Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 30 dekabr tarixli 17-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu:
2.1. Fondun 2018-ci il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və aidiyyəti üzrə məlumat versin;
2.2. dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün tədbirlər həyata keçirsin.
3. Bu Fərman 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 30 dekabr 2017-ci il