Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin etimadnaməsini qəbul edib.
* * *
Dövlətimizin başçısı həmin gün Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul edib.
* * *
Prezident İlham Əliyev iyulun 23-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun etimadnaməsini qəbul edib.
* * *
Dövlətimizin başçısı həmin gün Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib.
AZƏRTAC