10 Yanvar 2025, Cümə

Oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen ilə görüşmüşdür.

Ali Məclisin Sədri qonağı salamlayaraq demişdir ki, Azərbaycan-Norveç əlaqələrinin əsası 1992-ci ildə qoyulmuş, ötən dövrdə hər iki ölkədə səfirliklər fəaliyyətə başlamış, iqtisadi və qeyri-hökumət təşkilatları ilə əlaqələr sahəsində səmərəli əməkdaşlıq qurulmuşdur. Azərbaycanın neft layihələrinin həyata keçirilməsində Norveç Krallığının iştirakını diqqətə çatdıran Ali Məclisin Sədri bunu hər iki ölkə arasındakı əməkdaşlığın nəticəsi kimi dəyərləndirmişdir. Ali Məclisin Sədri ölkələrimiz arasındakı münasibətlərə uyğun olaraq Naxçıvan-Norveç əlaqələrinin qurulduğunu bildirmiş, ali təhsil müəssisələri arasında, eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırmışdır.

Səfir Bard İvar Svendsen səmimi qəbula görə minnətdarlıq etmiş, ölkəmizdə fəaliyyət göstərməkdən və Naxçıvana səfərindən məmnunluğunu bildirmişdir. Naxçıvan Muxtar Respublikası ilə bir çox sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu bildirən səfir ikitərəfli əlaqələrin inkişafında səylərini artıracağını qeyd etmişdir.

Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR