10 Yanvar 2025, Cümə

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlətimizin başçısı iclasda nitq söyləyib.
Prezident İlham Əliyev qeyd edib ki, 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib. Qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. Keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilib. 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb və hazırda təxminən 42 milyard dollar təşkil edir.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, 2018-ci ildə də Azərbaycanda müsbət meyillər daha da güclənəcəkdir.
Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılıb. Bunu nəzərə alaraq 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edirəm.

 AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR