Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21- də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və “Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib.
Görüşdə sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbirin əhəmiyyətinə toxunulub.
AZƏRTAC