Dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin foyesində “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” mövzusunda sərgi ilə tanış olublar.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Sonra 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Prezident İlham Əliyev 2017-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Hondanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC