07 Yanvar 2025, Çərşənbə axşamı

Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq diqqətdə saxlanılır, müşavirə keçirilir, aid qurumlara müvafiq tapşırıqlar verilir. Yaradılan şəraitdən səmərəli istifadəyə və qurulanların qorunub saxlanılmasına diqqət artırılır. Müəssisə və təşkilatların qışa hazırlığı, müşahidə olunan problemlərin aradan qaldırılması mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkan verir. Qış mövsümünə hazırlıqla bağlı muxtar respublikada elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, eləcə də istilik təminatı ilə yanaşı, həm də digər sahələrdə müvafiq işlər görülür, soyuducu anbarlarda yerli məhsullardan ibarət ehtiyat yaradılır. Ona görə də 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq da mühüm əhəmiyyət daşıyır.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış etmişlər.

Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri Fazil Ələkbərov, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının komandiri Niyaməddin Tağıyev, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli və Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini - maliyyə naziri Səbuhi Məmmədov aidiyyatı üzrə məlumat vermişlər.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib.
Dövlətimizin başçısı Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. İclasın ikitərəfli və çoxtərəfli əməkdaşlığımızla bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyən Prezident İlham Əliyev ölkələrimiz arasında etimada əsaslanan çox sıx qardaşlıq münasibətlərinin mövcud olduğunu deyib. Dövlətimizin başçısı ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu təmasların təhlükəsizliyin və regional sabitliyin təmin olunmasındakı rolunu vurğulayıb. Azərbaycanın regional əməkdaşlıq proseslərində fəal iştirak etdiyini deyən Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsi üçün səylərin bundan sonra da davam etdiriləcəyini bildirib. Dövlətimizin başçısı iclasda müzakirə edilən məsələlərin ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Ardını oxu...

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenji Yamada, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori dövlətimizin başçısına burada görülən işlər barədə məlumat veriblər.
Qeyd edək ki, 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.
Prezident İlham Əliyev “Şimal-2” Elektrik Stansiyasını işə salıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də BP-nin Direktorlar Şurasının sədri Helqe Lundun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

 

 

 

Naxçıvanın qədim dövlətçilik tarixi, zəngin mədəniyyəti və müasir inkişaf səviyyəsi İslam dəyərlərinə münasibətdə də özünü göstərir. Bu gün muxtar respublikanın inkişafında milli və mənəvi dəyərlərimizə qayıdış xüsusi yer tutur. Yeni məscidlər tikilir, dini-tarixi abidələr və ziyarətgahlar bərpa edilir. Hazırda Naxçıvan şəhərində yeni məscid kompleksinin inşası da bu sahədə görülən işlərin tərkib hissəsidir.
Sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məscid kompleksində aparılan inşaat işləri ilə tanış olmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Prezident Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrimizin inkişafındakı rolu ­vurğulanıb, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə ­minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

AZƏRTAC

Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının uğurla başa çatması münasibətilə tələbə adını qazanan məzunları, onların valideynlərini və bütün təhsil ictimaiyyətini təbrik edərək demişdir: Hər bir xalqın inkişaf göstəricisi və dünya birliyində tutduğu mövqe onun təmsil etdiyi ölkənin təhsil səviyyəsi ilə ölçülür. Təhsili millətin gələcəyi sayan Azərbaycan təhsil siyasətinin banisi, ümummilli lider Heydər Əliyev bu sahəni ölkənin inkişafının prioritet sahəsi sayaraq deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanlar yaradılmalıdır”. Dahi rəhbərin təhsilin qarşısında duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqları Azərbaycanın strateji inkişafına xidmət edən, bütün dövrlər üçün aktual, yüksək dəyərli fəaliyyət proqramıdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 16 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikası sərhəd-mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd-mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif edilmişlər. Təltif olunanlar arasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi qulluqçuları da vardır.

Tağıyev Niyaməddin Məhərrəm oğlu – general-mayor
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə,

Bədəlov Fərhad Hacı oğlu – polkovnik-leytenant
“Vətən uğrunda” medalı ilə,

Şükürüllayev Təyyar Elməddin oğlu – polkovnik-leytenant
“İgidliyə görə” medalı ilə,

Abbasov Əhməd Ramazan oğlu – polkovnik-leytenant

Rəhimov İsrafil Əvəz oğlu – polkovnik-leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişlər.

Avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvana yeni təyin olunmuş Baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib.

Ali Məclisin Sədri muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması və Qurban bayramı münasibətilə Seyid Əhməd Hüseynini təbrik etmiş, dost və qonşu ölkələr olan Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrin nümunə gücündə olduğunu bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında da əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və ehtirama əsaslandığını vurğulamışdır.

Ali Məclisin Sədri təcrübəli diplomatın muxtar respublikaya Baş konsul təyin olunmasını İran İslam Respublikasının Azərbaycana və onun Naxçıvan Muxtar Respublikasına verdiyi əhəmiyyətin daha bir ifadəsi kimi dəyərləndirmiş, Seyid Əhməd Hüseyniyə fəaliyyətində uğurlar arzulamışdır.

Ardını oxu...

Avqustun 9-da - müqəddəs Qurban bayramı ərəfəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, hərbi xidmət vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş 2 şəxsə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə fərdi yaşayış evi və mənzillər təqdim olunmuş, eyni zamanda sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına, hərbi xidməti vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş şəxsə və Çernobıl qəzasında sağlamlığını itirmiş 1 nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobili verilmişdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək demişdir ki, muxtar respublikada əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlər xüsusi qayğıya ehtiyacı olan şəxsləri də əhatə edir. Sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri mənzillər və minik avtomobilləri ilə təmin olunur, onların tibbi bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2019-cu ilin ötən dövründə 481 sağlamlıq imkanları məhdud şəxsin bərpa mərkəzlərində müalicələri təşkil edilmiş, 278 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilmiş, 8 nəfərə minik avtomobili, 12 ailəyə fərdi yaşayış evi və mənzil təqdim olunmuşdur. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqətə və qayğıya görə minnətdarlıq etmişdir.

Ardını oxu...

Muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrində istifadə əsas yer tutur. Bu sahədə görülən işlərin davamı olaraq Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş elektrik stansiyası tikiləcəkdir.
Avqustun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Günəş Elektrik Stansiyasının inşası ilə bağlı müqavilə imzalanmışdır.
Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov, Dövlət Enenrgetika Xidmətinin rəisi Namiq Paşayev və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov aidiyyəti üzrə məlumat vermişlər. Qeyd olunmuşdur ki, ümumi gücü 3 meqavat olacaq Günəş elektrik stansiyası üçün Kəngərli rayonunun Qabıllı kəndində kənd təsərrüfatına yararlı olmayan ərazi seçilmişdir. Stansiya İsveçrənin “Pure Energy Development” SARL şirkəti tərəfindən qurulacaq və şirkətin istehsalı olan ən müasir günəş panellərindən istifadə olunacaqdır.
İsveçrənin “Pure Energy Development” SARL Şirkətinin icraçı direktoru Mişel Kalerami yenidən Naxçıvanda olmaqdan, eləcə də Günəş elektrik stansiyasının qurulmasında muxtar respublika ilə əməkdaşlıqdan böyük məmnunluq duyduqlarını bildirmişdir. Tikinti işlərinin yüksək keyfiyyətlə aparılacağını və ən son texnologiyalardan istifadə olunacağını diqqətə çatdıran Mişel Kalerami təmsil etdiyi şirkətin kollektivi adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Muxtar respublikada mütərəqqi suvarma şəbəkələrinin qurulması torpaq və su ehtiyatlarından səmərəli istifadəyə, eləcə də yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına səbəb olmuşdur. Son illər Babək, Culfa və Kəngərli rayonlarında 5 min hektara yaxın sahədə qapalı suvarma şəbəkəsi qurulmuşdur.
Avqustun 8-də Kəngərli rayonunun Yurdçu kəndində yeni qapalı suvarma şəbəkəsinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, qapalı suvarma şəbəkəsi 117 hektar sahədə qurulub. “Qıvraq-1” nasos stansiyası vasitəsilə su Arpaçay sol sahil kanalından Yurdçu kəndindəki hovuza vurulur və öz axını ilə əraziyə ötürülür. Sahəyə suyun verilməsi üçün 1400 metrlik ana xətt və 9700 metrlik paylayıcı boru xətti çəkilmişdir. Boru xətlərinin üzərində 2 siyirtmə, 100 suvarma hidrantı və üç tərəfə çıxışı olan dəmir-beton hovuzlar qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Yurdçu kəndində 108 hektar pay torpağını və Qıvraq qəsəbəsində 9 hektar bələdiyyə torpağını əhatə edən qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: Torpaqların əkilməsi hər bir ölkənin inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib məsələlərdəndir. Muxtar respublikada da yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, onların su təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Çünki muxtar respublikanın 5,5 min kvadratkilometr ərazisinin cəmi 161 min hektarı əkinəyararlı torpaqlardır. Hazırda həmin torpaqların 62 min hektara yaxınında əkin aparılır ki, onun da 51 min hektarı suvarılan ərazilərdir.

Ardını oxu...

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər və rayonun perspektiv inkişafı ilə bağlı layihələr barədə məlumat verilib.
Sonra dövlətimizin başçısı və birinci xanım Pirallahı Rayon İcra Hakimiyyəti üçün inşa edilən binada yaradılan şəraitlə tanış olublar.
Həmin gün Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzinin, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışında iştirak ediblər.
Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksində yaradılan şəraitlə tanış olublar.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün inşa edilən kompleksə gələrək binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC

Beş min illik tarixə malik qədim mədəniyyət mərkəzi Naxçıvanın milli-mədəni və tarixi irsinin daşıyıcısı olan Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının 95 ili tamam olur.
1924-cü il oktyabrın 30-da Naxçıvan şəhərində qurulan ilk Tarix-Etnoqrafiya Muzeyinin maddi-mədəniyyət nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyəti olmuşdur. Muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoymuşdur. Tarix-Etnoqrafiya Muzeyinin təşəkkülündə 1925-ci ildə Naxçıvanda yaradılan Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin və ziyalıların xüsusi əməyi olmuşdur. Bu cəmiyyətin arxeoloqlarla birgə muxtar respublika ərazisində apardığı arxeoloji qazıntılar nəticəsində əldə etdiyi maddi-mədəniyyət nümunələri muzeyin ekspozisiyasını zənginləşdirmişdir. Bu mədəniyyət ocağı sonrakı illərdə Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinə çevrilmiş və muzeyə Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adı verilmişdir. Muzey 1968-ci ildən Dövlət Tarix Muzeyi kimi fəaliyyət göstərir.
Bu gün Naxçıvan Dövlət Tarix Muzeyində on şöbəni əhatə edən Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı 49 mindən çox eksponat qorunub saxlanılır.
Naxçıvan Dövlət Tarix Muzeyinin xalqımızın tarixi-mədəni irsinin toplanması, qorunması, tədqiqi və təbliğindəki əhəmiyyətini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyi geniş qeyd edilsin.
2. “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 2 avqust 2019-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 2-də Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasim Məhəmməd Salim Al Salhinin etimadnaməsini qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu, siyasi əlaqələrin məmnunluq doğurduğunu bildirərək təmasların daha da fəallaşdırılmasının və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev biznes dairələri arasında əlaqələrin qurulmasının önəmini vurğulayıb.
Səfir Qasim Məhəmməd Salim Al Salhi ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edərək səfir kimi fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.
Söhbət zamanı təhsil sahəsində əməkdaşlıq, o cümlədən universitetlərarası əlaqələr məsələlərinə də toxunulub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 2-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sivienqpxet Pxetvorasakın etimadnaməsini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası artan yük və sərnişin tələbatının ödənilməsinə, eləcə də muxtar respublikada mülki aviasiya sahəsində işlərin uğurla həyata keçirilməsinə imkan verəcəkdir.

Ardını oxu...

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.
Prezident İlham Əliyev bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirib. Dövlətimizin başçısı bu ilin altı ayında iqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının artdığını vurğulayıb.
Qoyulan investisiyaların, aparılan islahatların, verilən subsidiyaların, kənd təsərrüfatına elmi yanaşmanın öz nəticəsini verdiyini qeyd edən dövlətimizin başçısı bu sahənin gələcəkdə də dayanaqlı inkişaf edəcəyinə əminliyini bildirib. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulduğunu, bunun böyük hissəsinin qeyri-neft sektorunun payına düşdüyünü deyən Prezident İlham Əliyev ilin əvvəlindən böyük sosial paketin təsdiqləndiyini və əhalinin rifahının, yaşayış səviyyəsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına həsr olunan dördüncü Dövlət Proqramının qəbul olunduğunu vurğulayan dövlətimizin başçısı həm elektrik enerjisi, həm qazlaşdırma, həm də içməli su sahələrində gözəl nəticələrin əldə edildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev yol infrastrukturu ilə bağlı görülən işlərdən danışıb, büdcə daxil­olmalarının, eyni zamanda valyuta ehtiyatlarının artdığını, manatın məzənnəsinin sabit qaldığını vurğulayıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirərək bu baxımdan biznes əlaqələrinin və biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin önəmini qeyd edib. Dövlətimizin başçısı fransız şirkətlərinin Azərbaycandakı səmərəli fəaliyyətini qeyd edərək, onların sayının artmasından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev investisiya sahəsində də yaxşı əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısı Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin ölkəmizə səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer Bakının abadlığının və inkişafının onlarda xoş təəssürat doğurduğunu vurğulayıb. O, Fransa tərəfinin Azərbaycanla siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha vurğulanıb, münaqişənin nizama salınması ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Görüşdə neft, qaz, nəqliyyat, infrastruktur, ekologiya və digər sahələrdə əməkdaşlıq və görüləcək işlər müzakirə edilib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Beynəlxalq Astronavtika Federasiyasının prezidenti, Fransa Kosmik Agentliyinin rəhbəri Jan-İv Lö Qalı qəbul edib.
Görüşdə Azərbaycanda kosmik sənayenin inkişafında əldə edilən uğurlar qeyd olunub, yüksək texnologiyaların, o cümlədən kosmik sənayenin ölkəmizdə prioritet sahələrdən biri olduğu bildirilib, Azərbaycanın artıq üçüncü süni peykinin orbitə buraxılması mühüm hadisə kimi dəyərləndirilib və ölkəmizin dünya kosmik ailəsinin üzvü olmasının əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye sahəsində uğurla inkişaf etdiyi bildirilib, eyni zamanda ölkəmizin Beynəl­xalq Astronavtika Federasiyası ilə də əməkdaşlığının genişləndirilməsindən məmnunluq ifadə olunub.
Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir ­mübadiləsi aparılıb.

AZƏRTAC

İclasda cari ilin ilk altı ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə edib. Bildirib ki, ötən müddətdə təşkilatın şura və İdarə Heyətinin üzvləri ərazi ilk təşkilatlarında olub, partiya üzvləri və sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Vurğulanıb ki, partiyanın rayon təşkilatının xətti ilə əlamətdar və tarixi günlər, o cümlədən ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 50-ci, Naxçıvan Muxtar Respublikasının 95-ci, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının yaradılmasının 26-cı ildönümlərinə həsr olunmuş elmi-praktik konfranslar keçirilib.
Diqqətə çatdırılıb ki, hazırda Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının tərkibindəki 87 ilk təşkilatda 10 min 598 nəfər partiya üzvü vardır. Bu ilin altı ayı ərzində partiya sıralarına qəbul edilən 68 nəfərin 61-i gənc, 33-ü qadındır.
Perspektiv məsələlərdən danışan təşkilat sədri bildirib ki, ilk təşkilatlarda ideoloji işin və onun metodlarının daim təkmilləşdirilməsi, partiyaya daha çox gəncin cəlb olunması, təbliğat-təşviqat işlərinin günün tələblərinə uyğun qurulması, yaradılmış potensialdan düzgün istifadə və onun qorunması bundan sonra da qarşıda duran əsas vəzifələrdəndir.
Təşkilat sədri deyib ki, bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 illiyi tamam olur. Bununla əlaqədar rayon təşkilatında geniş tədbirlərin keçirilməsi nəzərdə tutulub. Məruzəçi dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən də danışıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin etimadnaməsini qəbul edib.

* * *

Dövlətimizin başçısı həmin gün Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul edib.

* * *

Prezident İlham Əliyev iyulun 23-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin ­etimadnaməsini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun etimadnaməsini qəbul edib.

* * *

Dövlətimizin başçısı həmin gün Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib.

AZƏRTAC

Son illərdə ardıcıl bir sıra mötəbər idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən Bakı iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir.
Festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə iki ölkənin hakim partiyaları arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və bu çərçivədə gənclərin, elm adamlarının və ictimai xadimlərin səfər mübadilələrinin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev ölkələrimizin ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib və Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin Azərbaycana səfərinin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Xalqlarımız arasında münasibətlərə toxunan Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turistlərin sayının daim artmasını bu münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib.
Vəlid bin Məhəmməd Əl-Səmaani vurğulayıb ki, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və bu əlaqələrin daha da inkişaf etdirilməsi əzmini ifadə edib. Qonaq paytaxtımızda gördüyü inkişaf proseslərinin dərin təəssürat yaratdığını qeyd edib. O, Azərbaycanın ədliyyə sistemi sahəsində əldə olunan yeniliklərin maraq doğurduğunu deyib.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaieni qəbul edib.

AZƏRTAC

Muxtar respublikada iqtisadi və sosial sahələrdə həyata keçirilən mühüm tədbirlər əhalinin rifah halının yaxşılaşmasına müsbət təsir göstərməklə yanaşı, demoqrafik göstəricilərin də pozitivliyini təmin edib. 

Əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu daha geniş məlumatların əldə edilməsi məqsədilə muxtar respublikada növbəti siyahıya­alma keçiriləcəkdir. Siyahıyaalma vahid prinsiplər və proqram əsasında bütün ərazidə, eyni zamanda adbaad, mərkəzləşdirilmiş qaydada sorğu yolu ilə aparılacaqdır.
Siyahıyaalma hər bir ölkənin, dövlətin milli statistikasının əsasını təşkil edib demoqrafik və sosial vəziyyət barədə ən vacib məlumat mənbələrindən biri hesab edilir. Bundan əlavə, siyahıyaalma cəmiyyətin siyasi həyatı üçün bir növ stimuldur və ictimai resursların ədalətli istifadəsinə, paylanmasına yardım edir.

Ardını oxu...

İyulun 13-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Fransa Sahibkarlar ­Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib.
Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı, bərpa olunan enerji, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Dövlətimizin başçısı iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Rusiya Müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıya gələn NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Rusiya Müdafiə nazirinin birinci müavini ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

İyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc ­Liderlər Proqramı çərçivəsində muxtar respublikaya səfər edən gənclərlə görüşmüşdür.

Ardını oxu...

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə təkbətək görüşü olub. Daha sonra tərəflər geniş tərkibdə görüşüblər.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusku qarşılayıb.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub.

* * *

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC

İyulun 9-da Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində “Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə” müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nurlan Pənahov çıxış edərək demişdir ki, xidmətin fəaliyyətinin təşkili və maddi-texniki bazasının gücləndirilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir. Sovetlər Birliyi dövründə muxtar respublikanın təhlükəsizlik orqanları çətin şəraitdə fəaliyyət göstərirdilər. Lakin bu gün muxtar respublikada aparılan geniş quruculuq işləri Dövlət Təhlükəsizliyi Xidmətini, eləcə də xidmətin şəhər və rayon idarələrini də əhatə etmiş, müasir iş şəraiti yaradılmış, əməkdaşların sosial-məişət şəraiti yaxşılaşdırılmışdır. Nurlan Pənahov 2019-cu ilin ötən dövründə muxtar respublikada təhlükəsizliyin təmin olunması sahəsində görülən işlərdən danışmış, yaradılan şəraitə və göstərilən yüksək etimada görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İtaliyanın Turizm, ­Meşəçilik, Qida və Kənd Təsərrüfatı naziri Gian Marko Centinaionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirib. Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya keçənilki səfərini ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafının göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı əlaqələrimizin müxtəlif istiqamətləri üzrə konkret işlərin həyata keçirildiyini və əməkdaşlıq üçün yeni imkanların açıldığını deyib.
Gian Marko Centinaio UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etdiyini bildirərək həmin sessiyada “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olması münasibətilə təbriklərini çatdırıb və bu sessiyanın İtaliya üçün də əlamətdar olduğunu qeyd edib.
Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, ölkələrimizin mədəni əlaqələrinin inkişafında dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin Roma şəhərində ucaldılmasının və Azərbaycanın Roma şəhərində aparılan arxeoloji işlərə verdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.

AZƏRTAC

İyulun 5-də Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mənzillərdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, təmirli mənzillərdən 37-si birotaqlı, 107-si ikiotaqlı, 126-sı üçotaqlı, 36-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 24 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda Pirallahı rayonundakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.
Sonra Laçın rayonu Bozlu tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, bu təhsil ocağı 220 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən məktəbdə təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər.
Sonra dövlətimizin başçısı və birinci xanım məcburi köçkünlərlə görüşüblər.
Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC

İyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov aidiyyatı üzrə məlumat vermişlər.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də “Baker Hughes, a GE company” şirkətinin sədri, prezidenti və baş icraçı direktoru Lorenzo Simonellini qəbul edib.

Qəbula görə minnətdarlığını bildirən Lorenzo Simonelli Prezident İlham Əliyevlə görüşdən məmnun olduğunu vurğulayıb. O, Azərbaycanda böyük inkişaf proseslərinin şahidi olduğunu deyib və ölkəmizdə neft və qaz sənayesi, turizm, idman və digər sahələrdə əldə olunan nailiyyətlərin önəmini qeyd edib. Lorenzo Simonelli Azərbaycanda 1840-cı illərdə sənaye üsulu ilə ilk neft quyusunun qazıldığını vurğulayaraq təmsil etdiyi şirkətin Azərbaycanın neft və qaz sənayesinin inkişafına töhfə verməsindən məmnunluq hissi keçirdiklərini deyib.

Dövlətimizin başçısı “Baker Hughes, a GE company” şirkətinin Azərbaycanla neftayırma və digər sahələrdə əməkdaşlığının uğurlu nəticələrinin ölkəmizin enerji sektorunun modernləşməsinə töhfə verməsini yüksək qiymətləndirib. Azərbaycanda əldə olunan nailiyyətlərə toxunan Prezident İlham Əliyev ölkəmizin enerji, sənaye və digər sahələrdə böyük inkişaf əldə etməsinin əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı Lorenzo Simonellinin Azərbaycana səfərinin səmərəli keçəcəyinə əminliyini bildirib.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük İdarəsi üçün yeni kompleks inşa olunur.
İyulun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksin inşası ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 18 hektar ərazidə inşa olunan kompleks yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və sürətli keçidin təmin olunması üçün nəzərdə tutulan VİP və CİP zallarından ibarət olacaqdır. Kompleksdə əsas tikinti işləri başa çatdırılıb. Gömrük nəzarəti və rəsmiləşdirilməsinin texnoloji sxeminə uyğun olaraq giriş-çıxış zolaqları bir-birindən ayrı nəzərdə tutulub. Üç zolaqla avtobus və minik nəqliyyat vasitələri, iki zolaqla yük nəqliyyat vasitələri hərəkət edəcəkdir. Bir zolaq isə sürətli keçid üçün istifadə olunacaqdır.

Ardını oxu...

İyulun 2-də Sədərək rayonunun Heydərabad qəsəbəsində Su Monitorinq Laboratoriyası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Mais Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sahədə dövlət proqramları qəbul edilərək icra olunur. Son illər ətraf mühitin mühafizəsi sahəsində görülən işlər muxtar respublika ərazisində əlverişli ekoloji şəraitin qorunub saxlanılmasına zəmin yaratmışdır. Xüsusilə yaşıllıqların artırılması, flora və faunanın mühafizəsi sahəsində görülən işlər öz nəticəsini vermişdir. Muxtar respublikada əhalinin sağlam ekoloji mühitdə yaşamasına xüsusi diqqət yetirilir. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Sədərək Rayon Su Monitorinq Laboratoriyası yaradılmış, müasir avadanlıqlarla təchiz edilmiş yeni inzibati bina tikilmişdir. Mais Əliyev göstərilən qayğıya görə minnətdarlıq etmiş, qarşıya qoyulan vəzifələrin icrasında səylə çalışacaqlarına söz vermişdir.

Ardını oxu...

Yeni istifadəyə verilən binada Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Heydərabad bələdiyyəsi və Sədərək rayon Gigiyena və Epidemiologiya Mərkəzi üçün iş otaqları ayrılmış, xidmət mərkəzi fəaliyyətə başlamışdır.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət qurumları və xidmət mərkəzi üçün yaradılan şəraitlə tanış olmuşdur.

Ardını oxu...

İyulun 2-də Sədərək rayonunda 1 şəhid ailəsinə, sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunmuşdur.

Ardını oxu...

Heydərabad qəsəbəsində yeni yaşayış binası istifadəyə verilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sədərək rayonuna səfəri zamanı demişdir: “Biz güclü dövlət qururuq. Bu dövlətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun zəhməti, yorulmaz fəaliyyəti, müdrik siyasəti nəticəsində bu gün Azərbaycan böyük zirvələri fəth etməyə nail olub”.

Sədərək rayonunun yaranması və inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq sərhəd yaşayış məntəqəsinin inkişafını diqqətdə saxlamış, 1990-1993-cü illərdə isə Sədərək işğaldan qorunmuşdur. Milli Qurtuluşdan başlanan yol müstə­qillik ­illərində rayonu müasir yaşayış məntəqəsinə çevirmişdir. Bu gün Heydər Əliyev siyasi xəttinə sədaqət Sədərək rayonunda davamlı inkişafı təmin etmiş, Heydərabad ­qəsəbəsində və kəndlərdə quruculuq işlərinin miqyası genişlənmiş, məskunlaşma ­artmışdır.
İyulun 2-də - ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyi ərəfəsində Sədərək rayonunun Heydərabad qəsəbəsində yeni yaşayış binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov muxtar respublikada əhalinin rahat yaşayışı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq Heydərabad qəsəbəsində yeni yaşayış binasının inşa olunduğunu bildirmiş, tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırıldığını qeyd etmişdir. Rayonda aparılan quruculuq işləri haqqında məlumat verən Hicran Rüstəmov bundan sonra da tapşırıqların icrası üçün səylə çalışacaqlarını qeyd etmiş, inşaatçılar adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.

Ardını oxu...

İyulun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə ­görüşmüşdür.
Ali Məclisin Sədri səfiri muxtar respublikada görməkdən məmnunluğunu ifadə etmişdir.
Vladislav Kanevski Naxçıvana səfərə mühüm əhəmiyyət verdiklərini bildirmiş, göstərilən diqqətə görə minnətdarlıq etmişdir. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən danışan səfir Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafını bu baxımdan mühüm amil kimi dəyərləndirmiş, qarşıdakı dövrdə səylərini artıracağını bildirmişdir.
Ali Məclisin Sədri blokada şəraitində yaşamasına baxmayaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikasında tələbatın yerli istehsal hesabına ödənildiyini və ərzaq təhlükəsizliyinin təmin olunduğunu diqqətə çatdırmışdır. Naxçıvan Muxtar Respublikası ilə Ukrayna arasında iqtisadi-ticarət əlaqələrinin həcminin artan dinamika ilə davam etdiyini bildirən Ali Məclisin Sədri ali və ümumtəhsil məktəbləri arasındakı qarşılıqlı əməkdaşlıqdan danışmış, əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

İyunun 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir.
1. 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

Ardını oxu...

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına burada aparılmış yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilərək bildirilib ki, 11 hektar ərazini əhatə edən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tikinti, təmir və yenidənqurma işləri 2018-ci ilin fevral ayında başlanıb. Hərbi Liseyin ərazisində qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi, hamam-­camaşırxana-qazanxana kompleksi inşa edilib, eləcə də mövcud binalar əsaslı təmir olunub və qurğular yerləşdirilib. Burada sahəsi 1800 kvadratmetr olan üçmərtəbəli yeni qərargah binası inşa olunub. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, abadlıq tədbirləri görülüb. Binanın qarşısında Cəmşid Naxçıvanskinin büstü və ətrafında xatirə kompleksi yerləşir.
Sonra Prezident İlham Əliyev Hərbi Liseydəki Heydər Əliyev Muzeyi və dördmərtəbəli yataqxana korpusu ilə, Hərbi Liseyin klubunda, kursant yeməkxanasında və tədris korpusunda yaradılan şəraitlə tanış olub.
Prezident, Ali Baş Komandan İlham Əliyev 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarını və müəllimlərini təbrik edib.

AZƏRTAC

İyunun 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Statistik Məlumatlar Sisteminin təqdimatı olmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Statistik Məlumatlar Sistemini işə salmışdır.

Məlumat verilmişdir ki, Statistik Məlumatlar Sisteminin qurulması üçün yeni server alınmış, müasir proqram təminatı yaradılmışdır. Son 10 ilin statistik məlumatları serverə işlənilmişdir. Təhlükəsizlik paneli ilə təmin edilmiş sistem qurularkən lisenziyalı proqramlardan istifadə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Statistik Məlumatlar Sisteminin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin strukturuna 8 şəhər və rayon idarəsi daxildir. Muxtar respublika üzrə 174 inzibati ərazi dairəsi üzrə statistika işçisi ştatı yaradılmış, kənd mərkəzlərində statistika işçiləri üçün otaq ayrılmışdır. Komitənin əsas fəaliyyət istiqaməti əhali və kənd təsərrüfatı üzrə siyahıyaalmanı həyata keçirmək, 18 istiqamət üzrə 259 adda statistik hesabatları ümumiləşdirmək və təhlilini aparmaqdan ibarətdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Ramil Usubovu ­Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib.
Dövlətimizin başçısı Ramil Usubovun uzun illər Daxili İşlər naziri vəzifəsini uğurla icra etdiyini bildirib. Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev ölkə qarşısında duran vəzifələrin lazımi səviyyədə icrası üçün təhlükəsizlik tədbirlərinin daim gündəlikdə olmasının önəmini qeyd edib. Prezident İlham Əliyev Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifənin öhdəsindən ­layiqincə gələcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Ramil Usubov ona etimad göstərib Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifəyə təyin edilməsi ilə əlaqədar dövlətimizin başçısına minnətdarlığını ifadə edib. O bildirib ki, Daxili İşlər naziri vəzifəsində çalışdığı uzun illər ərzində rəhbərlik etdiyi nazirlik öz fəaliyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin, sonrakı dövrlərdə isə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısını daim hiss edib. Ramil Usubov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin böyük əhəmiyyət daşıdığını xüsusi olaraq vurğulayıb. O, Təhlükəsizlik Şurasının katibi vəzifəsində ona göstərilən yüksək etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəyini bildirib.

AZƏRTAC

 

Naxçıvan Muxtar Respublikasında bu ilin məhsulu üçün 33 min 308 hektar sahədə taxıl əkilmişdir. İyunun 10-dan etibarən taxıl biçininə başlanılmışdır. Yaradılan şərait, texnika və kombayn təminatı biçin kompaniyasının itkisiz aparılmasına imkan verir.

Ardını oxu...

 İyunun 21-də Naxçıvan şəhərində "Saat Meydanı" turistik istirahət mərkəzi istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək demişdir ki, son illər istifadəyə verilən yeni inzibati və yaşayış binaları, xidmət sahələri, salınan park və küçələr qədim Naxçıvan şəhərinin simasını tamamilə dəyişmişdir. Əhalinin yaşayışı, məşğulluğu və istirahətinin səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər görülmüş, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlamışdır. Bu il də Naxçıvan şəhərində quruculuq işləri davam etdirilir, yeni yaşayış kompleksi və inzibati binalar, xidmət sahələri tikilir, parklar salınır, mövcud yaşayış binaları yenidən qurulur. İstifadəyə verilən "Saat Meydanı" da bu sahədə görülən işlərin davamıdır. Mirsənani Seyidov "Saat Meydanı"nın yeni iş yerlərinin açılması, sakinlərin və turistlərin rahatlığının təmin olunması ilə yanaşı, həm də Naxçıvan şəhərinin arxitektura quruluşunu zənginləşdirdiyini bildirmiş, bütün bunlara görə Naxçıvan şəhər ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Ardını oxu...

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 2019-cu il buraxılışı münasibəti ilə tədbir keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir. 

Ardını oxu...

Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ölkəmizin və xalqımızın bugünkü xoş və firavan həyatı Milli Qurtuluşun bəhrələridir.
İyunun 14-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Milli Qurtuluş Gününə və ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş konserti olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov konsertə baxmışdır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadəyə verilmişdir

İyunun 14-də - Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadəyə verilmiş, fakültənin yaranmasının 20 illiyi qeyd olunmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksinin istifadəyə verilməsi və fakültənin yaranmasının 20 illiyi münasibətilə tədbir iştirakçılarını, universitetin bütün professor-müəllim heyətini və tələbələrini təbrik edərək demişdir: Səhiyyənin inkişafı hər bir xalqın gələcəyinə xidmət edir. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahəni diqqətdə saxlamış, Azərbaycanda səhiyyə quruculuğu geniş vüsət almışdır. Bu gün ulu öndərin əsasını qoyduğu səhiyyə islahatları ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ali Məclisin Sədri demişdir: Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Müasir tələblər səviyyəsində qurulmuş Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə və Doğum mərkəzləri, Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Şəhər Poliklinikası, Ağciyər və Psixi Xəstəliklər dispanserləri, Duzdağ Fizioterapiya, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzləri, rayonlardakı mərkəzi xəstəxanalar, eləcə də kənd yaşayış məntəqələrində istifadəyə verilən tibb ocaqları muxtar respublika səhiyyəsini yeni inkişaf mərhələsinə çıxarmışdır. Hazırda Naxçıvanda 36 muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, birlik, mərkəz və dispanserlər, eləcə də 107 feldşer-mama və tibb məntəqəsi, 84 həkim ambulatoriyası vasitəsilə əhaliyə yaşadıqları yerlərdə hərtərəfli tibbi xidmət göstərilir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, münasibətlərimizin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı mühüm işlərin görüldüyünü və artıq yaxşı nəticələrin əldə edildiyini bildirib. Prezident İlham Əliyev müxtəlif sahələrdə, o cümlədən sənaye, kənd təəssüratı, turizm və digər sahələrdə nailiyyətlər əldə edildiyini vurğulayaraq, bütün bunların ölkənin davamlı iqtisadi inkişafı üçün yaxşı əsas yaratdığını deyib.
Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Han Azərbaycanı Avropa İttifaqı üçün aparıcı tərəfdaş ölkələrdən biri kimi qiymətləndirib və Avropa İttifaqının ölkəmiz ilə bütün sahələrdə əməkdaşlığa xüsusi diqqət yetirdiyini vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

AZƏRTAC

İyunun 12-də əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

* * *

Dövlətimizin başçısı həmin gün Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

* * *

Prezident İlham Əliyev iyunun 12-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasında gənclərə qayğı əsas məsələlər sırasındadır. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada sağlam gənc nəslin yetişdirilməsi ilə yanaşı, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır.

Ardını oxu...

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR