Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına ətraflı məlumat verilərək bildirilib ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən 2019-cu ilin mayında məktəbin mövcud binası sökülərək yerində yenisi inşa olunub. 360 şagird yerlik yeni məktəb binası müasirliyi ilə seçilir. Burada müxtəlif fənn otaqları bütün zəruri inventarla təchiz olunub.
* * *
Sentyabrın 13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
* * *
Dövlətimizin başçısı həmin gün Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.
AZƏRTAC