Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfərə gələn Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Humədi, Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirini, Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimi, Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncarini, Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançevanı, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekovu, Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərifi və ATƏT Parlament Assambleyasının prezidenti George Tseretelini qəbul edib.
Dost ölkələrin nümayəndələrinin bu tədbirdə təmsil olunmasını ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin nümayişi kimi dəyərləndirən Prezident İlham Əliyev onların təmsil etdikləri ölkələrə səfərlərini məmnunluqla xatırlayıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC