09 Yanvar 2025, Cümə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
2016-cı ilin Azərbaycan-İran əlaqələrinin tarixində xüsusi yer tutduğunu vurğulayan dövlətimizin başçısı bu il ərzində baş tutan görüşlərə toxunaraq İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə çox səmərəli görüşün keçirildiyini məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında bu il həmçinin önəmli sənədlərin imzalandığını və onların artıq icra edildiyini deyib. 2017-ci ilin də uğurlu olacağına, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə və mühüm əhəmiyyət daşıyan layihələrin icra olunacağına əminliyini ifadə edən dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsində hökumətlərarası birgə komissiyanın fəaliyyətini xüsusi qeyd edib. Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının ilk reysinin yola salınacağını əlamətdar hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev dəmir yolunun fəaliyyətinə uğurlar arzulayıb.

Ardını oxu...

Dekabrın 27-də – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası medallarının, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilmişdir.

Ardını oxu...

Dekabrın 26-da Bakının Xəzər rayonunda Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, uzunluğu 21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin 7 kilometrlik ikinci hissəsinin yenidən qurulması işləri tamamlanıb.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Xatırladaq ki, yolun 4 hərəkət zolağından ibarət olan 14 kilometrlik hissəsi 2014-cü ilin oktyabr ayında istismara verilib. Yolun 6 hərəkət zolağından ibarət olan ikinci hissəsinin tikintisinə isə 2015-ci ildə başlanmışdı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olublar.

* * *

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak ediblər.

* * *

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub, Fəvvarələr Meydanı parkı, ictimai parkinq və piyada keçidi kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

AZƏRTAC

Dekabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılmasının 5 illiyi münasibətilə tədbir keçirilmiş, mərkəzdə yaradılan yeni fondlara baxış olmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin direktoru Şahin Əliyarov çıxış edərək demişdir ki, Naxçıvana həsr olunmuş materialların qorunub saxlanması, tədqiq və təbliğ olunması məqsədilə 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmış və  mərkəz 1089 adda 2307 nüsxə müxtəlif çap materialı ilə fəaliyyətə başlamışdır. Fəaliyyəti dövründə mərkəzin fondları Naxçıvanşünaslığa dair dəyərli kitab, jurnal, qəzet və digər çap materialları ilə zənginləşmişdir. Hazırda mərkəzin ümumi kitab fondunda 3769 nüsxə çap materialı vardır. Ötən dövr ərzində mərkəzin arxiv fondu da Naxçıvanşünaslığa dair arxiv materialları ilə daim zənginləşmişdir. Burada Naxçıvanın ictimai-siyasi, elmi-mədəni həyatını əks etdirən arxiv sənədləri, həmçinin Naxçıvanın tarixini, mədəniyyətini, coğrafiyasını, sosial-iqtisadi inkişafını əks etdirən jurnal və qəzet materialları, xəritə və atlaslar, albom və fotomateriallar, sənədli filmlər toplanmışdır. Hazırda arxiv fondunda 676 material mövcuddur. Şahin Əliyarov göstərilən diqqətə görə kollektiv adından minnətdarlıq etmiş, bundan sonra da səylə çalışacaqlarını bildirmişdir.   

Ardını oxu...

Dekabrın 23-də Milli Olimpiya Komitəsində 2016-cı ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.
Sonra 2016-cı ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Prezident İlham Əliyev 2016-cı ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.
Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib, dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında yol-tikinti sahəsində səmərəli fəaliyyətlərinə görə:
Abdullayev Elmixan Qulu oğlu

Əhmədov Vilayət Əhməd oğlu

Əliyev Natiq Mustafa oğlu

Həsənquliyev Səfər Əli oğlu

İmanov Hidayət Ədalət oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 23 dekabr 2016-cı il

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanı, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulini və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekovu qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də BP şirkətinin prezidenti Robert Dadlini qəbul edib.
Görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illər uğurlu və qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Görüş zamanı 2024-cü ildən sonra “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Görüşdə, həmçinin, “Cənub” qaz dəhlizinin yaradılması və “Şahdəniz-2” layihəsi ilə bağlı aparılan işlərdə əldə edilmiş irəliləyiş, BP şirkətinin “Şəfəq-Asiman” blokunda, Abşeron yarımadasının dayazsulu hissəsində həyata keçirdiyi işlər və BP-nin Azərbaycanın neft-qaz sənayesinin inkişafında iştirakının perspektivləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin Bakıda keçiriləcək görüşünün önəmini qeyd edib. Dövlətimizin başçısı Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin Azərbaycana səfərinin həm Şuranın iclasında iştirakı, həm də ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb.
Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinə toxunan nazir Nihat Zeybekci 15 iyul hadisələri zamanı Azərbaycanın Türkiyəyə ən böyük dəstək verən ölkə olduğunu deyib.
Azərbaycan ilə Türkiyənin ən yaxın qardaş ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bir-birinə hər zaman dəstək vermələrini təbii hal kimi dəyərləndirib.
Görüşdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığımızın inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin daim yüksək səviyyədə əməkdaşlıq, dostluq, qarşılıqlı anlaşma prinsipləri ilə xarakterizə olunduğunu bildirərək bu prinsiplərin əlaqələrimizin müxtəlif istiqamətləri, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika sahələrində sıx qarşılıqlı fəaliyyət ənənələri əsasında uğurla inkişaf etdiyini deyib. Hökumətlərarası Birgə İqtisadi Komissiyanın fəaliyyətinə toxunan Prezident İlham Əliyev bu gün komissiyanın Bakıda keçirilən iclası zamanı əməkdaşlıqla bağlı müxtəlif məsələlərin konstruktiv və uğurlu şəkildə müzakirə edildiyini vurğulayıb. Azərbaycanın Rusiya ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bu əlaqələr son dövrlərdə daha sürətlə inkişaf edir, Azərbaycan və Rusiya prezidentlərinin mütəmadi görüşləri bunun yaxşı göstəricisidir.
Xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin Hökumətlərarası Birgə İqtisadi Komissiya çərçivəsində mütəmadi iclasların keçirilməsinin önəmini qeyd edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 15 dekabr tarixli Sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da vardır.

Babayev Natiq Səfəralı oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə,

Vəliyev Razim İsbəndiyar oğlu – daxili xidmət mayoru
Seyidov Mirtaleh Vilayət oğlu – daxili xidmət kapitanı

“Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişlər.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında musiqi təhsili sahəsində səmərəli fəaliyyətlərinə görə:
Əliyev Elşən Adil oğluna – “Əməkdar müəllim” fəxri adı;

İbrahimova Səbinə Pənah qızına

Seyidova Zülfiyyə Yusif qızına

Yusubova Sevda Nəsib qızına – “Əməkdar mə­dəniyyət işçisi” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 15 dekabr 2016-cı il

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşılayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin Baş naziri Benyamin Netanyahu rəsmi foto çəkdiriblər.
Daha sonra Prezident İlham Əliyevin və Baş nazir Benyamin Netanyahunun təkbətək görüşü olub.

* * *

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü başa çatdıqdan sonra Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub.

* * *

Dekabrın 13-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir.
Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib.
Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.
Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.
Azərbaycanın Dövlət Himni səsləndirilib.
Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

AZƏRTAC

Dekabrın 12-də Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. Minlərlə insan Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsini ziyarət etmişdir.

Ardını oxu...

Babək rayonunun Hacıvar və Badaşqan kəndlərində yeni sosial obyektlər istifadəyə verilib 

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf dövrünü yaşayır. Bütün sahələrdə uğurlu islahatlar həyata keçirilir, kompleks quruculuq işləri aparılır. Yaşayış məntəqələrinin inkişafı, yeni iş yerlərinin açılması insanların rahat yaşayışını təmin etmişdir. Uğurlu sosial islahatlar və aparılan quruculuq işləri Naxçıvan Muxtar Respublikasının da şəhər, qəsəbə və kəndlərini abad və müasir görkəmə qovuşdurmuşdur.
Dekabrın 9-da Babək rayonunun Hacıvar və Badaşqan kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Hacıvar kənd yolu yenidən qurulub 

Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Bu amil əsas götürü­lərək muxtar respublikada kənd yolları yenidən qurulur.
Dekabrın 9-da Hacıvar kənd avtomobil yolu istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, sakinləri təbrik etmiş, yolda görülən işlərlə maraqlanmışdır.
Bildirilmişdir ki, Hacıvar kənd avtomobil yolu müasir tələblər səviyyəsindədir. 4,7 kilometrlik kənd yolu genişləndirilərək asfalt örtük verilmiş, kənddaxili məhəllə yolları yenidən qurulmuşdur. Yolun üzərində 68 su keçidi qoyulmuş, 1250 metr beton kanal çəkilmişdir.

Hacıvarda yeni kənd mərkəzinin açılışı olmuşdur 

Dekabrın 9-da Hacıvar Kənd Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Bakının Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsinin əsaslı­ yenidənqurmadan sonra açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, avtomobil yolunun hərəkət hissəsinin eni 10 metrə qədərdir. Yol uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtük yararsız vəziyyətə düşmüşdü. Yola yeni asfalt-beton örtüyü salınıb. Asfalt-beton örtüyündə xüsusi materialdan istifadə olunub ki, bu da səth sularının asfalt-beton örtüyünə daxil olmasının qarşısını almaqla asfalt örtüyünün keyfiyyətini yaxşılaşdırır və uzunömürlülüyünü artırır. Layihə çərçivəsində yolboyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə piyadalar üçün yeni səkilər tikilib. Yol boyunca xüsusi avtobus dayanacaqları quraşdırılıb, səth və qrunt sularının ötürülməsi üçün zəruri olan yerlərdə drenaj borular qoyulub. Diqqətə çatdırılıb ki, əsaslı yenidənqurma işləri qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Mərkəzçi Demokratlar İnternasionalının prezidenti, Kolumbiyanın sabiq Prezidenti Andres Pastrananın başçılıq etdiyi, Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario David və Mərkəzçi Demokratlar İnternasionalının Avrasiya, Asiya və Sakit okean regionu üzrə baş koordinatoru Sezar Rosellonun daxil olduğu nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın Azərbaycana səfərinin səmərəli və maraqlı keçəcəyinə, bu səfərin əməkdaşlığa öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Mərkəzçi Demokratlar İnternasionalının prezidenti, Kolumbiyanın sabiq Prezidenti Andres Pastrana qurumun həyata keçirdiyi işlər barədə məlumat verib.
Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə Azərbaycan, xüsusilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun etimadnaməsini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.
Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları, Daxili İşlər nazirlikləri arasında uğurla inkişaf etdiyi bildirilib, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeyd olunub.
Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığa göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinə toxunan Vladimir Kolokoltsev Sammitdə dövlət başçıları tərəfindən imzalanan Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq və birgə fəaliyyətlə bağlı məsələlərin müzakirəsi zamanı əlaqələrin inkişafı üçün əlavə stimul yaratdığını deyib.
Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinin əhəmiyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu formatın artıq formalaşdığını və bunun həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi işinə istiqamətləndiyini deyib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanı qəbul edib.
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfərlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı hər iki səfərin uğurlu və məhsuldar olduğunu vurğulayaraq, bu səfərlərin ölkələrimiz arasında mövcud qardaşlıq əlaqələrinin gücləndirilməsi baxımından önəmini qeyd edib. Prezident İlham Əliyev qarşılıqlı ticarətin səviyyəsinin inkişaf etdirilməsi, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi üçün ölkələrimizin müvafiq nazirliklərinin praktik səviyyədə görüşlər keçirməsi üçün də yaxşı fürsət yarandığını deyib.
Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan deyib: “Baş nazir Məhəmməd Nəvaz Şərif Azərbaycanda ona göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirdi və məndən buna görə minnətdarlığını çatdırmağı xahiş etdi”. Pakistanlı nazir Baş nazir Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfərindən dərhal sonra onun tapşırığı ilə Azərbaycana səfər etdiyini və ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı üzərində işləməli əhəmiyyətli məsələlərin olduğunu deyib.
Görüşdə ölkələrimiz arasında enerji, ticarət əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı, əczaçılıq və toxuculuq sənayesi sahələrində əməkdaşlığın önəmi qeyd olunub.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Mövlud Çavuşoğlu deyib: “Mən buraya gəlməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım, dedim ki, cənab Prezident bizi qəbul edəcək. O dedi ki, cənab Prezidentə çoxlu salamlarım var və İlham qardaşımdan soruş, onun bir tapşırığı varmı?”
Türkiyə Prezidentinə möhkəm cansağlığı arzulayan dövlətimizin başçısı deyib: “Bilirsiniz ki, hörmətli Prezidentlə biz çox yaxınıq. Bizi dostluq və qardaşlıq əlaqələri bağlayır”. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif nazirliklərinin rəhbərləri arasında da sıx əlaqələrin mövcud olmasından məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2016-cı il fevralın 15-də “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən Tədbirlər Planı təsdiq olunmuş, görkəmli yazıçı-publisist və pedaqo­qun yubileyi muxtar respublikada silsilə tədbirlərlə qeyd olunmuşdur.
Dekabrın 3-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Eynəli bəy Sultanovun 150 illik yubiley tədbiri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları teatrın foyesində Eynəli bəy Sultan­ovun 150 illik yubileyinə həsr olunmuş sərgiyə baxmışlar.
Sərgidə Eynəli bəy Sultanovun həyat və fəaliyyətinə həsr olunmuş kitablar, qəzet və jurnal materialları, yubiley münasibətilə buraxılmış poçt markası, avtoreferat, görkəmli pedaqoqun həyatının müxtəlif dövrlərinə aid fotoşəkillər, yazıçı-publisistin müxtəlif dövrlərdə yazdığı məqalələr nümayiş etdirilirdi.
Sərgi ilə tanışlıqdan sonra keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun anadan olmasının 150 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, muxtar respublikanın bütün yaradıcı ziyalılarını təbrik edərək demişdir: Böyük tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvan torpağı görkəmli sərkərdələr, siyasətçilər, ziyalılar, mütəfəkkirlər, yazıçı və şairlər yetişdirib. Onlardan biri də yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovdur. Eynəli bəy Sultanovun fədakar ziyalı fəaliyyəti ictimai və milli fikir tariximizdə mühüm mərhələ təşkil edir. 150 il bundan əvvəl, 1866-cı ildə Naxçıvan şəhərində anadan olan Eynəli bəy Sultanov ilk təhsilini Naxçıvan qəza məktəbində almış, sonra isə “İrəvan kişi gimnaziyası”nda oxumuşdur. Burada Avropa ədəbiyyatını və Qərb maarifçiliyini dərindən öyrənən Eynəli bəy Sultanova şəhər ibtidai məktəblərində müəllimlik hüququ verilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 2-də Zərdab rayonuna səfərə gediblər.
Dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Zərdab şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri qoyublar.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

* * *

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC

Muxtar respublikada dövlət təhlükəsizliyinin qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin maddi-texniki bazası ilbəil gücləndirilir, əməkdaşlar üçün müasir iş şəraiti yaradılır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də ABŞ-ın ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini, mühüm enerji layihələrinin sürətlə həyata keçirildiyini qeyd edərək hazırkı şəraitdə əsas diqqətin qeyri-neft sahəsində də əməkdaşlığa yönəldilməsinin önəmini vurğulayıb və ABŞ ilə ölkəmizin qeyri-neft sektorunda daha fəal əməkdaşlığının həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Maykl Lalli ABŞ-ın Azərbaycandakı səfirliyində çalışdığı illəri məmnunluqla xatırlayıb. O, ABŞ-ın ticarət naziri Penni Pritzkerin salamlarını dövlətimizin başçısına çatdıraraq onun Azərbaycan-ABŞ biznes əlaqələrinə Prezident İlham Əliyevin verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 dekabr tarixli sərəncamları ilə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup rabitə işçisi təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları da vardır.

Qocayev Elbrus Sultan oğlu

“Əməkdar mühəndis” fəxri adı ilə,

Əliyev Elxan Əli oğlu

Əliyev Üzeyir Arif oğlu

Hüseynov Ərəstun Əsəd oğlu

“Tərəqqi” medalı ilə təltif edilmişlər.

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi – “Bakutel-2016” ilə tanış olublar.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verib.
Bildirilib ki, sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edir. Builki sərgidə 9 ölkə – Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland, Sloveniya, Türkiyə və Xorvatiya milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir. Sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 30 faizini təşkil edir.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi – “Bakutel-2016” ilə tanışlıq zamanı “Euronews” və “Rossiya-24” telekanallarının suallarını cavablandırıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) Sərgi və Konfransında iştirakının önəmini qeyd edib və səfərin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə İran arasında əlaqələrin bütün sahələrdə çox uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edərək, bu işdə Hökumətlərarası Komissiyanın həmsədri kimi Mahmud Vaezinin rolunu xüsusi vurğulayıb.
İki ölkə Prezidenti arasında çox yaxşı qarşılıqlı etimadın yaranmasından məmnun olduqlarını deyən Mahmud Vaezi bildirib ki, əgər bu gün biz ölkələrimizin mənafeyinə uyğun lazım olan addımlar ata biliriksə, bu, hər iki Prezidentin dəstəyi sayəsində mümkün olub. Mahmud Vaezi İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının gördüyü işlər barədə dövlətimizin başçısına məlumat verib.

AZƏRTAC

Noyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.

* * *

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.

* * *

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi keçirilib.

* * *

Noyabrın 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İqtisadiyyatı irəli aparan və ölkənin uğurunu nümayiş etdirən təbii ehtiyatlar yox, təhsil və əhalinin intellektual potensialıdır”.
Bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı əsas vəzifədir. İntellektli və vətənpərvər gənclərin yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Təhsil quruculuğu tədbirləri 2016-cı ildə də davam etdirilmiş, muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində yeni məktəb binaları tikilmiş, mövcud məktəb binaları yenidən qurulmuşdur.
Noyabrın 28-də akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, 594 şagird yerlik 4 mərtəbəli məktəbdə akademik Zərifə xanım Əliyevanın xatirə muzeyi, 5-i elektron lövhəli olmaqla, 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, 2 şahmat otağı, müəllimlər otağı, tibb otağı, kitabxana, idman zalı və bufet vardır.
Məktəbin foyesində akademik Zərifə xanım Əliyevanın büstü qoyulmuşdur. Görkəmli akademikin xatirə muzeyi binanın birinci mərtəbəsində yerləşir. Burada Şahtaxtı kəndinin yetirməsi olan alimin həyat və fəaliyyətini əks etdirən məlumatlar, fotoşəkillər və kitablar qoyulmuşdur.

Ardını oxu...

Noyabrın 26-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Elçin Əfəndiyevin “Arılar arasında” əsəri əsasında hazır­lanmış eyniadlı tamaşaya baxış olmuşdur.

Ardını oxu...

Təbiətin keşiyində durmaq, onu qorumaq hər kəsin müqəddəs borcudur. Bu gün muxtar respublikada ətraf mühitin mühafizəsi, insanların sağlam ekoloji mühitdə yaşaması və yaşıllıqların genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Hər il muxtar respublikada yüz hektarlarla yeni yaşıllıq zolaqları, meyvə bağları salınır. Bu tədbirlər ekoloji tarazlığı qorumaqla yanaşı, həm də meyvəçiliyin inkişafında mühüm əhəmiyyətə malikdir.

Noyabrın 26-da Naxçıvan Muxtar Respublikasında növbəti iməcilik keçirilmiş, müxtəlif meyvə və üzüm tingləri əkilmiş, meyvə bağlarına aqrotexniki qulluq göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığındakı 14 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər. Ötən iməciliklər dövründə ərazidə 10 minə yaxın müxtəlif meyvə, eləcə də üzüm tingləri əkilmişdir. Hər il bağdan bol məhsul götürülür. Payız iməcilikləri dövründə meyvə bağında 1400 üzüm tingi əkilmişdir. İməcilik iştirakçıları meyvə bağına aqrotexniki qulluq göstərmiş, ərazidə bərpa əkini aparmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, gələcəkdə ərazidə üzüm əkininin davam etdirilməsi barədə tapşırıq vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın noyabrın 25-də açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, 23 ünvanında yerləşən yaşayış binası 1901-ci ildə neftçilər üçün inşa edilmiş və uzun illər istismar olunduğundan qəzalı vəziyyətə düşmüşdü.
Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Nazirlər Kabineti “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli Qərar qəbul edib. Həmin qərara əsasən, qeyd olunan qəzalı binada yaşayan 34 ailə – 147 sakin kirayə haqları ödənilərək binadan köçürülüb. 2015-ci il dekabrın 24-də onun yerində “Pilot layihə” formatında 10 mərtəbəli, iki və üç otaqlı 80 mənzilli yeni yaşayış binasının inşasına başlanılıb.
Dövlətimizin başçısı binadakı mənzillərdə yaradılmış şəraitlə tanış olub.
Bildirilib ki, yeni binanın tikintisi noyabrın 9-da – Dövlət Bayrağı Günündə başa çatdırılıb. Ümumi sahəsi 5768 kvadratmetr olan binadan 34 ailəyə tam təmirli, bütün şəraiti olan, müvafiq avadanlıqlarla təchiz edilmiş və sahələri əvvəlkindən 35-45 faizdən çox olan mənzillər verilib.
Yeni binanın sakinləri ilə görüşən Prezident İlham Əliyev çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC

Noyabrın 25-də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün biz Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı toplaşmışıq. Artıq 15 ildir ki, “İslam mədəniyyətinin paytaxtı” anlayışı gündəlikdədir. Bununla bağlı ilk rəsmi sənəd İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ildə keçirilmiş üçüncü konfransında qəbul edilmişdir. İSESKO-nun qərarı ilə 2007-ci ilin no­yabrında keçirilmiş beşinci konfransda Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında isə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Qeyd olunanlar, eləcə də 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyəti paytaxtı elan olunması ilə bağlı qazanılan təcrübə 2018-ci ildə Naxçıvan şəhərində tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopez rəhbərlik etdiyi qurumun Konqresinin Azərbaycanda keçirilməsinin önəmini qeyd edərək bu tədbirə 90-a yaxın ölkədən nümayəndələrin qatılacağını bildirib. Xose Perurena Lopez yaradılan şəraitin və bütün idman obyektlərinin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb. Qonaq, ümumiyyətlə, Azərbaycanda beynəlxalq tədbirlərin, o cümlədən “Formula-1” yarışının çox yaxşı təşkilinin dünyada maraqla izlənildiyini deyib.
Prezident İlham Əliyev ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bu il Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında idmançılarımızın kanoe idman növündə ilk dəfə medallar qazandıqlarını məmnunluqla qeyd edib və bildirib ki, bu nailiyyət gələcəkdə idmanın bu növünə marağın artmasına gətirib çıxaracaq.
Görüşdə Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa böyük töhfə verdiyi qeyd olunub.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Amerika Birləşmiş Ştatlarının dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brinki qəbul edib.

Dövlətimizin başçısı xanım Bridcet Brinklə bu ilin yayında ikitərəfli münasibətlər, regional məsələlərlə bağlı apardıqları geniş müzakirələri xatırlayaraq ölkələrimiz arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brink ölkəsinin Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edərək Birləşmiş Ştatların bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata ­keçirdiyini vurğulayıb.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də TOTAL şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev Patrik Puyanne ilə Davosda keçirdikləri görüşü məmnunluqla xatırlayaraq TOTAL şirkəti ilə əməkdaşlığımızın yaxşı tarixə malik olduğunu vurğulayıb. “Abşeron” qaz yatağının işlənilməsi ilə bağlı layihənin yaxşı perspektivlərinin mövcudluğunu bildirən dövlətimizin başçısı bu yatağın böyük potensiala malik olduğunu deyib, layihənin mərhələli şəkildə işlənilməsinin önəmini qeyd edib.
TOTAL şirkətinin artıq 20 ildir ki, Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayan Patrik Puyanne bu dövrdə uğurlu əməkdaşlığın qurulduğunu bildirib. “Abşeron” yatağının Azərbaycanda qaza olan tələbatın ödənilməsi üçün mühüm əhəmiyyət daşıyacağını deyən Patrik Puyanne bu yatağın işlənilməsinə dair Dövlət Neft Şirkəti ilə qarşılıqlı səmərəli razılığa gəlindiyini qeyd edib. Bu gün SOCAR ilə TOTAL arasında “Abşeron” qaz yatağı üzrə memorandumun imzalanacağını bildirən şirkətin baş icraçı direktoru səfərin bu layihənin işlənilməsi ilə bağlı ətraflı müzakirələrin aparılması üçün yaxşı fürsət yaratdığını vurğulayıb.
Qonaq, eyni zamanda, TOTAL şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəyini məmnunluqla qeyd edib.
Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

* * *

Noyabrın 18-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Rəşid Behbudov” sürətli sərnişin gəmisi, “Gəncə” tankeri və “Qafur Məmmədov” quru yük gəmisinin istismara verilməsi mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafının təmin edilməsi məqsədi ilə qərara alıram:
1. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin və hər ilin yekununda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 18 noyabr 2016-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə bir qrup şəxs təltif edilmişdir.
Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı da vardır.

Sultanova Sənifə Qulu qızı

“Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
– Dünən biz görüşmüşdük. Dünənki çıxışımda qeyd etdiyim kimi, bu qlobal tədbirə ev sahibliyi etmək böyük şərəfdir. Dünyanın bu qədər çoxlu sayda aparıcı xəbər agentliklərinin nümayəndələrinin Bakıda toplaşması çox əlamətdar haldır. Bu, ölkəmizin təqdimatı üçün yaxşı imkan yaradır. Dünən qeyd etdiyim kimi, müstəqil ölkə kimi Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, zəngin tarixə, ənənələrə, mədəniyyətə malik bir ölkədir. Ümidvaram ki, sizin gəzintilərə çıxaraq Azərbaycanın bir sıra tarixi yerlərini görmək və Azərbaycan haqqında daha çox məlumat əldə etmək imkanınız olacaq.
Sonra Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association Agentliyinin baş icraçı direktoru Klayv Marşal, Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn çıxış ediblər.

AZƏRTAC

Noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assamble­yasının birgə açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı açılış mərasimində nitq söyləyib.
Sonra xatirə şəkli çəkdirilib.
Qısa fasilədən sonra açılış mərasimi çıxışlarla davam edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurairi qəbul edib.
Görüşdə biznes, turizm, Azərbaycan kənd təsərrüfatı məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixrac imkanları, viza rejiminin daha da sadələşdirilməsi, sərmayə qoyuluşu ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşmüşdür.

Səmimi qəbula görə minnətdarlıq edən Vey Cinhua Naxçıvana səfərinin əhəmiyyətinə toxunmuş, muxtar respublikanın inkişafının məmnunluq doğurduğunu və ikitərəfli əlaqələr üçün geniş perspektivlər açdığını bildirmişdir.

Ali Məclisin Sədri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik etmiş, dövlət başçısının Çin Xalq Respublikasına səfərini xatırlatmış, bunun Azərbaycan-Çin əlaqələrinin inkişafına təkan verdiyini qeyd etmişdir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasında rabitə və yeni texnologiyaların tətbiqi sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri gələcək əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvləri təyin edilsinlər:
Yalçın Qafar oğlu Vəliyev – “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri
Rəşad İlyas oğlu Quliyev – “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini
Tapdıq Vaqif oğlu Əliyev – “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 15 noyabr 2016-cı il

Şərur rayonunun Arbatan kəndində kompleks quruculuq işləri aparılıb

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında geniş quruculuq işləri aparılır. Yaşayış məntəqələri müasirləşir, kəndlərdə şəhər infrastrukturu yaradılır.

Əvvəlki illərdə olduğu kimi, bu il də muxtar respublikada kompleks quruculuq işləri aparılır, yeni sosial obyektlər istifadəyə verilir, yollar çəkilir, insanların rahat yaşayışı və məşğulluğu təmin edilir. Bu sahədə görülən işlər Şərur rayonunun Arbatan kəndini də əhatə etmişdir. 

Arbatan kənd avtomobil yolu yenidən qurulmuşdur 

Noyabrın 15-də Şərur rayonunun Arbatan kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur. 

Məlumat verilmişdir ki, əvvəllər kənd yolu lazımi mühəndis-texniki tələblərə cavab vermirdi. Bu da əhalinin və avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradırdı. Quruculuq işləri aparılarkən 7 kilometr uzunluğunda avtomobil yolu genişləndirilərək asfalt örtük salınmışdır. 3800 metr kənddaxili yollar da yenidən qurulmuşdur. Tikinti işləri aparılarkən yolun üzərinə 104 su keçidi qoyulmuş, 2360 metr beton kanal çəkilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki dünya əhəmiyyətli Qarabağlar Türbə Kompleksində bərpa işləri aparılır.
Noyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabağlar Türbə Kompleksində bərpa işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və XII-XIV əsrlərə aid olan kompleksdən dövrümüzədək qoşa minarəli baştağ və türbə gəlib çatmışdır. Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsidir. Türbədə bərpa işlərinin elmi əsaslarla aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşlarından ibarət tədqiqat qrupu yaradılmışdır. Hazırda bərpa işləri elmi əsaslarla aparılır, Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı olan abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılır. Bu günədək türbənin kitabəsi və kaşılı örtükləri bərpa olunmuşdur.
Ali Məclisin Sədri Qarabağlar Türbə Kompleksində bərpa işlərinin davam etdirilməsi, abidənin tarixi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu qeyd edən dövlətimizin başçısı qurumun prezidenti Takehiko Nakao ilə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının ötən il Bakıda keçirilən 48-ci illik toplantısı zamanı görüşünü məmnunluqla xatırlayıb. Ölkəmizin ev sahibliyi etdiyi bu tədbirin uğurla keçirildiyini, quruma üzv olan ölkələrdən çoxlu sayda nümayəndələrin burada iştirak etdiyini deyən Prezident İlham Əliyev bu tədbirdən sonra Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığında yeni dinamikanın müşahidə olunduğunu bildirib.
Vençay Janq 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Bakıda keçirilən 48-ci illik toplantısına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin olmasından məmnunluğunu ifadə edən Vençay Janq ölkəmizin Asiya İnkişaf Bankına qoşulduğu 1999-cu ildən ötən dövr ərzində qurum tərəfindən Azərbaycana 2,8 milyard dollar məbləğində vəsaitin ayrıldığını qeyd edib. Təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirilən bir sıra layihələrlə yanaşı, “Cənub Qaz Dəhlizi” və “Şahdəniz” kimi mühüm layihələrə də dəstək və önəm verdiyini xatırladan Vençay Janq layihələrlə bağlı məsələləri müzakirə etmək üçün bank daxilində xüsusi şuranın yaradıldığını vurğulayıb.

AZƏRTAC

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmiş, dövlət başçıları tərəfindən Azərbaycan-İran əlaqələrinin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələrin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə etmiş, səfirə gələcək işlərində uğurlar arzulamışdır.
Cavad Cahangirzadə səmimi qəbula görə minnətdarlıq etmiş, ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvanın əhəmiyyətini vurğulamışdır. Səfir Naxçıvan Muxtar Respublikasının inkişafı və qorunub saxlanılması sahəsində görülən işləri yüksək qiymətləndirmiş, bunun əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirmişdir.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Noyabrın 11-də Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsi istifadəyə verilmişdir.

Ardını oxu...

Nehrəm kəndində tarixən elmin, təhsilin inkişafı ilə yanaşı, dini-mənəvi dəyərlərimizə də hörmətlə yanaşılmışdır. Kənddə bu gün də dini dəyərlərimiz qorunub yaşadılır, dindarlar üçün lazımi şərait yaradılır. Bu sahədə görülən işlərin davamı olaraq Nehrəm kəndində yeni məscid tikilmişdir.

Ardını oxu...

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR