10 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 30 dekabr tarixli 15-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 5-ci maddəsi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə aşağıdakı qaydada təsdiq edilsin:

 

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. “Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ilə dövlət büdcəsinin gəlirləri və xərcləri üzrə təsdiq оlunmuş göstəricilərin yerinə yetirilməsinə nəzarət etsin;
2.2. bu Fərmanın 1.10.1.1-ci yarımbəndində (Dövlət əsaslı vəsait qоyuluşu (investisiya xərcləri) nəzərdə tutulan vəsaitin оbyektlər və istiqamətlər üzrə bölgüsünü həyata keçirsin və bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məlumat versin.
3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi:
3.1. 2018-ci ilin dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Kоmitəsi üzrə nəzərdə tutulan ­gəlirlərin aylıq və rüblük daxilolmalarının proqnozunun bölgüsünü həmin оrqanlarla razılaşdırmaqla təsdiq etsin;
3.2. bu Fərmanın 1.1.1.32-ci, 1.1.2.7-ci, 1.3.3.3-cü, 1.4.5.3-cü, 1.5.4.3-cü, 1.7.4.4-cü, 1.9.1.8-ci yarımbəndlərində nəzərdə tutulan vəsaitin (dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri) gəlir və xərclər smetasının aidiyyəti təşkilatlar üzrə təsdiqini həyata keçirsin;
3.3. müdafiə olunan xərc maddələri istisna olmaqla, 2018-ci il ərzində büdcə təşkilatlarına maliyyə vəsaitləri ayrılarkən kommunal xidmətlərdən (elektrik və istilik enerjisindən, təbii qazdan, sudan və tullantı sularının axıdılmasından) istifadə haqlarının ilk növbədə (o cümlədən müəyyən edilmiş limitdən artıq istifadəyə görə yaranmış borcların digər xərclər hesabına) ödənilməsini təmin etsin.
4. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi:
4.1. Muxtar respublikanın şəhər və rayonları üzrə müəyyən olunmuş vergi daxilolmalarının aylıq proqnozunun icrasının təmin edilməsi üçün tədbirlər görsün;
4.2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri həyata keçirən ayrı-ayrı dövlət orqanları üzrə dövlət büdcəsinə təmin edilmiş dövlət rüsumuna dair aylıq məlumatları hesabat ayından sonrakı ayın 20-dək Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görsünlər.
6. Bu Fərman 2018-cı il yanvarın 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 30 dekabr 2017-ci il

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR