Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə yeni məktəb binasında yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, bu təhsil ocağının təməli 2017-ci ilin sentyabrında qoyulub. Məktəbin həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, açıq havada idman meydançası yaradılıb. Üçmərtəbəli yeni məktəb binasının inşaat işləri yüksək keyfiyyətlə yerinə yetirilib.
Sonra dövlətimizin başçısı məktəbin bir qrup müəllim və şagirdi ilə görüşüb.
Azərbaycan Prezidenti görüşdə çıxış edib.
Dövlətimizin başçısı müəllimlərlə söhbət edib.
Daha sonra Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyaneni qəbul edib.
AZƏRTAC