10 Yanvar 2025, Cümə

Dekabrın 30-da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilmişdir.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:
1. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi
4. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir. 
Məruzədən sonra Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış etmişlər.

“Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin təsdiq edilməsi” barədə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov çıxış etmiş, “Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsi” səsə qoyularaq təsdiq olunmuşdur.
Sessiyada “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi haqqında” məsələyə də baxılmış, “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunmuşdur.
Gündəlikdə duran dördüncü məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev çıxış etmiş və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsi haqqında” Qanun qəbul edilmişdir.
Ali Məclisin Sədri 2018-ci ildən etibarən pensiyaçıların istəkləri nəzərə alınmaqla pensiyaların kənd yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi barədə aidiyyəti qurumlara tapşırıqlar vermişdir.
Sessiyanın gündəliyində duran beşinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilmiş və bununla əlaqədar qərar layihəsi qəbul edilmişdir.
Ali Məclisin Sədri sessiyaya yekun vuraraq 2017-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına bir daha təşəkkürünü bildirmiş, Ali Məclisin deputatlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etmiş, 2018-ci ildə uğurlar arzulamışdır.
Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası öz işini başa çatdırmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR