10 Yanvar 2025, Cümə

Dekabrın 27-də – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası medallarının, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Azərbaycan 25 ildir müstəqil dövlətdir. Ötən dövrdə Azərbaycan müstəqil ölkə kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş, hərtərəfli inkişaf etmişdir. Bu inkişafın əldə olunmasında dövlət-xalq birliyinin mühüm rolu vardır. Çünki dövlətin inkişafını təmin edən onun vətəndaş­larıdır. Ölkəmizin inkişafında fərqlənən insanların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Bu gün dövlət mükafatları təqdim olunanlar da uzun illər müxtəlif sahələrdə çalışan, öz işi ilə fərqlənən və əməyi qiymətləndirilən insanlardır.
Ali Məclisin Sədri ölkəmizin inkişafındakı xidmətlərə görə təltif olunanlara təşəkkür edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik və inkişaf təmin edilmiş, dövlət müstəqilliyimiz qorunub saxlanmışdır. Ötən dövrdə ölkə Prezidenti tərəfindən həyata keçirilən tədbirlər Azərbaycanı daha da irəliyə aparmışdır. Artıq Azərbaycan təsdiq etmişdir ki, müstəqil yaşayan ölkədir. Bütün bunlar ölkəmizdə həyata keçirilən düzgün siyasətin, eləcə də dövlət-xalq birliyinin və insanların zəhmətinin nəticəsində mümkün olmuşdur.
Ali Məclisin Sədri təltif olunanları və onların timsalında bütün muxtar respublika əhalisini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri medalların və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.
Təltif olunanlardan Ədalət Əliyev, Ədalət Hüseynov, Bəhruz Bayramov, Vasif Məmmədov, Əbülfəz Dünyamalıyev, Adilə Səfərova, Aybəniz Sadiqova, Elbrus Qocayev, Üzeyir Əliyev, Ərəstun Hüseynov, Razim Vəliyev, Mirtaleh Seyidov və Zülfiyyə Seyidova minnətdarlıq edərək demişlər ki, bu gün ölkəmizdə insanlar rahat yaşayır, davamlı inkişaf və sabitlik vardır. Təltif olunanlar bildirmişlər ki, dövlət mükafatları ilə təltif olunmaları onların qarşısında mühüm vəzifələr qoyur, məsuliyyətlərini daha da artırır. Ona görə də göstərilən etimadı doğruldaraq bundan sonra da səylə çalışacaq, müstəqil Azərbaycanın inkişafına töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR