10 Yanvar 2025, Cümə

Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın noyabrın 25-də açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, 23 ünvanında yerləşən yaşayış binası 1901-ci ildə neftçilər üçün inşa edilmiş və uzun illər istismar olunduğundan qəzalı vəziyyətə düşmüşdü.
Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Nazirlər Kabineti “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli Qərar qəbul edib. Həmin qərara əsasən, qeyd olunan qəzalı binada yaşayan 34 ailə – 147 sakin kirayə haqları ödənilərək binadan köçürülüb. 2015-ci il dekabrın 24-də onun yerində “Pilot layihə” formatında 10 mərtəbəli, iki və üç otaqlı 80 mənzilli yeni yaşayış binasının inşasına başlanılıb.
Dövlətimizin başçısı binadakı mənzillərdə yaradılmış şəraitlə tanış olub.
Bildirilib ki, yeni binanın tikintisi noyabrın 9-da – Dövlət Bayrağı Günündə başa çatdırılıb. Ümumi sahəsi 5768 kvadratmetr olan binadan 34 ailəyə tam təmirli, bütün şəraiti olan, müvafiq avadanlıqlarla təchiz edilmiş və sahələri əvvəlkindən 35-45 faizdən çox olan mənzillər verilib.
Yeni binanın sakinləri ilə görüşən Prezident İlham Əliyev çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR