Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev ölkələrimizin ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib və Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin Azərbaycana səfərinin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Xalqlarımız arasında münasibətlərə toxunan Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turistlərin sayının daim artmasını bu münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib.
Vəlid bin Məhəmməd Əl-Səmaani vurğulayıb ki, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və bu əlaqələrin daha da inkişaf etdirilməsi əzmini ifadə edib. Qonaq paytaxtımızda gördüyü inkişaf proseslərinin dərin təəssürat yaratdığını qeyd edib. O, Azərbaycanın ədliyyə sistemi sahəsində əldə olunan yeniliklərin maraq doğurduğunu deyib.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaieni qəbul edib.
AZƏRTAC