib

Naxçıvan kəndləri bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Babək rayonunun Kültəpə kəndi də abadlaşmış, müasir infrastruktur yaradılmışdır. Bu il kəndin quruculuq tarixinə yeni səhifələr yazılmış, məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilmiş, avtomobil yolu yenidən qurulmuşdur.    Quruculuq işləri kənddə insanların rahat yaşayışına, təsərrüfat sahələrinin daha da genişlənməsinə səbəb olmuşdur.

 Kültəpə kənd tam orta məktəbinin açılışı olmuşdur

Sentyabrın 30-da Kültəpə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, 360 şagird yerlik 3 mərtəbəli məktəb binası ən müasir tədris infrastrukturuna malikdir. Məktəbdə 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı vardır. Məktəb zəngin  kitabxana fonduna malikdir. Hazırda kitabxanada 2024-ü dərslik və 2937-si bədii ədəbiyyat olmaqla 4961 kitab vardır. Eyni zamanda təhsil ocağında yeni texnologiyaların tətbiqi diqqətdə saxlanılmış, sürətli internetə çıxış imkanı yaradılmış, 19 kompüter, 3 elektron lövhəli sinif istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında" 2019-cu il 2 avqust tarixli Sərəncamına uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəbləri ilə tarix muzeyi arasında interaktiv dərs keçirilmişdir.

 Ali Məclisin Sədri interaktiv dərsi izləmişdir.

Ardını oxu...

2019-cu il muxtar respublikada "Ailə təsərrüfatları ili" elan olunmuşdur. Naxçıvanın ən qədim təsərrüfat sahələrindən biri də arıçılıqdır. Zəngin bitki örtüyü və təbii şərait yüksək keyfiyyətli bal istehsalına, göstərilən dövlət qayğısı və dəstəyi isə arıçılıq təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olmuşdur. Hər il Naxçıvan şəhərində keçirilən "Arıçılıq məhsulları-bal festivalı" da arıçılar üçün geniş imkanlar açır. 

Ardını oxu...

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüş keçirilmişdir. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladı.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verdi, matəm kitabına ürək sözlərini yazdılar.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ardını oxu...

Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Ardını oxu...

Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun etimadnaməsini qəbul edib.

Səfir Zakari Qros fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Zakari Qros etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikasın etimadnaməsini qəbul edib.

Səfir Eqidius Navikas fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Eqidius Navikas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra səfirlə söhbət edən Prezident İlham ƏLİYEV dedi:

-Sizi yenidən görməyimə şadam, Azərbaycana xoş gəlmisiniz. Ölkəmizdə sizə xoş günlər arzulayıram. Əminəm ki, Azərbaycanda çalışdığınız müddətdə bizim ənənəvi dostluq münasibətlərimiz uğurla inkişaf edəcək, yeni sahələri əhatə edəcək. Bizim ölkələr yaxşı tərəfdaşlardır, köhnə dostlardır, bir-birimizi çoxdan tanıyırıq və uzun müddət ərzində fəal əməkdaşlıq edirik. Yəqin ki, mənim sizin prezidentlərlə əlaqələrim barədə xəbərdarsınız. Cənab Adamkusla biz Bakıda da, Vilnüsdə də tez-tez görüşmüşük. Eləcə də Prezident Qribauskayte ilə də bizim çox yaxşı münasibətlərimiz olub. Belə ki, bizim əlaqələrimizin tarixi kifayət qədər müsbətdir. Ona görə də düşünürəm ki, münasibətləri irəli aparmaq üçün xeyli işiniz olacaq.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Xorvatiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin etimadnaməsini qəbul edib.

Səfir Branko Zebiç fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir dedi:

-Sabahınız xeyir, cənab Prezident. Adım Branko Zebiçdir. Xorvatiyanın səfiriyəm. Burada olmaq, etimadnaməni təqdim etmək və Sizin çox yaxşı tanıdığınız Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin salamlarını Sizə çatdırmaq mənim üçün şərəfdir.

Ardını oxu...

Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşmüşdür.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Xorvatiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin etimadnaməsini qəbul edib.

Ardını oxu...

Sentyabrın 23-də Naxçıvan şəhərində Cəmşid Naxçıvanski Muzeyi istifadəyə ­verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tarixi binada fəaliyyət göstərəcəkdir. Sentyabrın 23-də bu münasibətlə tədbir keçirilmişdir.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Biz milli dəyərlərimizi qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqdan keçmiş bu dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Ardını oxu...

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ümumçin Xalq ­Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanı qəbul edib.

Ardını oxu...

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi olaraq “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazası möhkəmləndirilmiş, hərtərəfli xidmət şəraiti yaradılmışdır. Müasir yaşayış və xidmət kompleksləri tikilərək istifadəyə verilmiş, sərhəd zastavaları yenidən qurulmuş, sərhədlərimizin etibarlı mühafizəsi təmin edilmişdir.
Sentyabrın 17-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 16-da Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirak ediblər.

Ardını oxu...

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib


 Sentyabrın 16-da muxtar respublikada Bilik Günü Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binasının istifadəyə verilməsi ilə qeyd olunmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini qəbul edib.

Səfir Ceyms Layl Şarp fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Ceyms Layl Şarp etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycan-Böyük Britaniya tərəfdaşlıq əlaqələrinin zəngin tarixə malik olduğunu və uzun illər uğurla inkişaf etdiyini dedi, keçən ilin aprelində Böyük Britaniyaya səfərini və səfər zamanı aparılan səmərəli müzakirələrin əməkdaşlığımızın inkişafında rolunu qeyd etdi. İki ölkə arasında əlaqələrin müxtəlif sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev enerji sahəsində 25 illik dövr ərzində BP şirkəti ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi və bu əməkdaşlığın uzunmüddətli perspektivdə inkişaf etməkdə davam edəcəyinə əminliyini ifadə etdi.

Ardını oxu...

Prezident İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançsın etimadnaməsini qəbul edib.

Səfir Daynis Qarançs fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Daynis Qarançs etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək özünün Latviyaya və Latviya prezidentlərinin ölkəmizə səfərlərinin ikitərəfli münasibətlərimizin genişlənməsində rolunu qeyd etdi. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa toxunaraq ticarət dövriyyəsinin artırılması, investisiya, turizm və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu dedi. Dövlətimizin başçısı Daynis Qarançsın səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Suraxanı rayonundakı 101 nömrəli orta məktəbdə aparılan təmir-tikinti və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Ardını oxu...

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı əlaqələrə diqqəti çəkmişdir. Birgə əməkdaşlığın nəticəsi kimi muxtar respublikada kəhrizlərin bərpası layihəsindən danışan Ali Məclisin Sədri 2011-ci ildə İsveçrə Konfederasiyasının o zamankı Prezidenti xanım Mişelin Kalmi-Reyin Naxçıvana səfərini xatırlatmışdır.
İsveçrə şirkəti tərəfindən Naxçıvanda Günəş elektrik stansiyasının qurulduğunu, eləcə də bir sıra beynəlxalq tədbirlərin keçirildiyini qeyd edən Ali Məclisin Sədri əminliyini bildirmişdir ki, xanım Muriel Peneveyrenin səfəri də əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəkdir.
Diplomatik fəaliyyəti müddətində ilk rəsmi səfərini Naxçıvan Muxtar Respublikasına etdiyini bildirən xanım Muriel Peneveyre göstərilən diqqətə görə minnətdarlıq etmişdir. Səfir qarşılıqlı əlaqələrin əhəmiyyətinə toxunmuş, əməkdaşlığın daha da genişləndirilməsində səylərin artırılacağını bildirmişdir.
İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktor müavini xanım Simon Hayberli görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilmişdir


Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi olan müasir Badamlı qəsəbəsində şəhər infrastrukturu yaradılmışdır. Aparılan quruculuq işləri qəsəbəni yeni inkişaf mərhələsinə çıxarmışdır. Qəsəbədə yerləşən yaşayış binalarının və avtomobil yolunun yenidən qurulması, xidmət mərkəzinin və zavodun inşası yeni iş yerlərinin açılmasına, sakinlərin məşğulluğunun və rahat yaşayışının təminatına hesablanmışdır.

Ardını oxu...

Sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Badamlı" Mineral Sular Zavodunun inşası ilə maraqlanmışdır.

Bildirilmişdir ki, zavodda və ikimərtəbəli inzibati binada əsas tikinti işləri başa çatdırılıb. Zavodun ərazisinə asfalt örtük salınmış, Badamlı suyunun mənbəyi yenidən qurulmuşdur. Su özaxını ilə zavoda veriləcəkdir. Xammal anbarı, istehsal və hazır məhsul sahələrindən ibarət olacaq zavodda Fransanın "SİDEL" şirkətinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılır. 3 istehsal xətti olacaq zavodda qazlı və qazsız olmaqla müxtəlif ölçülü qablaşdırmada 15 növdə Badamlı suyu istehsal ediləcəkdir. İstehsal prosesi tam avtomatlaşdırılacaq, məhsulların keyfiyyəti nəzarətdə saxlanılacaqdır. İstifadəyə verildikdən sonra zavodda 200-ə yaxın iş yeri açılacaqdır.

Ali Məclisin Sədri zavodda işlərin ilin sonuna qədər başa çatdırılması, ərazinin abadlaşdırılması və yaşıllıqların salınması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bizim mənəvi, islami dəyərlərimiz nəsillərdən-nəsillərə keçib, yaşayıb, bu günlərə gəlib çatıb. Bunlar bu gün də xalqımızın, millətimizin ən böyük mənəvi sərvətidir”.
Bu gün muxtar respublikada dini-mənəvi dəyərlərimiz qorunub yaşadılır, İslam elmi cəhətdən öyrənilir və təbliğ edilir.
Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Cümə məscidində keçirilən Aşura mərasimində iştirak etmişdir.
Mərasimdə Qurani-Kərimdən ayələr oxunmuş, dualar edilmiş, ehsan verilmişdir.
Dindar Ağalar Bayramov demişdir: Muxtar respublikamız inkişaf edir, abadlaşır, quruculuq işləri aparılır. Bununla yanaşı, mənəvi dəyərlərimiz də qorunur, yeni məscidlər tikilir, dindarlar üçün ibadət şəraiti yaradılır. Aşura mərasimlərinin İslamın dəyərlərinə uyğun qeyd olunması da bu tədbirlərin davamıdır. Ağalar Bayramov dini-mənəvi dəyərlərimizin yaşadılması sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublika dindarları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Məhərrəm ayının 10-cu günü - Aşura İslam tarixinə İmam Hüseyn və tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olmuşdur. İmam Hüseyn islahatçı olmuş, insanları doğruya dəvət etmiş, bu yolda öz həyatını və yaxınlarını qurban vermişdir. Bu mənada Aşura mərasimləri yalnız yas tutmaq deyil, həm də İmam Hüseynin yolunun davam etdirilməsi, İslam dininə sadiqlik deməkdir. Muxtar respublikada keçirilən Aşura mərasimlərində də insanlar bu mənəvi dəyərlər ətrafında həmrəy olmuş, məscidlərdə qanvermə aksiyaları keçirilmiş, ehtiyacı olanlara həyat verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR