Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gedib.
Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlayıb.
Sonra MDB dövlət başçıları birgə foto çəkdiriblər.
Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
AZƏRTAC