08 Yanvar 2025, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ümumçin Xalq ­Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib ki, səfər uğurlu olacaq, ikitərəfli əlaqələrimizin daha da inkişafına və dərinləşməsinə xidmət edəcək. Çox şadıq ki, ölkələrimiz arasındakı dostluq münasibətləri uğurla inkişaf edir, getdikcə yeni sahələri əhatə edir və gələcək üçün çox yaxşı perspektivlərə malikdir.
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu bildirib ki, məhz Sizin uzaqgörənliyiniz, eləcə də strateji istiqamət sayəsində dövlətlərimiz tərəfindən Çin-Azərbaycan münasibətləri möhkəm, sağlam və sabit inkişaf edir.
Görüşdə Azərbaycanın Çinin etibarlı tərəfdaşı olduğu və əməkdaşlığımızın bundan sonra da dinamik surətdə inkişaf edəcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artması, nəqliyyat, sənaye, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, elm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb. Ölkələrimizin Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığına toxunulub. Azərbaycanda böyük həcmdə yüklərin ötürülməsinə qadir olan müasir nəqliyyat infrastrukturunun yaradıldığı, Çin mallarının Azərbaycan vasitəsilə dünya bazarlarına daşınması nəqliyyat sahəsində əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirilib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR