10 Yanvar 2025, Cümə

Muxtar respublikada dövlət təhlükəsizliyinin qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin maddi-texniki bazası ilbəil gücləndirilir, əməkdaşlar üçün müasir iş şəraiti yaradılır.

Dekabrın 2-də Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon Şöbəsinin inzibati binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binadakı iş otaqları lazımi avadanlıqlar və texniki vasitələrlə təmin olunmuşdur. Binanın ikinci mərtəbəsində 4 xidməti yaşayış mənzili istifadəyə verilmiş, ailələr üçün hərtərəfli məişət şəraiti yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bina ilə tanışlıqdan sonra kollektivlə görüşmüş, Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon Şöbəsinin inzibati binasında lazımi şəraitin yaradıldığını bildirərək demişdir: Bu gün muxtar respublikada Dövlət Təhlükəsizliyi Xidməti, xidmətin idarə və şöbələri müasir binalarda fəaliyyət göstərir. Əməkdaşlar üçün hərtərəfli iş şəraiti yaradılmışdır. Ölkə­mizdə bu sahə üzrə qəbul olunmuş normativ hüquqi aktların və qanunların icrasını təmin etmək, dövlət təhlükəsizliyini qorumaq və səmərəli fəaliyyət göstərmək kollektivin qarşısında duran əsas vəzifələrdir. Mövcud qanunvericilik bazası, yaradılan şərait və fəaliyyət üçün istiqamətlərin müəyyənləşdirilməsi bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri kollektivə qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulamışdır.
Əməkdaşlar yaradılan şəraitə görə minnətdarlıq etmişlər.
Binanın həyətində də abadlıq işləri aparılmış, yaşıllıq salınmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR