Martın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhanini qarşılayıb.
Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində yaradılan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.
Daha sonra Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub. Videoçarxda İran ərazisində Azərbaycan Dəmir Yollarının Astara terminalı haqqında məlumat verilib.
Dövlət başçıları biznes forumda nitq söyləyiblər.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC