10 Yanvar 2025, Cümə

Bu gün muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan quruculuq işləri sakinlərin rahat yaşayışına hesablanıb. Yaşayış məntəqələrində, xüsusilə kəndlərdə yaradılan müasir infrastruktur Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. Tikinti-quruculuq işləri əhalinin məskunlaşmasına öz töhfəsini  verir, insanlar doğma yurd yerlərinə daha sıx bağlanırlar.

Dizə kənd avtomobil yolu yenidən qurulmuşdur

Yanvarın 15-də Culfa rayonundakı Dizə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Bildirilmişdir ki, uzun müddət istismar olunduğu üçün yolda yenidənqurma işlərinin aparılmasına ehtiyac yaranmışdır. Kənddə kompleks tikinti işləri aparılarkən 8,9 kilometrlik yol da yenidən qurulmuşdur. Yenidənqurma işləri zamanı bütün mühəndis texniki tələblərə əməl edilmiş, yol yatağı genişləndirilərək asfalt örtük salınmış, 49 su keçidi qoyulmuş, 135 metrlik beton kanal çəkilmişdir. Avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 5,8 kilometrlik yol hamarlanmış və qum-çınqıl qatı verilmişdir.

Ardını oxu...

Muxtar respublikada sərhəd xidmətinin təkmilləşdirilməsi ilə yanaşı, sərhədçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyindəki xidməti yaşayış binasının əsaslı şəkildə yenidən qurulması da bu sahədə görülən işlərin davamıdır. 

Yanvarın 14-də sərhədçi ailələri üçün nəzərdə tutulan xidməti yaşayış binası əsaslı yenidənqurma işlərində sonra istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. 

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək demişdir ki, muxtar respublikada aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri ilə bərabər, hərbi hissələrdə zabit və gizir ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdən kənarda qalmayıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının ərazisindəki yaşayış binasının əsaslı şəkildə yenidən qurulması da bu tədbirlərin davamıdır.

Ardını oxu...

 

Bu gün Naxçıvan Muxtar Respublikası davamlı inkişaf dövrünü yaşayır. Bütün yaşayış məntəqələri müasir görkəmə qovuşub. Naxçıvan şəhərində də geniş quruculuq işləri aparılır, yeni yaşayış binaları inşa olunur. Əhalinin rifahının yaxşılaşması insanların rahat və müasir mənzillərə olan tələbatını daha da artırır. Bu səbəbdən də Naxçıvan şəhərində müasir memarlıq quruluşuna malik ictimai yaşayış binalarının tikintisinə xüsusi diqqət yetirilir. 

Ardını oxu...

Yanvarın 11-də Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xəstəxanada yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət olan xəstəxanada uşaq cərrahiyyəsi, pediatriya, yenidoğulmuşlar üçün pediatriya, nevroloji, reanimasiya və intensiv terapiya, poliklinika, stomatoloji və mərkəzləşmiş laboratoriya şöbələri fəaliyyət göstərir. Şöbələrin hər birində müasir şərait yaradılmış, fizioterapiya, laboratoriya, əməliyyat, kardiorevmatoloq və loqoped otaqlarında, stomatoloji kabinələrdə və palatalarda müasir tibbi avadanlıqlar quraşdırılmışdır. Binada müasir sterilizasiya otağı, tibb təhsili alan tələbələr üçün 4 auditoriya, eləcə də iclas zalı və yeməkxana istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında uşaqların elektron qeydiyyat sistemi yaradılmış və bu günə qədər Naxçıvan şəhərində 21 mindən artıq uşağa sağlamlıq kartı verilmişdir.
Tibbi sığorta otağına baxış zamanı qeyd olundu ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə bağlı səhiyyə- informasiya idarəetmə sistemi yaradılmışdır. Otaqda quraşdırılan kompüter bu sistemə qoşulmuş və qeydiyyatda olan xəstələr haqqında məlumat bazası yerləşdirilmişdir. Bu da həkimlərin xəstələrin əvvəlki müayinə nəticələri ilə tanış olmasına imkan verəcəkdir.

Ardını oxu...

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlətimizin başçısı iclasda nitq söyləyib.
Prezident İlham Əliyev qeyd edib ki, 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib. Qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. Keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilib. 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb və hazırda təxminən 42 milyard dollar təşkil edir.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, 2018-ci ildə də Azərbaycanda müsbət meyillər daha da güclənəcəkdir.
Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılıb. Bunu nəzərə alaraq 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edirəm.

 AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.
Dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Kompleksdə xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 kiçik gəminin yan alması mümkündür.
Prezident İlham Əliyev terminalın açılışını edib.
Sonra dövlətimizin başçısına hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin inşaat ərazisində görülən işlər barədə məlumat verilib.
Prezident İlham Əliyev inşaat ərazisini gəzib, işlərin gedişi ilə yaxından tanış olub.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib.

* * *

Dövlətimizin başçısı həmin gün Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnaməsini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Nigeriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahimin etimadnaməsini qəbul edib.

* * *

Prezident İlham Əliyev həmin gün Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanın etimadnaməsini qəbul edib.

AZƏRTAC

 

“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
1. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) məruzəsi nəzərə alınsın.
2. İnsan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı məsələlər gündəlik nəzarətdə saxlansın.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 30 dekabr 2017-ci il

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik ideyası bu gün milyonlarla soydaşımızı birləşdirən dövlətçilik, vətənçilik amalına çevrilib. Azərbaycanın davamlı inkişafını təmin edən əsas amillərdən biri də milli birlik və həmrəyliyimizdir. Ölkəmizdəki sabitlik, davamlı inkişaf və yüksək rifah isə xalqımızın birlik və həmrəyliyini daha da möhkəmləndirir, quruculuq, abadlıq işlərinin həcmi ilbəil artır. Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətlər 2018-ci ildə də inkişafın davamlı olacağına, quruculuq işlərinin geniş vüsət alacağına əminlik yaradır.

Ardını oxu...

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Gələcəyimiz çox parlaq olacaqdır. Qarşımızda bütün yollar açıqdır. Biz irəliyə, müasirliyə, inkişafa, tərəqqiyə doğru gedirik".

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan həmrəylik və birlik ideyaları real iş və əmələ əsaslanır. Çünki həmrəylik həm də xeyirxah əməllərə çağırış deməkdir. Həmrəylik bayramının mahiyyətinə uyğun olaraq xüsusi qayğıya və şəfqətə ehtiyacı olan insanlara diqqət göstərilməsi bu baxımdan mühüm əhəmiyyətə malikdir. 

Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Psixi Xəstəliklər Dispanserinə gəlmiş, səhiyyə ocağındakı xəstələri və tibb işçilərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik edərək demişdir: Naxçıvan şəhərinin bu ərazisində müasir səhiyyə şəhərciyi yaradılmışdır. Bu gün Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində xəstələrin müalicəsinə xüsusi diqqət yetirilir. İnsana qayğı müalicənin yarısı deməkdir. Ona görə də bu səhiyyə müəssisələrində tibbi xidmətin təşkili ilə yanaşı, həm də xəstələrə qayğı göstərilməlidir. 

Ardını oxu...

Birlik və həmrəylik ordunun gücünü təşkil edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən ordu, birləşmə və hissələrində xidmətin təşkilində “bir nəfər hamı, hamı bir nəfər üçün” prinsipi əsas götürülür. Bu isə şəxsi heyətin mənəvi-psixoloji hazırlığını daha da artırır. Bayram günlərində hərbi hissələrə sovqatların aparılması, əsgərlərlə həmrəylik nümayiş etdirilməsi isə xalq-ordu birliyinin daha bir ifadəsidir. 

Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Qarnizonunun Hərbi Hospitalına gəlmiş, burada müalicə olunan əsgərlərlə görüşmüşdür. 

Ardını oxu...

Dekabrın 30-da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilmişdir.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:
1. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi
4. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir. 
Məruzədən sonra Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış etmişlər.

Ardını oxu...

Hörmətli deputatlar və sessiya iştirakçıları!
Əvvəlki dövrlərdə olduğu kimi, başa çatmaqda olan 2017-ci ildə də muxtar respublikanın sosial-iqtisadi həyatında inkişaf təmin olunmuş, sosial infrastruktur və əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılmışdır. Tərəqqi və inkişafın davamlı xarakter alması ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiqliyin və ölkə Prezidentinin blokada şəraitində yaşayan muxtar respublikaya göstərdiyi diqqət və qayğının nəticəsidir.
2017-ci ilin nəticələri bundan əvvəlki dövrlərin göstəriciləri ilə müqayisədə xeyli artmışdır. Daxili imkanlardan səmərəli istifadə hesabına yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxsahəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, yeni sosial layihələrin həyata keçirilməsinə imkan yaratmışdır. Qeyd olunanlar inkişafın əsas göstəricisi olan ümumi daxili məhsulda öz əksini tapmışdır. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin ötən dövrü ərzində ümumi daxili məhsulun həcmi 1,6 faiz artaraq 2 milyard 357 milyon manatdan çox olmuşdur. Onun bir nəfərə düşən həcmi 5 min 228 manat təşkil etmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 3,7 faiz çoxdur. Ümumi daxili məhsul istehsalının 57 faizdən çoxu real sektorun payına düşmüşdür ki, bu da davamlı və tarazlı inkişafın əsas göstəricisidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri 73 400 000,0 manat, xərcləri 355 300 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dоtasiya 281 900 000,0 manat (о cümlədən, mərkəzləşdirilmiş gəlirləri 50 085 000,0 manat, yerli gəlirləri 23 315 000,0 manat və mərkəzləşdirilmiş xərcləri 330 169 000,0 manat, yerli xərcləri 25 131 000,0 manat) məbləğində təsdiq edilsin.
Maddə 2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 30 dekabr tarixli 15-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 5-ci maddəsi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə aşağıdakı qaydada təsdiq edilsin:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri 2 061 200,0 manat, xərcləri 2 061 200,0 manat məbləğində təsdiq edilsin.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2018-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 30 dekabr tarixli 16-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki, “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir.
2. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsünlər və aidiyyəti üzrə məlumat versinlər.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 30 dekabr 2017-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin gəlirləri 53 380 000,0 manat, xərcləri 141 400 000,0 manat, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 88 020 000,0 manat məbləğində təsdiq edilsin.
Мaddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 30 dekabr tarixli 17-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu:
2.1. Fondun 2018-ci il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və aidiyyəti üzrə məlumat versin;
2.2. dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün tədbirlər həyata keçirsin.
3. Bu Fərman 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 30 dekabr 2017-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Abşeron rayonunda yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, Abşeron rayonunda 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikinti işləri qısa müddətdə və yüksək səviyyədə həyata keçirilib. Yolun uzunluğu 9 kilometrə yaxındır. Ümumilikdə, 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən sonra yolun hərəkət hissəsi 7-8 metrə qədər genişləndirilib.
Dövlətimizin başçısı Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Sonra xatirə şəkli çəkdirilib.

* * *

Daha sonra Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin tabeliyində “Mənəvi Dəyərlər Fondu” yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 28 dekabr 2017-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında elm sahəsində səmərəli fəaliyyətinə görə Kazımov Məhbub Həşim oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 28 dekabr 2017-ci il

Xəbər verdiyimiz kimi, dekabrın 26-da Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu il ərzində MDB məkanında inteqrasiya prosesləri üçün xeyli iş görülüb. Əmtəə dövriyyəsinin artması da bizim iqtisadiyyatlarımızın təkcə bərpasının, iqtisadi vəziyyətin sabitləşməsinin deyil, həm də dost ticari-iqtisadi əlaqələrin gələcəkdə möhkəmləndirilməsinin zəruriliyinin göstəricisidir.
Dövlətimizin başçısı vurğulayıb ki, biznes həmişə baş verən proseslərə çox dəqiq reaksiya verir və qarşılıqlı investisiyalar, əmtəə dövriyyəsinin artması ölkələr arasında münasibətlərdən heç də az dərəcədə asılı deyil. MDB məkanında müşahidə etdiyimiz müsbət meyillər, şübhəsiz, ticari-iqtisadi sahədə müşahidə etdiyimiz fəallığa təkan verib.
Sonda Rusiya Prezidenti Vladimir Putinin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

AZƏRTAC

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya ­Federasiyasına işgüzar səfərə gedib.

Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlayıb.

Sonra MDB dövlət başçıları birgə foto çəkdiriblər.

Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası 2017-ci il dekabr ayının 30-da saat 1100-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:
1. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi
4. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 26 dekabr 2017-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd edib, Rusiyaya Azərbaycan ixracatının artmasından məmnunluğunu bildirib.
Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb, ölkələrimizin ticarət əlaqələrində dinamik artımın olduğu qeyd edilib, qarşılıqlı ­investisiya, turizm, tranzit daşımaları sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

* * *

Prezident İlham Əliyev dekabrın 25-də Xalq artisti, görkəmli pianoçu Fərhad ­Bədəlbəyliyə “İstiqlal” ordenini təqdim edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Bakıda keçirilən “2017– İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransa toxunaraq bu tədbirin müxtəlif dinlərin və xalqların bir-birinə daha da yaxınlaşması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini deyib. Dövlətimizin başçısı Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından dini rəhbərlərin böyük heyətlə bu konfransda iştirakından məmnunluğunu ifadə edib.
Qonaqlar adından danışan Qaraçay-Çərkəz Respublikasının müftisi İsmail Berdiyev “2017–İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın xalqlar arasında dostluğun möhkəmlənməsi işinə töhfə verdiyini məmnunluq hissi ilə qeyd edib.

* * *

Prezident İlham Əliyev dekabrın 22-də Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzeni qəbul edib.

AZƏRTAC

Dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq”­ ­mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib.

* * *

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

* * *

Dövlətimizin başçısı həmin gün Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaş ilə görüşüb.

* * *

Prezident İlham Əliyev dekabrın 21-də ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 21 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslər də vardır.

Ağayev Faiq Bəhman oğlu
Əliyev Nurəddin Səfər oğlu

2-ci dərəcəli “Əmək” ordeni ilə,

Novruzov Sənan Nəriman oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişlər.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu verilsin.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin;
2.2. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Duzdağ Fizioterapiya Mərkəzinin istifadəsində olan əmlak və avadanlıqların bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin balansına verilməsini təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görsün.
4. Bu Sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 21 dekabr 2017-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Prezident İlham Əliyev həmin gün Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru Malkolm Honlaynı qəbul edib.

* * *

Dövlətimizin başçısı dekabrın 20-də Xalq rəssamı, heykəltəraş Ömər Eldarova “Heydər Əliyev” ordenini təqdim edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün IBM korporasiyasının baş vitse-prezidenti Erik Klementini qəbul edib.

* * *

Prezident İlham Əliyev dekabrın 20-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayeri qəbul edib.

AZƏRTAC

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyənin Baş nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

AZƏRTAC

 

Türkiyənin Baş naziri Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Dekabrın 20-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
Baş nazir Binəli Yıldırım abidənin önünə əklil qoyub.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Türkiyə Respublikasının
Baş naziri Binəli Yıldırımın görüşü olub

Dekabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif ­Talıbovun və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü olub.
Ali Məclisin Sədri Vasif Talıbov Baş nazir Binəli Yıldırımı qarşıladı.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın yaranma tarixi və müasir inkişafı barədə məlumat verərək dedi: Naxçıvan Muxtar Respublikası 1921-ci ildə imzalanmış beynəlxalq Qars müqaviləsinə əsasən yaradılıb. Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olan Naxçıvan Muxtar Respublikasının öz Konstitusiyası, parlamenti, icra və məhkəmə hakimiyyətləri vardır. Ərazisi 5,5 min kvadratkilometr, əhalisi 450 mindən artıq olan Naxçıvan Muxtar Respublikası paytaxt Naxçıvan şəhərindən və 7 rayondan ibarətdir. Azərbaycan türklərinin qədim torpağı Naxçıvanda 1200-dən çox türk-islam mədəniyyəti abidəsi var. Beş­minillik şəhər mədəniyyətinə malik Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilib.
Qeyd edilib ki, 25 ildən artıqdır blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada ərzaq və enerji təhlükəsizliyi təmin olunub, alternativ enerji mənbələrindən istifadə imkanları və yerli istehsalın həcmi artırılıb. Muxtar respublikada müasir infra­struktur yaradılıb. Təhsil ocaqlarında elektron tədris vasitələrindən istifadə olunur. Bu gün Naxçıvanda 3 ali, 3 orta ixtisas, 215 ümumtəhsil məktəbi, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi fəaliyyət göstərir. Elm və təhsil müəssisələrimiz qardaş Türkiyənin müvafiq ­qurumları ilə sıx əməkdaşlığa malikdir.
Azərbaycan-Türkiyə əlaqələrinin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə qoyulduğunu deyən Ali ­Məclisin Sədri bildirib ki, 1993-cü ildən isə bu münasibətlər bir millətin iki dövləti səviyyəsinə qalxıb. Qeyd edilib ki, bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksələn dostluq və qardaşlıq münasibətlərimiz hər iki ölkə prezidentlərinin iradəsinə uyğun olaraq inkişaf edir və bu əlaqələr dünyaya nümunədir. Azərbaycan və Türkiyə beynəlxalq aləmdə daim bir-birinə dəstək olur, eyni mövqedən çıxış edir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığın əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirilib.
Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq münasibətlərinin, xüsusən ticari, iqtisadi və regional əməkdaşlığın genişləndirilməsi işində Həştərxan vilayətinin rolunu vurğulayan Prezident İlham Əliyev bununla bağlı qubernator Aleksandr Jilkinə təşəkkürünü bildirib.
Görüşdə 2018-ci ildə Həştərxan vilayəti tərəfindən Xəzər dənizində səyahət gəmilərinin buraxılması və bunun Xəzər hövzəsi ölkələri arasında turizmin inkişafına töhfə verəcəyi qeyd olunub, Həştərxan vilayəti ilə Azərbaycan arasında nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, Azərbaycanın kənd təsərrüfatı məhsullarının vilayət vasitəsilə Rusiya bazarlarına çıxarılması sahəsində birgə tədbirlər haqqında danışılıb.
Söhbət zamanı bu gün Bakıda keçiriləcək Həştərxan Biznes Mərkəzinin təməlqoyma mərasiminin önəmi vurğulanıb, turizm, səhiyyə, kənd təsərrüfatı, təhsil, texnologiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin əsasında Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. “Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 18 dekabr 2017-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vüqar Səyyad oğlu Babayev Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 19 dekabr 2017-ci il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 18 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) Naxçıvan Muxtar Respublikasında dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunmasını, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Agentliyin öz səlahiyyətləri daxilində qəbul etdiyi aktlar digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, dini fəaliyyətlə bağlı qurumlar, fiziki və hüquqi şəxslər üçün məcburi xarakter daşıyır və həmin aktların icrasına nəzarət Agentlik tərəfindən həyata keçirilir.
1.3. Agentlik dini qurumlara heç bir maddi yardım göstərmir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 18 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin Aparatı (şöbələr və sektorlar).

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 17-də İran İslam Respublikasına rəsmi səfər edib.
Tehranın Mehrabad Beynəlxalq Hava Limanında Ali Məclisin Sədrini İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Salman Xodadadi, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Baş İdarəsinin rəisi Müqəddim Bağeri, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov və İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom qarşıladılar.

Ardını oxu...

Dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin ­foyesində “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” mövzusunda sərgi ilə tanış olublar.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Sonra 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə ­mükafatlar təqdim olunub.
Prezident İlham Əliyev 2017-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Hondanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıt şəhərinə səfərə gedib.
Prezident İlham Əliyev həmin gün Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.
Dövlətimizin başçısı dekabrın 15-də Sumqayıtda Bayraq Muzeyinin, Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatının inzibati binasının və “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışlarında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıtda Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayında və şəhərin Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 15 dekabr tarixli Sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da vardır.

Qurbanov Həsən Tahir oğlu – mayor

“Hərbi xidmətlərə görə” medalı ilə,

Quliyev Aydın Məmmədhənifə oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə,

İbrahimov Şahid Fərəməz oğlu –
daxili xidmət polkovnik-leytenantı

3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilmişlər.

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos ilə görüşüb.

Ali Məclisin Sədri qonağı salamlayıb, ölkəmizdə qısa müddətdir diplomatik fəaliyyət göstərməsinə baxamayaraq Naxçıvan Muxtar Respublikasına səfər etdiyinə görə Nikolaos Kanellosa təşəkkür edib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yunanıstan arasında təhsil və ticarət sahəsində əlaqələrin mövcud olduğunu bildirən Ali Məclisin Sədri səfərin əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Səfir Nikolaos Kanellos Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Naxçıvana səfər etdiyini, burada olmaqdan və göstərilən səmimi münasibətdən məmnunluğunu ifadə edib. Muxtar respublikanın inkişafının onda dərin təəssürat yaratdığını qeyd edən səfir əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın bundan sonra da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edilib.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin yaxşı tarixə malik olduğunu və Böyük Britaniyanın Azərbaycanın ən böyük xarici investoru olduğunu vurğulayan Prezident İlham Əliyev BP şirkətinin Azərbaycanın qlobal enerji layihələrində əsas tərəfdaşı olmasının önəmini qeyd edib. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı gələcəkdə qeyri-energetika sahəsində də Böyük Britaniya şirkətlərinin həm investor, həm də podratçı kimi iştirakının genişlənməsində ölkəmizin maraqlı olduğunu bildirib.
Görüşdə energetika sahəsində əməkdaşlığın perspektivləri ətrafında məsələlərə toxunularaq “Şahdəniz-2” layihəsinin uğurlu icrasının və “Azəri-Çıraq-Günəşli” müqaviləsinin uzadılmasının əhəmiyyəti vurğulanıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il fevralı 7-də "Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalamışdır. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunmuşdur.

Ardını oxu...

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edib.
“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına ­ 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.
Tədbir müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında çıxış edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi edib.
Zirvə toplantısında İstanbul Bəyannaməsi qəbul olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri dekabrın 13-də başa çatıb.

AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir.
Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.
Azərbaycanın Dövlət Himni səslənib.
Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 14-cü ildönümü günü – dekabrın 12-də də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanda xalqımızın ümummilli liderinin xatirəsini dərin ehtiramla yad edib, onun məzarı önünə əklillər, gül dəstələri qoyub, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyiblər.

AZƏRTAC

 

Dekabrın 12-də Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. 

Ardını oxu...

Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd ­Abdallayın etimadnaməsini qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu qeyd edərək əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev qeyd edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də və İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq həyata keçirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Abbas Mustafa Əhməd Abdallay bildirib ki, bu məsələ ilə bağlı Sudan Respublikasının mövqeyi dəyişməzdir və dəyişməz olaraq qalacaqdır. Azərbaycanın işğal altındakı bütün torpaqları azad olunmalı və ərazi bütövlüyü bərpa edilməlidir.

Səfir Abbas Mustafa Əhməd Abdallay ölkəsinin Azərbaycanla iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu deyib.

Prezident İlham Əliyev Sudan Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu ədalətli mövqeyə görə təşəkkürünü bildirib.

AZƏRTAC

İnsanların rahat yaşayışı və məskunlaşması dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindəndir. Muxtar respublikada bu amil diqqətdə saxlanılır, inkişaf kənddən şəhərə doğru aparılır. Kəndlərdə geniş quruculuq işləri görülür, rahat yollar çəkilir, müasir məktəb binaları və sosial obyektlər istifadəyə verilir, sakinlərin rifahının yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bütün bunlar isə ölkəmizin inkişafının, vətəndaşlara göstərilən qayğının daha bir ifadəsidir. Bu il Babək rayonunun sərhəd yaşayış məntəqəsi olan Gərməçataq kəndində də geniş quruculuq işləri aparılmışdır.

Gərməçataq kənd tam orta məktəbinin
yeni binası istifadəyə verilib

Dekabrın 8-də Gərməçataq kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Ardını oxu...

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR