10 Yanvar 2025, Cümə

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan həmrəylik və birlik ideyaları real iş və əmələ əsaslanır. Çünki həmrəylik həm də xeyirxah əməllərə çağırış deməkdir. Həmrəylik bayramının mahiyyətinə uyğun olaraq xüsusi qayğıya və şəfqətə ehtiyacı olan insanlara diqqət göstərilməsi bu baxımdan mühüm əhəmiyyətə malikdir. 

Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Psixi Xəstəliklər Dispanserinə gəlmiş, səhiyyə ocağındakı xəstələri və tibb işçilərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik edərək demişdir: Naxçıvan şəhərinin bu ərazisində müasir səhiyyə şəhərciyi yaradılmışdır. Bu gün Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində xəstələrin müalicəsinə xüsusi diqqət yetirilir. İnsana qayğı müalicənin yarısı deməkdir. Ona görə də bu səhiyyə müəssisələrində tibbi xidmətin təşkili ilə yanaşı, həm də xəstələrə qayğı göstərilməlidir. 

Ali Məclisin Sədri demişdir: Bu gün Hərbi Hospitalda müalicə olunan əsgərlərlə də görüş keçirildi. Vaxtilə orada xəstələrin sayı çox idi. Lakin bu gün hospitalda ümumi qarnizon üzrə 38 xəstə vardır. İstər Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində, istərsə də hərbi hospitalda xəstələrin sayının ilbəil azalması yaradılan şəraitin, eyni zamanda dövlətlə səhiyyə işçilərinin birgə fəaliyyətinin nəticəsidir. Kollektivlər bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə etməli, xəstələrə hərtərəfli tibbi xidmət göstərilməlidir. 

Psixi Xəstəliklər Dispanserində müalicə olunan Zivər Qafarlı və həkim Kəmalə Səfərova bayram günündə onlarla keçirilən görüşə görə minnətdarlıq etmiş, xəstələr və səhiyyə müəssisələrinin kollektivləri adından Ali Məclisin Sədrinə bayram təbriklərini çatdırmışlar.  

Sonra Ali Məclisin Sədri burada müalicə alan xəstələrə bayram hədiyyələri təqdim etmiş, onların səhhəti, müalicələrinin təşkili və qidalanması ilə maraqlanmışdır. 

Bildirilmişdir ki, muxtar respublikada yaradılan müasir səhiyyə infrastrukturu tibbi xidmətin səmərəli təşkilinə imkan verir. Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində ən son tibbi avadanlıqlar qurulmuşdur. Xəstəliklərin tez aşkar olunması və müalicəyə cəlbi məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirir, səhiyyə maarifi işinə diqqət artırılır. 

Ali Məclisin Sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir. 

Gətirilmiş hədiyyələr Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə alan xəstələrə və burada çalışan tibb işçilərinə paylanmış, müxtəlif ərzaq məhsulları anbarlara təhvil verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR